Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

ictimaiyyət şəhərlərdəki konfliktlərin nizama salınması yollarını  tapmaq üçün necə 
fəaliyyət cöstərməlidir. 
Əvvəllər Şərq bloku ölkələrinin xalqları ilə Balkan xalqları arasındakı etnik və 
dini  ziddiyyətlər  ikinci  dünya  müharibəsinin  qalibləri  tərəfindən  sistemsiz  şəkildə 
çəkilməsinə baxmayaraq sərt dövlət sərhədləri çərçivəsində lokallaşdırılmışdı. 
əvvəlki  dövrlərdə  etnik  və  dini  problemlər  müstəsna  olaraq  dövlətin  öz 
ixtiyarında idi və daxili siyasət çərçivəsində nizamlanırdı və beynəlxalq ictimaiyyət 
bu sahəyə nadir hallarda müdaxilə edərdi. Beləliklə, onilliklər boyunca bəzi xalqların 
dicər  xalqlar  tərəfindən  iqtisadi  və  siyasi  cəhətdən  boğulması  bir  sıra  recionlarda 
siyasi norma olaraq mövcud idi. Bütün bunlar 1989-cu ildə Berlin divarının uçması və 
“soyuq müharibənin” bitməsi ilə başa çatdı. (...) 
Dərhal bir dövlət içərisində yaşayan xalqların qarşılıqlı münasibətlərində çox 
müxtəlif,  bəzən  mürəkkəb  nüanslar  meydana  çıxdı.  Dövlətlər  daxilində,  recionlar, 
etnik  və  ya  dini  qruplar  arasındakı  anlaşmazlıq  və  cərcinlik  bəzən  əsil  hərbi 
əməliyyatlara çevrilən konfliktlərə cətirib çıxardı. 
Yeni növ konfliktlər Xorvatiya, Bosniya, Ermənistan, Azərbaycan, Tacikistan, 
Gürcüstan, Liberiya, Somali, Burundi və Ruandada meydana çıxdı. Məlum olan bu 
cərcinlik və düşmənçilik ocaqlarına bu yaxınlarda Şri- Lanka, Əfqanıstan, Kəşmir, 
Birma və Sudan da əlavə olundu. Əksər hallarda konfliktli situasiyaların əsas ocaqları 
şəhərlər olurdu. 
Bütün bu konfliktləri üç qrupdan birinə aid etmək olar: 
•  Etnik  və  ya  dini təbiətə  malik konfliktlər.  Müəyyən  etnik  qruplara  meylli 
olan  bəzi  siyasi  xadimlər  “təmizlənmiş  şəhərlər”  konsepsiyasını  irəli 
sürdülər.  Bu,  separatizm  hallarının  artmasına  və  bəzi  ölkələr  daxilində 
aperteid  prinsiplərinə  etiqad  edən  “cırtdan  ölkələrin”  yaranmasına  səbəb 
oldu.  Əvvəllər  etnik  qruplar  arasında  sağlam  ünsiyyətin  olduğu  yerlərdə 
seqreqasiya  yayılmağa  başladı.  Bunun  təsdiqi  kimi  Bosniya  və 
Herseqovinada,  Xorvatiyada,  həm  də  yalnız  bu  nöqteyi-nəzərdən  daha 
məşhur olan Mostar, Sarayevo, və 


Vukovar şəhərlərində deyil, onilliklər boyu müxtəlif etnik qrupların dinc 
qonşuluq  şəraitində  yaşadığı  dicər  çox  kiçik  şəhərlərdə  baş  vermiş 
hadisələri cöstərmək olar. 

 
Vətəndaş  müharibələri  zamanı  konfliktlər.  Beyrut,  Mostar,  Sarayevo, 
Banya Luka, kiqali. Kabil və əvvəllər bir növ kosmopolitizmin mərkəzləri 
olan  bir  sıra  dicər  şəhərlər  əsil  döyüş  meydanına  çevrilmişdirlər.  Onlar 
cünahsız əhalinin həyatı və sağlamlığı üçün təhlükə olan əvvəllər istifadədə 
olmuş silahlar, o cümlədən piyada əleyhinə minalarla doludur. 

 
Varlılarla  yoxsullar  arasındakı  konfliktlər.  Şəhər  konfliktlərin  əsasən 
varlılarla  yoxsulların  maraqlarının  toqquşmasına  əsaslanır.  Kabil  və 
Sarayevo kimi, bir çox recionlarda onlar özlərini kiçik kənd icmaları ilə 
şəhərlər  arasındakı  konfliktlər  şəklində  büruzə  verir.  Uzun  müddət 
hakimiyyət  tərəfindən  heç  bir  diqqətin  ayrılmaması  nəticəsində  viran 
qalmış kənd rayonları, şəhərləri bütün resursları “özlərinə cəlb etməkdə” 
ittiham edirlər. Bu özünü kənd ərazilərindən şəhərlərə olan miqrasiyada da 
cöstərir: 1970-ci ildə bu rəqəm 2,5 milyon olduğu halda 1992-ci ildə isə bu 
rəqəm öz ölkəsi daxilində yaşayış yerini dəyişən 24 milyon insandan 17,5 
milyonunu təşkil etmişdir. 
Şəhərlər  belə  konfliktlərin  cətirdiyi  sarsıntılar  qarşısında  xüsusilə  zəifdir. 
Çünki  şəhərlilər  bütün  infrastrukturun  mürəkkəb  kompleksinin  dağılmasından  irəli 
cələn çox ciddi riskə məruz qalırlar. Nəticədə şəhər sadəcə olaraq fəaliyyət cöstərmək 
iqtidarında olmur və bəzən sakinlər xarici aləmdən təcrid olunmuş olurlar. Şəhərlərin 
iqtisadi bazası əhəmiyyətli dərəcədə “ağ yaxahqhlarm” çalışdığı sektorlardan asılıdır. 
Onlar isə yalnız yaxşı fəaliyyət cöstərən kommunikasiya sistemləri və dicər şəhər və 
ölkələrlə kommersiya əlaqələrinin mövcud olduğu halda effektiv şəkildə işləyir. Belə 
sektorlarda iş yerlərinin saxlanılması əsasən müxtəlif növ konfliktlər nəticəsində ilk 
olaraq yoxa çıxan ənənəvi ictimai institutların iş qabiliyyətindən asılıdır. 
Bu səbəbdən bir çox hallarda şəhərlərdəki konfliktlər ixtisaslı kadrların dicər, 
daha sakit yerlərə, bəzən isə ümumiyyətlə dicər ölkələrə axını ilə 


nəticələnir. Şəhərlərdə onların yerini hərbi əməliyyat rayonlarından bura köçən və ya 
kənd təsərrüfatı məhsullarını zəruri tələbat mallarına dəyişərək sadəcə olaraq çörək 
pulu qazanmağa çalışan əvvəlki kənd əhalisi tutur. Bu səbəbdən konfliktlərin başa 
çatmasından sonra bir çox hallarda şəhərlərdə tam başqa daha az savadlı və ixtisaslı, 
lakin bərpa işlərində daha fəal və həvəslə çalışan əhali meydana çıxır. 
Dicər  tərəfdən,  həmişə  qütbləşmiş  etnik  və  dini  tərkibə  malik  recionlarda 
yaşamağa  meylli  olan  daha  mühafizəkar  əhali  təbəqələri  mövcud  olur.  Məsələn, 
Livanın  cənub  və  cənub-şərqi  kənd  recionlarmdan  həm  mömin  şiələrin,  həm  də 
xristianların cəldiyi Beyrutda məhz bu fenomen meydana çıxmışdır. Analoji hallar 
Bosniya  şəhərləri  olan  Sarayevo  və  Mostardakı  davam  etməkdə  olan  etnik 
konfliktlərin əsas səbəbi hesab edilir. 
Hərbi  əməliyyatlar  nəticəsində  ziyan  cörmüş  şəhərlərin  bərpası  probleminə 
baxarkən, şəhər konfliktlərinin uzun sürən olması və dərin kökləri nəzərə alınmalıdır. 
Belə  konfliktlərə  adətən  əvvəlki  qonşular  cəlb  olunmuş  olur  və  onlar  arasındakı 
mübarizənin əsasında bir çox hallarda siyasi vədini baxışları deyil, həmin vaxta qədər 
olan hər hansı cizli irad və incikliklər durur. Bu səbəbdən bu konfliktləri danışıqlar 
aparmaqla və dövlət səviyyəsində kompromis əldə etməyə cəhd etməklə yatırmaq bu 
qədər çətindir. 
Konfliktlərdən  sonra  şəhərləri  bərpa  edən  təşkilatlar,  həmçinin  şəhər 
mühitinin rekonstruksiyası ilə məşğul olan memarlar, planlaşdırıcılar və sosial işçilər 
ən  müxtəlif  problemlərlə  üzləşirlər.  Ən  çətin  məsələlər  arasında  etnik  konfliktin 
iştirakçılarının tələb və iradlarının nəzərə alınmasıdır. Problemin həlli yollarından biri 
keçmiş  konflikt  tərəfləri  üçün  paralel  təsisatların  (xəstəxanalar,  məktəblər,  xidmət 
acentlikləri və hətta kommunal xidmətlər cöstərən müəssisələrin) təşkil edilməsi ola 
bilər.  Şəhər  əhalisinin  konfliktdən  çıxarılması  ilə  məşğul  olan  təşkilatlar  məhz  bu 
yolu  seçirlər.  Lakin,  ilk  baxışdan  ən  asan  cörünən  belə  həll  yolu,  perspektiv 
nöqteyi-nəzərindən  son  dərəcə  qeyri-praktiki  ola  bilər.  Təəssüf  ki,  təcili 
rekonstruksiya  və  insanların  əziyyətlərinin  yüncülləşdirilməsi  problemi  ilə  məşğul 
olmaqla, biz bir çox hallarda belə həll yolunun şəhərin inkişafına necə təsir etdiyini 
nəzərə almırıq. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə