Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

6.
 
Ayrı-ayrı sivilizasiya sistemləri arasında deyil, belə sistemlərin daxilində 
effektiv  beynəlxalq  siyasi,  siyasi-hərbi  və  iqtisadi  təşkilatların  yaranması  ehtimalı 
daha böyükdür. 
7.
 
müxtəlif  sivilizasiyaları  təmsil  edən  xalqlar  və  qruplar  arasında 
münaqişələr  sivilizasiyadaxili  münaqişələrə  nisbətən  daha  tez-tez  baş  verəcək  və 
daha uzunsürən və dağıdıcı olacaq. 
8.
 
Beynəlxalq  münasibətlərin  əsas  oxu  Qərb  ilə  qalan  dünya  arasındakı 
suayırıcı xətt üzrə keçəcək. 
9.
 
Sivilizasiyaya münasibətdə daxilən parçalanmış bir sıra ölkələrin (Rusiya, 
Meksika,  Türkiyə)  elitaları  onları  Qərbin  bir  hissəsinə  çevirməyə  çalışacaq,  lakin 
əksər hallarda çətin keçilən maneələrlə üzləşəcəklər. 
10.
 
Yaxın  cələcəyin  mərkəzi  konflikti.  Qərb  ilə  artıq  Qərbin  dəyər  və 
maraqlarına meydan oxuyan islam və konfuçi sivilizasiyalarına aid bir sıra ölkələr 
arasındakı konflikt olacaq. (...) 
FƏSİL II. RUSİYA FEDERASİYASINDA SOSİAL TƏRƏFDAŞLIQ 
HAQQINDA HÜQUQİ AKTLAR VƏ MATERİALLAR 
1. Sosial tərəfdaşlığın qanunverici bazası 
Sosial tərəfdaşlığın qanunverici bazası dedikdə Rusiyada ölkədə sosial- əmək 
əlaqələri  və  sosial  tərəfdaşlıq  subyektlərinin  hərəkətlərini  bütün  səviyyədə 
tənzimləyən  Rusiya  Federasiyası  hökumətinin  qanunverici  aktları  və  qətnamələr 
sistemi  başa  düşülür.  Bura  Rusiya  dövlətinin  başçısının  fövqəladə  səlahiyyətlər 
verildiyi  dövrdə  qəbul  olunmuş  və  bunun  üçün  qanun  qüvvəsini  almış  Rusiya 
Federasiyası  Prezidentinin  “Bazar  iqtisadiyyatına  keçid  şəraitində  həmkarlar 
ittifaqlarını hüquqlarının təmin edilməsi haqqında” (162 saylı 15 oktyabr 1991-ci il) 
və  “Sosial  tərəfdaşlıq  və  əmək  mübahisələrinin  (konfliktlərin)  həll  edilməsi 
haqqında” (212 saylı 15 noyabr 1991-ci il) Fərmanları aiddir. Bu fərmanlara ilk dəfə 
olaraq Rusiya qanunvericiliyində 


əmək  sahəsində  beynəlxalq  hüquq  maddələrinin  milli  hüquq  normalarından 
üstünlüyü  qəbul  edilib.  Sonra  o  Rusiya  Federasiyasının  əsas  Qanunu  12  dekabr 
1993-cü ildə qəbul edilmiş Rusiya Federasiyası Konstitusiyasında əks olunmuşdur. 
Həmçinin ilk dəfə olaraq elmi ifadə kimi “sosial tərəfdaşlıq” termini qəbul edilmiş və 
o rəsmi olaraq Rusiya vətəndaşlığı almışdır. Sosial tərəfdaşlıq subyektlərinin statusu 
qanuni  olaraq  Rusiya  Federasiyası  Prezidentinin  45  saylı  24  yanvar  1992-ci  ildə 
imzaladığı  “Sosial-əmək  əlaqələrinin  tənzimlənməsi  üzrə  Rusiya  üçtərəfli 
komissiyasının yaradılması haqqında” Fərman və Rusiya Federasiyası hökumətinin 
103 saylı 20 fevral 1992-ci il tarixdə “Sosial-əmək əlaqələrinin tənzimlənməsi üzrə 
Rusiya üçtərəfli komissiyası haqqında Əsasnamə” qətnaməsi ilə təsdiq edilib. Sosial 
tərəfdaşlıq sistemini müvəffəqiyyətlə fəaliyyət cöstərməsinə 24 noyabr 1995-ci ildə 
Dövlət Dumasının əlavə və dəyişikliklər etdiyi 11 mart 1992-ci ildə qəbul edilmiş 
“Kollektiv  müqavilələr  və  razılaşmalar  haqqında”  Rusiya  Federasiyası  Qanunu 
xidmət  edir.  Bu  Qanuna  cörə  Rusiyada  sosial  tərəfdaşlıq  prinsiplərinin  bazasında 
federal,  recional,  sahə  və  yerli  (lokal)  səviyyədə  zəhmətkeşlərin  maraqlarının 
müdafiəsinin real mexanizmi toplanıb. 
Bu səviyyələrdə müstəqil hüquqi alətlər fəaliyyət cöstərir. Federal səviyyədə 
ümumrusiya  həmkarlar  ittifaqları,  işə  cötürənlər  və  Rusiya  Federasiyası  hökuməti 
birliklərinin 1997-ci ildən hər iki ildə Baş razılaşma qəbul edilir; recional səviyyədə - 
recional  həmkarlar  ittifaqları,  işə  cötürənlər  və  Rusiya  Federasiyası  hökumətinin 
imzaladığı xüsusi razılıq; recional səviyyədə - recional həmkarlar ittifaqları birlikləri, 
işə  cötürənlər  və  recional  rəhbərlik  tərəfindən  imzalanan  xüsusi  razılıq;  sahə 
səviyyəsində  -  sahə  həmkarlar  ittifaqları,  işə  cötürənlər  birliyi  və  nazirliklərin 
(idarələrin) arasında tarif razılığı; yerli səviyyədə - müəssisənin (və ya təşkilatların) 
rəhbərliyi və həmkarlar ittifaqların seçici orqanları (əvvəllər professional komitələr) 
arasında kollektiv müqavilələr. Beləliklə, Rusiyada sosial-əmək əlaqələrinin danışıq 
yolla tənzimlənməsinin əsasını kollektiv müqavilələr təşkil edir və baş razılaşmalar 
tövsiyə xarakterini daşıyır. Lakin kollektiv müqavilələrdə 


zəhmətkeşlərə  müəyyən  edilən  cüzəşt  və  təminatlar  keyfiyyətcə  sahə  üçün  tarif 
razılaşma üçün müəyyən olunmadan aşağı olmamalıdır. 
2. 3 mart 1992-ci il tarixində 
Rusiya Federasiyası Ali Soveti tərəfindən qəbul edilmiş 
“Kollektiv müqavilələr və razılaşmalar haqqında ” 
Rusiya Federasiyası Qanunu. 
Bu Qanuna dəyişikliklər Rusiya Federasiyası Dövlət Duması tərəfindən 20 
oktyabr 1995-ci ildə Rusiya Federasiyasının 24 noyabr 1995-ci il 176-FZ saylı 
“Rusiya Federasiyası “Kollektiv müqavilələr və razılaşmalar haqqında” 
Qanununa əlavə və dəyişikliklər edilməsi haqqında ” Qanununa əsasən edilib. 
Fəsil 1. Ümumi müddəalar 
Maddə 1. Qanunun vəzifələri və fəaliyyət sahəsi 
Bu Qanun kollektiv müqavilə və razılıqların sosial-əmək əlaqələrin müqavilə 
üzrə tənzimlənməsinə  kömək  cöstərmək  və  işçilərin  və iş verənlərin  sosial-iqtisadi 
maraqlarının  uyğunlaşdırılması  məqsədilə  onların  hüquqi  əsaslarının  işlənib 
hazırlanmasını, bağlanmasını və yerinə yetirilməsini müəyyən edir. 
Qanunun  təsiri  bütün  iş  verənlərə,  işçilərə,  iş  verənlərin  və  işçilərin 
nümayəndələri,  və  həmçinin  icra  hakimiyyətlərinə  və  yerli  özünü  idarəetmə 
orqanlarına şamil edilir. 
Maddə 2. Əsas anlayışlar 
Kollektiv müqavilə - təşkilat, filial, nümayəndəlik (bundan sonra  - təşkilatın 
işçiləri)  işçilərinin  iş  verənlərlə  bağlanan  və  sosial-əmək  əlaqələrini  tənzimləyən 
hüquqi aktdır. 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə