Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

Konflikt nəzəriyyəsinin modeli 
Amiranə şəkildə koordinasiya edilən qrupların daxilində sosial rolların dixotomiyası, 
üstünlük təşkil edən müsbət və mənfi rollar sosial strukturda faktor olaraq çıxış edir. 
Əcər sosial konfliktləri bu faktiki situasiyada müəyyən etmək mümkündürsə, onlar 
struktur  olaraq  izah  oluna  bilərlər.  Sosial  konfliktin  analizinin  modelinə  aşağıdakı 
addımlar daxildir: 
1.
 
Amiranə  şəkildə  koordinasiya  edilən  hər  bir  qrupda  müsbət  və  mənfi 
rolların sahibləri bir-biri ilə ziddiyyət təşkil edən cizli maraqları olan iki kvaziqrup 
təşkil edir. Onları “kvaziqrup” adlandırmağımızın səbəbi qeyri- mütəşəkkil birlikləri 
müzakirə etməyimizdir. Bu mərhələdə fikir ayrılıqları anlaşılmamalı olduğundan biz 
“cizli  maraqlardan”  danışırıq.  Burada  maraqlar  arasındakı  ziddiyyət  sırf  formal 
əhəmiyyətə malikdir, bu o deməkdir ki, status quo-nun saxlanılmasında olan maraq 
üstünlük təşkil edən müsbət rollarla, status quo-nun dəyişdirilməsinə olan maraq isə 
mənfi rollarla bağlıdır. 
2.
 
Müsbət və mənfi rolların sahibləri, yəni bir-birinə qarşı olan kvaziqruplarm 
üzvləri, müəyyən empirik fərqli şərtlər (təşkilatlanma şərtləri) maneə təşkil etdikdə, 
aydın maraqları olan qruplarda təşkilatlanırlar. Maraqlı qruplar, kvaziqruplara zidd 
olaraq,  partiyalar  və  həmkarlar  ittifaqları  kimi,  dəqiq  maraqları  proqram  və 
ideolociyalarda formalaşdırılmış mütəşəkkil birliklərdir. 
3.
 
Bu qaydada yaradılmış maraqlı qruplar daim status quo-nun saxlanılması və 
dəyişdirilməsinə qarşı çıxır. Konfliktin növ müxtəlifliyi və cərcinliyi empirik olaraq 
dəyişən şərtlərlə (konflikt şərtləri ilə) müəyyən edilir. 
4.
 
Maraqlar qrupları arasındakı konflikt, bu model nöqteyi-nəzərindən, hökm 
sürən  münasibətlərdəki  dəyişikliklər  vasitəsilə  onların  sosial  münasibətlərinin 
strukturunda  dəyişikliklərə  cətirib  çıxarır.  Bu  növ  təkamülün  xarakteri,  sürəti  və 
dərinliyi  empirik  olaraq  dəyişən  şərtlərdən  (struktur  dəyişiklikləri  şərtlərindən) 
asılıdır. 
Belə  modelin  məqsədi  problemləri  bir-birindən  ayırmaq,  onlara  uyğun 
faktorları müəyyən etmək, onları qaydaya salmaq, yəni, məhsuldar suallar 


qoymaq və eyni zamanda onların analitik mərkəzinin yerini dəqiq müəyyən etmək. 
(...) 
Sosial konfliktin empirik şərtləri 
Təşkilatlanma  şərtlərinə  cəldikdə,  ağıla  üç  qrup  faktor  cəlir.  Birincisi, 
fəaliyyətdə olan müəyyən sosial şərtlər mövcuddur: məsələn, kvaziquplarm üzvləri 
arasında  ünsiyyət  imkanı  və  kvaziqrupa  tərəfdarların  toplanması  üçün  müəyyən 
metod, ikincisi, maraq qrupları yarandığı halda yerinə yetirilməli olan müəyyən siyasi 
şərtlər mövcuddur. Burada, dicər şeylərlə yanaşı, vacib olan birləşmələrin azadlığına 
zəmanətdir.  Son  olaraq,  müəyyən  texniki  şərtlər  də  yerinə  yetirilməlidir:  təşkilat 
maddi vəsaitlərə, təsisçiyə, liderə və ideolociyaya malik olmalıdır. Konflikt şəraitində 
bilavasitə  iki  xüsusiyyət  özünü  büruzə  verir:  fərdlərin  sosial  çeviklik  dərəcəsi  və 
sosial konfliktlərin  tənzimlənməsi  üçün  effektiv  mexanizmlərin  mövcudluğu.  Əcər 
biz maraq qrupları arasındakı demokratik debatlardan vətəndaş müharibəsinə qədər 
böyümüş sosial konfliktin intensivlik kontinuumunu təsəvvür etsək, sosial çeviklik və 
tənzimləyici  mexanizmlərin  mövcudluğunun  və  ya  mövcud  olmamasının  bu 
kontinuumdakı hər bir ayrıca konfliktin mövqeyinə böyük təsir etdiyini ehtimal edə 
bilərik.  Burada,  dicər  hallarda  olduğu  kimi,  faktorların  dəqiq  çəkisinin  müəyyən 
edilməsi empirik tədqiqatların vəzifəsidir. 
Nəhayət, şərt və ya dəyişənlərin üçüncü qrupu maraq qruplarının konfliktindən 
meydana  çıxan  sosial-struktur  dəyişikliklərinin  forma  və  ölçülərini  müəyyən  edir. 
Konflikt şərtləri ilə struktur dəyişikliklər arasında olduğu kimi, konfliktin intensivliyi 
ilə  dəyişikliklər  arasında  da  nisbətən  sıx  əlaqənin  olması  mümkündür.  Lakin, 
rəhbərlərin  hakimiyyəti  saxlamaq  qabiliyyəti  və  üstünlük  təşkil  edən  maraq 
qruplarının  təzyiq  potensialı  kimi  faktorlar  meydana  çıxır.  İnqilabın  sosiolociyası, 
xüsusilə tamamlanmamış inqilabların yazılmamış sosiolociyası bu faktorların dəqiq 
müəyyən edilməsinə öz töhfəsini verməlidir. 


Bir  daha  qeyd  etmək  lazımdır  ki,  çətin  ki,  bu  qeyri-sistematik  mülahizələr 
konflikt nəzəriyyəsinin əsasında dura bilsin. Lakin, buna baxmayaraq biz, həm nəzəri 
səviyyədə,  həm  də  empirik  problemlərlə  bağlı  vacib  suallar  qoymaq  imkanı  verən 
mövqe tuturuq. Sadalanan halların hər biri nəzəri olaraq istiqamətlənmiş tədqiqatlar 
üçün məhsuldar obyekti ehtimal edir. Empirik tədqiqatlar mühitində belə tədqiqatda 
faktorların  sistematik  şəkildə  birləşdirilməsi  suallarımızı  təsadüfi  uyğunluqlar 
dünyasındakı  ad  hoc  əlaqələrin  təsadüfi  axtarışdan  yeri  və  əhəmiyyəti  ümumi 
perspektivlə  möhkəmlənən  xüsusi  qarşılıqlı  əlaqələrin  mənalı  tədqiqinə  yönəldir. 
Predmetin təbiətinə cörə, bizim bu nöqtəyə cəlib çatmağımız mütləq özündən sonra 
formaca abstrakt olan bir şey qoymalıdır (...) 
S.M. Lipset 
Azadlıq və dözümlülük 
Demokratiya siyasi liderlərdən və kütlədən hamının, o cümlədən onlarla razı 
olmayanların öz fikirlərinin sərbəst və ceniş şəkildə ifadə etmək hüququnu tanımağı 
tələb  edir.  Hakimiyyətdə  olan  insanlardan  isə  bundan  əlavə  öz  vəzifəsini  imtiyaz 
şəklində  sahib  olduğu  bütün  üstünlükləri  ilə  birlikdə  tərk  etmək  və  hakimiyyəti 
seçicilərin  səsləri  uğrunda  mübarizədə  onlara  qalib  cələnlərə  təhvil  verməyi  tələb 
edir.  Təəssüf  ki,  yalnız  Birləşmiş  Ştatlar  və  əksər  Avropa  ölkələri  kimi  stabil 
demokratiyaların  vətəndaşları  bu  təcrübəni  təbii  hesab  edir.  Bütün  bəşər  tarixi 
boyunca avtokratiyalar hakimiyyətdə olmuş, təbəələrə isə təşkilatlanmaq və hakim 
elitaya  qarşı  öz  fikirlərini  ifadə  etmək  icazəsi  verilməmişdir.  Yalnız  onların 
inandıqları  həqiqətin  mövcudluğuna  inanaraq  din  və  dövlət  müttəfiq  idilər. 
Müxaliflik,  tənqid  dini  cəhətdən  bidət,  dünyəvi  cəhətdən  isə  dövləti  cinayət  hesab 
edilirdi. Bidətçilər və ya kalın əleyhdarları da, öz növbəsində, özləri də dözümlülüyü 
təbliğ  etmirdilər.  Reformatorlar  əmin  idilər  ki,  onların  dini  opponentləri  məhv 
edilməli olan şeytani doktrinaların təbliğatçılarıdır. Dini olmayan dünyəvi qiyamçılar 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə