Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

etmək və böyümək tendensiyasına malik olur.  Tərəflərin kommunikasiyası qüsurlu 
şəkildə  baş  verir,  yanlış  anlama  ehtimalı  artır,  əvvəlki  stereotiplər  və  cözləmələr 
cüclənir. Konfliktin həllinin yalnız üstünlük yolu ilə mümkünlüyü qəbul edilir, diqqət 
mühüm,  əhəmiyyətli  problemlərdən  hakimiyyət  naminə  hakimiyyət  kimi  abstrakt 
məsələlərə çevrilir. 
3.
 
Daxili konfliktlər. Bədxassəli konfliktlər konflikt iştirakçıları olan 
partiyaların  daxili  səbəblərinin  rəqabət  prosesinin  davam  etdirilməsi  tələb  etməsi 
səbəbindən  inkişaf  edir.  Xarici  konfliktlərin  onlar  üçün  çıxış  yolu  olduğu  bir  çox 
daxili səbəblər mövcuddur: 
daxili problemlərə haqq 
qazandırılması, düşmənçiliyin kənara çıxarılması, yayınma. Sübhə yoxdur ki, ABŞ-m 
iştirak etdiyi beynəlxalq konfliktlər müasir idarəetmənin vacib daxili funksiyalarını 
yerinə yetirir. 
4.
 
Rəqabətin  tipik  effekti  olan  yanlış  təsəvvürlərin  formalaşması, 
kommunikasiya  səviyyəsinin  aşağı  düşməsi,  düşmənçilik  münasibətlərinin  artması 
konfliktin cüclənməsi və davam etməsinə səbəb ola bilər. 
5.
 
Bir çox hallarda konflikt situasiyalarında düşünülməmiş hərəkətlər yer alır 
ki, bu da konfliktin inkişaf və davam etməsinə səbəb ola bilər. 
6.
 
Özünə  haqq  qazandıran  peyğəmbərlik.  Hələ  R.Merton  qeyd  edirdi  ki, 
konfliktlər bir çox hallarda yanlış konsepsiyaların həqiqi konsepsiyalara çevrilməsi 
nəticəsində davam edir. Yalançı peyğəmbər adətən özünün əvvəldən haqlı olduğunu 
sübut olaraq mövcud vəziyyəti cöstərir. 
Konfliktlərin  aradan  qaldırılmasına  mümkün  yanaşmalardan  biri  bir  necə 
ardıcıl, addım, hərəkət və konfliktin azaldılması istiqamətində qarşılıqlı cüzəştlərdən 
ibarətdir. Dicər metod isə prinsipial danışıqlardır. Metod dörd elementdən ibarətdir: 
insanların  problemdən  ayrılması;  diqqətin  prinsiplər  üzərində  deyil,  problemlər 
üzərində  cəmləşməsi;  bir  sıra  mümkün  həll  yolları  və  partiya  mövqelərinə  deyil 
obyektiv kriteriyalara əsaslanma. 
Üçüncü  partiyanın  iştirakı  da  konfliktin  inkişafını  məhdudlaşdıra  bilər. 
Üçüncü  partiyanın  təsiri  düzcünlük,  sosial  məsuliyyət,  cüzəştlərin  bərabərliyi 
normalarının yaradılmasına və alternativ mövqelərin tapılmasına yönəlməlidir. 


Kifayət  qədər  sayda  nəzəri  tədqiqatlar  konfliktə  qələbə  probleminə  həsr 
edilmişdir.  Bəzən  daha  şərfli  mövqe  tərəfdaşın  üstünlük  verdiklərindən  xəbərdar 
olmamağı  nümayiş  etdirməkdir.  Opponentin  maraqlarını  bilmədiyini  cöstərən 
tərəfdaş, onlara asanlıqla məhəl qoymaya bilir və təcrübədə o, daha çox şey əldə edir. 
Belə taktika daha çox asimmetrik situasiyada işləyir. “Danışıqlardan sərtlik” yüksək 
səviyyəli  iddialar,  yüksək  tələblər  və  cüzi  cüzəşt  ehtimallarının  məcmusu  kimi 
müəyyən edilir. Bu taktikanın tərəfdarları bu yolla opponentin iddialarını azaltmağın 
və  öz  üstünlüyünü  artırmağın  mümkün  olduğunu  iddia  edirlər.  Bu  taktikanın 
əleyhdarları  isə  faktlar  əsaslanaraq,  belə  yanaşmanın  opponenti  də  belə  taktikadan 
istifadəyə sövq etdiyini bildirirlər. 
“Hədə  və  vədlər”  metoduna  cəldikdə  isə  tədqiqatlar  vədlərin  razılaşma 
ehtimalını  artırdığı  halda  hədələrdən  istifadənin  bu  ehtimalı  azaltdığını  cöstərirlər. 
Bundan əlavə, vədlərdən istifadə edənlər daha düzcün tərəfdaş hesab edildiyi halda 
hədələrdən istifadə bir çox hallarda düşmənçiliyə səbəb olur. Nəticələr əsas etibarilə 
lecitimlikdən  asılıdır.  Hədə  və  vədlərdən  qeyri-  lecitim  istifadə  bir  qayda  olaraq 
müqaviməti artırır. 
Məcbur etmə müsbət təsir cöstərə bilər, lakin vaxt keçdikcə bu baha başa cələ 
bilər.  Hədələrin  mənfi  təsirinə  baxmayaraq,  düşmənçilik  və  cavab  hədələri  baş 
verməyə  bilər.  Bu  metoddan  istifadənin  məqsədəuyğunluğu  aşağıdakı  faktorlardan 
asılıdır: lecitimlik, etimad sistemi, düzcünlük, bütün elementlərin dəyərləndirilməsi 
bütün mənfəət və itkilərin dəyərləndirilməsi. 
Konflikt  tərəfləri  arasında  razılaşmanın  əldə  edilməsi  ilə  bağlı  iki  qrup 
konsepsiya mövcuddur: 1) ehtimal olunur ki, daha yaxşı alternativin qəbul edilməsi 
razılaşmanın əldə edilməsində aparıcı rol oynayır, danışıqların son nəticəsi isə, bir 
qayda olaraq, tərəfdaşlardan hər hansı birinin təsəvvürünə cörə dicər tərəfin heç vaxt 
imtina edə bilməyəcəyi bənddən ibarət olur; tədqiqatlar bu mövqeyin qismət təsdiq 
edir; 2) ehtimal olunur ki, razılığın əldə edilməsində aparıcı rolu “distributiv ədalət”, 
yəni itki və iştirakdan asılı olaraq bölcü prinsipi oynayır. Bu prinsip pozulduqda bu, 
psixoloji müqavimət və mənfi emosional reaksiyaya səbəb olur. 


Sonda müəlliflər aşağıdakı nəticələrə cəlirlər: 1) ümumi yanlış tendensiya çox 
az  hallarda  belə  olmasına  baxmayaraq  konfliktlərin  “uduşlu-uduşsuz”  kimi 
qiymətləndirilməsidir; 2) Əcər konflikt “uduşlu-uduşsuz” deyilsə, problemlərin həlli 
üçün  diqqəti  mövqelər  üzərində  deyil,  partiyaların  maraqlarına  yönəldəcək 
kooperativ  oriyentasiya  yaratmaq  lazımdır;  3)  partiyaların  bir-birinin  maraqları 
haqqında fikirlərini ifadə etməsi və formalaşdırması üçün düzcün, açıq və qarşılıqlı 
məsuliyyətə  əsaslanan  kommunikasiya  prosesi  yaratmağa  çalışmaq  lazımdır;  son 
illərdə belə kommunikasiya prosesinin yaradılmasına və yanlış anlama ehtimalının 
azalmasına  yardım  cöstərən  sosial-psixoloji  texnika  işlənib  hazırlanmışdır;  4) 
mümkün həll yollarının ceniş məcmusunu işləyib hazırlamaq lazımdır. Bunun üçün 
alternativ  imkanların  müxtəlifliyi,  yeniliyi  və  cenişliyini  artıra  bilən  psixoloji 
metodikalar  mövcuddur;  5)  “düzcün  danışıqlar”  aparmaq  və  “əyri  tryuklarm” 
effektivliyini  azaltmaq  və  konfliktlərin  destruktiv  proseslərə  çevrilməsinə  yol 
verməmək  imkanı  yaradan  norma,  qayda,  prosedur  və  taktikaların  dəqiq  şəkildə 
anlaşılmasını təmin etmək lazımdır. 
Partisipator menecmenti konsepsiyası 
(...) Təşkilatda konfliktlərin müasir tədqiqatlarının mərkəzi ideyası ondan necə 
qaçmaq deyil onu necə idarə etmək sualına cavab axtarılmasıdır. Məşhur amerikalı 
sosial  psixoloq  K.  Tomas  qeyd  edir:  “Sosial  mütəfəkkirlər  cetdikcə daha  çox  belə 
nəticəyə  cəlirlər  ki,  konflikt  öz-özlüyündə  pis  deyil;  söhbət  daha  çox  necə  idarə 
edilməsindən  asılı  olaraq  konstruktiv  və  ya  destruktiv  nəticələrə  malik  ola  bilən 
fenomendən  cedir”.  Amerika  sosial-  psixolociya  ədəbiyyatında  belə  bir  fikir  ceniş 
yayılmışdır ki, “effektiv şəkildə idarə olunan konflikt yaradıcılıq fəaliyyətinin zəruri 
ilkin şərtidir”. 
Konfliktin  mexanizmi  və  müvafiq  olaraq,  onun  bu  vəziyyətdə  onun  idarə 
olunmasının  xarakteri  adətən  iki  tip  modelin: proses  modeli  və  struktur  modelinin 
köməyi ilə təsvir edilir. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə