Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə48/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   91

Nöqtələr


●“Tədmir” dedikdə dəhşətli həlakət mənası anlaşılır.1

●Quranın təbliğ və tərbiyə üsulları fərqlidir. Bir yerdə buyurulur ki, azğınların sorağınca getmək lazımdır. Digər bir yerdə bəyan olunur ki, göstəriş verilsin və onlar qürurlarını sındıraraq özləri gəlsinlər. Məsələn, həzrət Süleyman Səba padşahına buyurur: “Tam təslim olaraq hüzurumuza gəl.”1


Bildirişlər


1. Nə qədər ki, səmavi kitabla ünsiyyət qurmamışıq, təbliğat haqqımız yoxdur.

2. Peyğəmbərlər üçün canişinləri də Allah təyin etməlidir.

3. Çətin vəzifələrin icrasında vəzir və həmkara ehtiyac var.

4. Bəzi dövrlərdə bir neçə peyğəmbər göndərilmişsə də, onlardan yalnız biri rəhbər olmuşdur.

5. Bəzən birlikdə təbliğ üçün qrup göndərilməlidir.

6. Azğınlara höccəti tamamlamaq, xəbərdarlığı başa çatdırmaq lazımdır.

7. Xalqın inkar və inadkarlığı ilahi lütfə mane olmur.

8. Peyğəmbərin təkzibi Allahın təkzibidir.

9. Haqqı təkzib etməyin sonu fəlakətdir.

10. Tarixin, bir vaxtkı kafirlərin taleyinin və onların məhvinin bəyanı bu günkü kafirlərə xəbərdarlıq və onların pisliyinə qadağa üçün zəmindir.


Ayə 37:


﴿وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا﴾

Peyğəmbərləri təkzib etmiş Nuh qövmünü qərq etdik, onları xalq üçün ibrət qərar verdik. Zalımlar üçün dərdli əzab hazırlamışıq.”



Bildirişlər


1. Bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi kimidir.

2. Tarix ibrət dərsidir.

3. İnsanların taleyi onların öz əlindədir.

4. Peyğəmbərlərin təkzibi zülümdür.

5. Peyğəmbərlərin təkzibinə görə həm dünya, həm də axirət əzabı nəzərdə tutulur.

Ayə 38:


﴿وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَلِكَ كَثِيرًا﴾

Ad qövmü, Səmud qövmü, Rəss səhabələri və onların arasındakı bir çox nəsilləri (həlak etdik.)”


Ayə 39:


﴿وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا﴾

Hər biri üçün (ibrət götürsünlər deyə) nümunələr göstərdik. (İbrət götürmədiklərindən) hamısını tamam məhv etdik.”



Nöqtələr


●“Qərn” sözünün cəm forması olan “qurun” sözü əslində eyni bir dövrdə bir yerdə yaşamış cəmiyyət mənasını bildirir. 40 ildən 100 ilədək dövr də “qərn” adlandırılır. “Tətbir” dedikdə böyüklüyü əldən vermək və alçalmaq mənaları nəzərdə tutulur. Belə bir alçalma ölümlə sonuclanır.1

“Rəss” səhabələri kim idi?


●Təfsirlərdə Rəss qövmü haqqında xeyli söhbət getmişdir. Kimi onları Şüeybin qövmü hesab edir, kimi Yəmamədə bir şəhərin Rəss adlandığını bildirir, kimi də Antakiyada Rəss adlı quyu olduğunu qeyd edir. Kimi də Rəss sözünü Araz çayına aid edir. “Üyuni əxbarir-Riza” kitabında isə belə nəql olunur: İmam Rza (ə) buyurmuşdur: “Bir şəxs Həzrət Əlidən (ə) Rəss əshabı haqqında soruşdu. İmam buyurdu: “Nuhun tufanından sonra “şahi-derəxt” adlı bir ağac əkildi. İnsanlar bu ağacı müqəddəs sayırdılar. Onun ətrafında 12 kənd salındı. Kəndlər İran ayları ilə adlandırıldı: Fərvərdin, Ordibehişt, Xordad... insanlar hər ay kəndlərdən birində şadlıq keçirirdilər. İsfənd kəndində bayram daha əzəmətli və izdihamlı olurdu. Onlar bayram mərasimində bir ağacı yandırır və onun tüstüsü qalxdıqda, ağlayıb ah-nalə çəkirdilər. Allah bu insanların hidayəti üçün peyğəmbər göndərdi. Amma onlar peyğəmbəri təkzib etdilər. Peyğəmbər azğın camaatı lənətlədi və bu lənətdən sonra müqəddəs ağac qurudu. Azğın qövm dərin bir quyu qazıb Allahın peyğəmbərini həmin quyuya atdı. Allahın peyğəmbəri bu sayaq şəhadətə çatdırıldı.2

Bildirişlər


1. Xalqın hidayəti üçün peyğəmbərlər göndərmək və təkzib edənlərin məhvi ilahi sünnədir.

2. Allah bütün ümmətlər üçün höccəti tamamlayır. Xəbərdarlığı başa çatdırır.

3. Allahın kafirlərə qarşı qəhr-qəzəbi onun sünnələrindən biridir.

Ayə 40:


﴿وَلَقَدْ أَتَوْا عَلَى الْقَرْيَةِ الَّتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا بَلْ كَانُوا لَا يَرْجُونَ نُشُورًا﴾

Həqiqətən, (Məkkə müşrikləri Şama səfər zamanı) bəla yağışı yağmış məntəqədən keçirdilər. Onu görmədilərmi? Nə üçün (Lut qövmünün məntəqəsini gördülər, amma ibrət götürmədilər? Çünki) onlar Qiyamətə, yenidən diriləcəklərinə inanmırdılar.”


Nöqtələr


●Bəla yağışı yağmış yer Lut qövmünün məskəni idi və həmin yerə daş yağmışdı. İmam Baqir (ə) bildirir ki, həmin məntəqənin adı “Sədum” olmuşdur.1

Bildirişlər


1. Arxeoloji tapıntılar ibrət vasitəsi ola bilər. (Tarixin nəqli və azğınların taleyinin bəyanı təbliğ, tərbiyə, nəhy əz münkər üçün zəmindir)

Zəmanədən ibrət götürməyən kəs,

Müəllimdən çətin öyrənə bir dərs.

2. Haqq qarşısında itaətsizlik və küfrün davamı haqqa çatmağa mane olur.

3. Yalnız qəlbində ümid nuru olan və Qiyamətə inanan kəs hadisələrdən faydalanır.

Ayə 41:


﴿وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولًا﴾

(Kafirlər) səni gördükləri vaxt yalnız məsxərəyə qoyurlar. (Onların sözü budur ki,) bu, Allahın peyğəmbər qərar verdiyi həmin kəsdirmi?”



Bildirişlər


1. İnadkar və qürurlu şəxs haqqı qəbul etmir.

2. Peyğəmbərlərin məsxərəyə qoyulması və onların təhqiri kafirlərin daimi işidir.

3. Kafirlər peyğəmbəri şəxsən inkar etməklə onun risalətini də sual altına alırlar.

Ayə 42


﴿إِن كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلَا أَن صَبَرْنَا عَلَيْهَا وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ الْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا﴾

(Kafirlər deyir:) «Əgər biz bütlərimizə pərəstişdə möhkəm dayanmasaydıq, az qala bizi tanrılarımızdan uzaqlaşdırmışdı.” Əzabı gördükləri vaxt biləcəklər ki, kim daha çox azmışdır




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə