60
Azərbaycanın böyük tranzit imkanları müzakirə edilib. Şimal- Cənub nəqliyyat
dəhlizi, ―Bakı-Tiflis-Qars‖ dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və sair
iri layihələrin ölkəmizin tranzit potensialının artırılmasında böyük rolu vardır.
Tranzit
potensialı iqtisadiyyatının inkişafı ilə bağlı proseslərin dövlət
tənzimlənməsini həyata keçirmək məqsədilə ölkə prezidenti İlham Əliyevin 21
oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası
(TYKŞ)yaradılıb. Özünün əlverişli coğrafi mövqeyinə və infrastukturuna görə
Azərbaycan tranzit yükdaşımaları üzrə yüksək gəlir əldə etmək imkanına malik olan
ölkələrdən biridir. Ancaq bununla belə, respublikamız tranzit potensialından lazımi
səviyyədə istifadə edə bilmir. «Qərblə Şərq arasında yerləşməsi, son illərdə
infrastrukturun yüsək sürətlə inkişaf etməsi nəqliyyat sektorunun canlanmasına, yəni
nəqliyyat imkanlarının genişləndirilməsinə gətirib çıxarıb. Xüsusilə də ―Bakı-Tiflis-
Qars‖ dəmir yolunun tikintisinin yekunlaşması ölkəmizin tranzit imkanlarını artırıb.
TYKŞ-in yaradılmasından sonra Azərbaycanda yükdaşımalarla bağlı əngəllər aradan
qaldırılmaqdadır. Xüsusilə də elektron sənədləşmənin həyata keçirilməsi tranzit
yükdaşımalarla məşğul olan nəqliyyat sahiblərinin və sürücülərin əlavə xərclərə
düşməməsinə yardım edir: «Digər tərəfdən, haqqında bəhs edilən yeni şuranın qərarı
ilə tariflərin müəyyən qədər endirilməsi də tranzit iqtisadiyyatının inkişafına
sürətləndirir. Nəticə etibarilə, beynəlxalq yükdaşımalar sahəsi qeyri-neft sektorunda
əsas istiqamətlərdən biri kimi potensialını artırır. Bu səbəbdən də yükdaşımalar üzrə
tariflərin yenidən ucuzlaşdırılması, adıçəkilən koordinasiya şurasının fəaliyyəti,
əhəmiyyətli qərarları qəbul etməsi və onların icrası beynəlxalq yükdaşımalar da
gəlirlərimiziartıracaq».
Tranzit və yükdaşımalar sahəsində böyük potensiala malik olsa da, hazırda bu
imkandan tam istifadə edə bimir. 4200 kilometr uzunluğunda olan Avropa-Qafqaz-
Asiya nəqliyyat dəhlizinin mümkün tranzit müddəti 14 gündən azdır. Asiya və
Avropa arasında ticarət əlaqələrinin genişlənməsi Azərbaycandan keçən Avropa-
Qafqaz-Asiya
nəqliyyat
dəhlizinin
inkişafına böyük imkanlar yaradır.
Bundan başqa, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin mövcud
61
vəziyyəti və problemləri öyrənilir, bu dəhlizlərin potensialının artırılması, rəqabət
qabiliyyətinin yüksəldilməsi imkanları axtarılıb araşdırılır. Koordinasiya Şurasının
elektron portalının yaradılması istiqamətində də müvafiq işlər görülür. Portal ölkənin
dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit
yükdaşımalar ilə bağlı vahid tarifləri, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə
daşıma qaydarını, dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair
elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron
üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşınma prosesləri ilə
əlaqədar digər məsələləri nümayiş etdirəcəkdir. Qeyd olunan işlərlə yanaşı, görülən
işlərin beynəlxalq səviyyədə təşviqi üçün müvafiq tədbirlər zamanı dəhlizin
üstünlükləri və tətbiq olunan yeniliklər barədə məlumatlandırma işləri həyata
keçirilir.
İqtisadiyyatın şaxələndirilməsində və geniş fəaliyyət görsətməsində nəqliyyat
sektorunun inkişafı məsələsi prioritet məsələlərdənhesab olunur. Buna görə də,
Azərbaycanın nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur
layihələri həyata keçirilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin,
müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu
xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində
əhəmiyyətli rol oynayır. ―Dəmir İpək yolu‖ adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu
xəttinin tikintisinin tamamlanma mərhələsinə qədəm qoyması Avropa və Asiya
ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini
daha da artıracağına sərait yaradır. ―Şimal-Cənub‖ Beynəlxalq Nəqliyyat Dəhlizinin
təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala
malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli
tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran
dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin
görülməsinin vacibliyi əks olunur.2020-ci ilə Azərbaycanın tranzit potensialı 600-700
milyon dollara və ya 300 min konteynerə çatacaq.
62
III Fəsil
AZƏRBAYCANIN TRANZIT POTENSIALININ REALLAŞDIRILMASI:
BEYNƏLXALQ NƏQLIYYAT DƏHLIZLƏRI SISTEMINDƏ ƏMƏKDAŞLIQ
VƏ RƏQABƏT
3.1.Müasir Böyük İpək Yolu konsepsiyası: Avropa-Asiya nəqliyyat əlaqələrinin
genişləndirilməsində Bakı-Tibilis Qars yeni dəmir yolu xətti layihəsinin
əhəmiyyəti
Artıq bütün dünyaya məlumdur ki,« İpək yolu» strategiyası dövlət
müstəqilliyimizin məhsulu, Ümummilli lider Heydər Əliyevin uzaq görən, uğurlu
iqtisadi siyasətinin bir sönucudur. Məlumdur ki,Müstəqilliyin ilk illərində yaranmış
ağır sosial-iqtisadi vəziyyət, nəqliyyat-iqtisadi blokadanın davam etməsi, keçmiş
təsərrüfat əlaqələrinin qırılması, Avropa və Dünya bazarına çıxışın olmaması
dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradırdı. Belə bir şəraitdə Avropa
Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRASEKA
layihəsi və ölkə rəhbərliyinin bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin
qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş
ugurlu prinsipləri ilə dövlətin dəstəyinə hərtərəfli təkan verdi. Hələ
İpək Yolunun
yenidən bərpa edilməsinə dair ilk addımlar 1991-ci ildə atılmışdı. Belə ki,
həmin ildə Avropa Şurası tərəfindən TASİS – yardım proqramı qəbul edilmiş
və bu proqramda yeni müstəqil dövlətlərdə demoktatik islahatların
keçirilməsini sürətləndirmək, milli dövlətlərdə bazar iqtisadiyyatı sistemini
formalaşdırmaq, xüsusilə iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən yeni
nəqliyyat dəhlizi layihələrinin yaradılması və həyata keçirilməsinə kömək
göstərmək ücün öz əksini tapmışdır.
Tarixi İpək Yolunun bərpası milli neft biznesinə alternativdə ölkəmizin XXI əsrdə
siyasi çəkisini və iqtisadi qüdrətini artıran yeni reallıqdır. Parisdən Şanxayacan bir
nəqliyyat oxunda düzlənən çoxsaylı ölkələr içərisində öz geopolitik və geostrateji
Dostları ilə paylaş: |