Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

monarxiyanın  özünü  ədəbsiz  aparmaqla  xalqla  razılaşmanı  pozduğunu  və  bu 
səbəbdən yeni avtokratiya ilə əvəz edilməli olduğunu hesab edirdilər. 
Tarixi təcrübədən belə qənaətə cəlmək olar ki, əks baxışlara qarşı dözümlülük, 
müxalifətin qadağan və ya məhv edilməsindən imtina normal davranış deyil. 
Hər halda, azad cəmiyyətə sahib olmaq üçün qarşı tərəfin öz fikirlərini ifadə 
etmək, 
alternativ 
siyasətin 
yeridilməsinə 
tərəfdar 
çıxmaq 
hüququ 
qanuniləşdirilməlidir.  Dözümlülük  olmadığı  halda  siyasi  və  dini  opponentlər 
düşmənlərə çevrilirlər. 
Cəmiyyətin  normal  həyatı  yalnız  bir-birinə  qarşı  olan  tərəflər  kompromisə 
hazır  olduğu  halda  mümkündür.  Bu  yalnız  qarşı  tərəfin  öz  fikirlərini  təbliğ  etmək 
hüququnun tanınmasından deyil, həm də öz siyasi mövqe və meyllərində bir qədər 
mülayimlikdən ibarətdir. Heç kim yalnız özünün həqiqətə sahib olduğundan əmin ola 
bilməz. Məhz azad şəkildə ifadə edilmiş fikirlərin mübarizəsi cəmiyyət üçün optimal 
olan nəticəni verə bilər. İnkişaf etmiş cəmiyyətlərdə fundamentalistlər çıx kiçik olan 
azlığı  təşkil  edirlər.  Qərbdə  xristian  və  yəhudilərin  əksəriyyəti  öz  əcdadları  qədər 
inanclı deyillər. Kommunizm kimi başqa cür düşünənləri amansızcasına məhv edən 
dünyəvi  məzhəblər  nəinki  özlərinə  yeni  tərəfdarlar  cəlb  edə  bilmir,  hətta  qismən 
hakim elita üçün də öz cazibədarhğmı itirmişdir. 70 illik iqtisadi iflasdan sonra yeni 
sovet rəhbərliyi doqmatik yanaşma üzərində israr etmək niyyətində deyil. 
Çində kommunizmin hüdudlarından kənara çıxmaq istəyənlərin darmadağın 
edilməsi, inqilabda iştirak etmiş yaşlı rəhbərlər tərəfindən həyata keçirilmişdir. Onlar 
öz  inanclarının  tarixi  həqiqəti  əks  etdirdiyinə  inanaraq  hakimiyyətə  cəlmişlər.  Bu 
səbəbdən,  onların  başqalarının  da  haqlı  olmasının,  həqiqətin  fərqli  baxışların 
tərəfdarları  arasındakı  mübahisədən  tapılmasının  mümkünlüyünü,  onların  və  çin 
xalqının  məruz  qaldıqları  əzabların  əbəs  olduğunu  qəbul  etmələri  demək  olar  ki, 
qeyri-mümkündür... 
Siyasi qüvvələr, partiya və qruplar yalnız öz dəyərlərini qorumur. Əcər onlar 
hakimiyyət, var-dövlət və müəyyən statusa malik olduqda bunlardan 


asanlıqla  və  həvəslə  imtina  etmirlər.  Onlar  dicər  maraqları  təmsil  edən  qrupların 
imtiyaz və vəzifələrə iddia etmək hüququnu qəbul etməkdən imtina edirlər. Dövlət 
hakimiyyətində  nə  qədər  çox  imtiyaz  cəmləşərsə,  söz  azadlığı  və  demokratiyanı 
möhkəmləndirmək bir o qədər çətin olur, çünki, siyasi mübarizə uduzanların hər şeyi 
itirdiyi səviyyəyə çatır. 
Bu səbəbdən, dövlət vəzifələri nüfuz və imtiyazların əsas və yecanə mənbəyi 
olduqda  hakimiyyətdə  olanların  axır  əvvəl  öz  vəzifələrini  başqalarına  vermək 
məcburiyyətini  labüd  edən  siyasi  demokratiya  oyununun  qaydalarını  qəbul  etməsi 
inandırıcı cörünmür. 
Çox az siyasi qüvvə və ya qruplar könüllü olaraq öz əleyhdarlarına vətəndaş 
azadlıqlarını  vermişlər.  Qərb  dünyasında  dini  azadlıq  rəqabət  aparan  qüvvələrin, 
müxtəlif  xristian  kilsələrinin  bütün  cəmiyyəti  məhv  etmədən  öz  rəqiblərini  məhv 
etməyin  mümkün  olmadığını  anladıqdan  sonra  meydana  çıxmışdır.  Mübarizənin 
cedişatı  zamanı  bir  çox  insanlar  dinə  olan  inam  və  maraqlarını  və  bunun  nəticəsi 
olaraq  başqa  cür  düşünənləri  məhv  etmək  istəyini  itirmişdir.  Eyni  şəkildə  dövlət 
hakimiyyətini  azaldılması  uğrunda  mübarizədə  azad  söz  hüququ  inkişaf  etmişdir. 
Fransa  inqilabçıları  monarxiyanı  azadlığı  boğmaqda  cünahlandırsalar  da  yeni 
respublika  coç  tezliklə  terrorun  hökmranlığını  bərqərar  etdi  (yalnız  monarxistləri 
deyil, respublikaçıları da məhv edirdilər) və tezliklə öz diktaturaya çevrildi. Fransada 
davamlı demokratik respublikanın yaradılması üçün 100 il tələb olundu. 
Amerika  inqilabı  fərqli  fikrə  sahib  olmaq  hüququnun  möhkəmləndirilməsi 
baxımından  daha  uğurlu  oldu.  İnqilabın  bir  çox  liderləri  dövlət  hakimiyyətindən 
qorxur və yüksək vəzifələri tutun şəxslərin ilk imkanda dövlətdən müxalifəti boğmaq 
məqsədilə  istifadə  edəcəyini  hesab  edirdilər.  Konstitusiyanın  ilk  variantında  icra 
hakimiyyəti  -  prezident  və  nazirlər  kabineti  ümumiyyətlə  nəzərdə  tutulmurdu. 
1789-cu  ildə  hazırlanmış  ikinci  konstitusiyada  hüquqlar  haqqında  belə  bir  Bill-in 
əlavə  edilməsi  tələb  olunurdu.  Konstitusiyada  söz,  yazı  və  toplaşmaq  azadlığı, 
kilsənin  dövlətdən  ayrılması  və  hətta  vətəndaşların  silaha  sahib  olmaq  və  silah 
cəzdirmək hüququ. 


həmçinin ştatların insanları həbs etməsinə, araşdırma aparmasına və müvafiq hüquqi 
proseslər olmadan onları məhkum etməsinə məhdudiyyət nəzərdə tutulurdu. 
Birləşmiş  Ştatların  mövcud  olduğu  ilk  dövrdə  olduğu  kimi  dövlətlə 
iqtisadiyyat  arasındakı  qarşılıqlı  əlaqənin  məhdud  olduğu  yerlərdə  demokratiyanın 
şansları  daha  çoxdur,  tik  vaxtlarda  Birləşmiş  Ştatlarda  dövlət  hakimiyyəti 
ümumiyyətlə imtiyazların mənbəyi deyildi. Dövlətin paytaxtı olan Vaşinqton kiçik 
cazibədar olmayan əyalət şəhəri idi. Amerikada Vaşinqtondan daha əhəmiyyətli və 
maraqlı  şəhərlər  vardır.  Bu  səbəbdən  elita  orada  işləmək  və  yaşamaq  istəmirdi. 
Konqresmenlərin  əksəriyyəti  konqresdə  dörd  ildən  artıq  qalmır  və  təkrar  seçilmək 
üçün namizədliklərini irəli sürməkdən imtina edirdilər. 
Şimali  Avropada  zəif  dövlətin  mövcud  olmasında  maraqlı  olan  şəhər 
burjuaziyası ilə torpaq aristokratiyası arasındakı konflikt kompromis həll variantı ilə 
nəticələndi:  monarxiya  və  aristokratiyanın  öz  statuslarını  qoruduğu,  onların 
opponentlərinin  isə  müxalifətin  hüquqlarım  təmin  edən  qanunlar  əsasında  siyasi 
hakimiyyətdən artan paya sahib olduqları daha azad dövlət yaradıldı. 
Elitanı  bunu  etiraf  etməyə  məcbur  etmək  çətin  olsa  da,  bir  çox  hallarda 
cüzəştlər və demokratik hüquqların verilməsi imtiyazların saxlanılması üçün inadlı 
müqavimətə nisbətən daha yaxşı yol hesab edilir. Çar Rusiyasında olduğu kimi ali 
sinfin cüzəştə cetməkdən imtina etdiyi yerlərdə, fəhlə və kəndlilər barışmaz inqilabi 
hərəkatları dəstəkləmişlər. 
Birinci dünya müharibəsinə qədər alman sosial demokratları daha demokratik 
olan  qərb  və  şimal  ölkələrdən  siyasi  nümunə  cötürməyə  çalışan  qərbi  alman 
dövlətlərinə  nisbətən  daha  az  demokratik  olan  Prussiyada  daha  çox  radikal 
əhval-ruhiyyədə idilər. Eyni şəkildə Eransa və ümumilikdə Cənubi Avropada olduğu 
kimi,  burjuaziyanın  həmkarlar  ittifaqlarının  hüquqlarını  təmin  edilməsinə  qarşı 
çıxdığı yerlərdə fəhlə təşkilatları inqilabi qüvvəyə çevrilirdilər. Şimali Avropanın bir 
çox ölkələrində olduğu kimi həmkarlar 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə