53
- Azərbaycan Respublikasının qanunları (qanunvericilik aktları);
- qanunqüvvəli aktlar.
Dəniz limanında nəzarət funksiyasını dəniz limanı kapitanı həyata keçirir. O,
limanda mühafizə qaydalarına və hərəkətin təhlükəsizliyinə aid məcburi göstərislər
vermək hüququna malikdir. Müəyyən əsaslar olduqda, dəniz limanı kapitanı gəmini
yoxlaya bilər.
Aeroportlar, prinsip etibarı ilə, dəniz limanları kimi eyni vəzifələri yerinəyetirirlər.
Amma onların yerinə yetirdikləri kommersiya əməliyyatlarının dairəsi nisbətən
məhduddur. Aeroportlar limanlardan fərqli olaraq dasıma fəaliyyəti ilə məsgul
olmurlar. Onların bəziləri müstəqil kommersiya təskilatı hesab olunur.Respublikanın
əlverisli cografi məkanda yerləsməsi basqa nəqliyyat sahələrikimi hava nəqliyyatının
inkisafına da təsir göstərmisdir. Azərbaycan ərazisində ilktəyyarə 1918–ci ildə uçus
etməklə
hərbi
xarakter dasımısdır. Respublik―Zaqafqaziya‖ aksionerinin
yaranmasından sonra hava nəqliyyatının inkisaf dövrü baslanmıs və birinci dəfə poçt
və sərnisin dasınması Bakı–Tiblisi arasında 8 yanvar 1924–cü ildə həyata
keçirilmisdir. 1931–ci ildə Bakıda ilk yeni hava limanının tikintisinə baslandı və
1933–cü ildə Yevlaxda 2–ci hərbi xarakter dasıyan hava limanının tikintisi basa
çatdırıldı.
Beləliklə, Azərbaycan səraitində hava nəqliyyatı ilə sərnisin və xalq təsərrüfatı
yüklərinin dasınması 3 istiqamətdə inkisaf etmisdir.
1) Respublikanın daxili iqtisadi rayonları ilə;
2) MDB üzvü olan respublikaların səhər və rayonları ilə;
3) Beynəlxalq və yaxud xarici ölkələrlə olan əlaqələri;
Azərbaycan Respublikası üçün nəqliyyat, o cümlədən də aviasiya nəqliyyatı
sahəsində ayrı-ayrı dövlətlərlə və ya beynəlxalq təskilatlarla daha sıx əməkdaslıq həm
nəqliyyat bazarlarının açılması, həm də müasir dövlətlərin bazar iqtisadiyyatı
prinsiplərinin inkisafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Regionlar səviyyəsində
bu məsələlər son illərdə keçirilimis ayrı−ayrı beynəlxalq nəqliyyat konfranslarında,
54
məsələn: Nəqliyyata dair ümumavropa konfransının (Krit, mart 1994–cü il; Helsinki,
iyun 1997–ci il), BMT Avropa əqtisadi Komissiyası (AəK)
nəqliyyat və ətraf mühitə
dair konfransının (Vyana, noyabr 1997–ci il) Bəyannamələrində; ənfrastruktur
məsələləri üzrə nazirlər səviyyəsində konfransın (Nyu–Dehli, oktyabr 1996–cı il) və
1997–2006-cı illər üçün Asiya–Sakit okean regionunda infrastrukturun inkisafı üzrə
hərəkətlər planı haqqında Dehli konfransının, ―Avropa–Qafqaz–Asiya‖ dəhlizinin
inkisafı üzrə beynəlxalq nəqliyyat haqqında sazisin imzalanması ilə basa çatan tarixi
əpək yolunun bərpası üzrə Bakı Beynəlxalq konfransının (sentyabr, 1998–ci il)
qərarlarında; ―Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi‖nin yaranması üçün təsis
olunmus və qəbul olunmus müxtəlif beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapmıs
və təsbit edilmisdir.
2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil
yolları tikilmiş, yenidən qurulmuş, təmir olunmuş,12 ədəd yeni avtomobil körpüsü
tikilmiş, 2 ədədi təmir edilmiş, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara
verilmişdir.
O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika
əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 kmuzunluğunda avtomobil
yolu tikilmiş, yenidən qurulmuş, təmir olunmuşdur. Ümumi istifadədə olan
avtomobil yollarında 12 ədəd körpü tikilmiş, 2 ədədi təmir edilmişdir. Bakı şəhəri
üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən
qurulmuş,təmir olunmuş , 3 ədəd yol ötürücüsü , 2 ədəd tunel , 9 ədəd piyada keçidi
istismara verilmişdir.
Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal
edilmiş, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilmişdir
Hazırda Azərbaycan Respublikasında dəmir yollarının uzunluğu 2944, km. istismar
uzunluğu isə 2122 km təşkil edir. Dəmir yolu xəttinin daha intensiv sahələri, yəni
1277,1 km-i elektrikləşdirilmişdir ki, bu da ümumi uzunluğunun 60%-nı təşkil edir.
Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) tərkibində Daşıma Prosesləri İdarəetmə
Birliyi, Sərnişin Daşıma İstehsalat Birliyi, ―Lokomotiv İstehsalat‖ Birliyi, ―Vaqon
Servis‖ İstehsalat Birliyi, Yol istehsalat birliyi, Elektrik Təçhizatı İstehsalat Birliyi,
55
İşarəvermə və Rabitə İstehsalat Birliyi, Hərbiləşdirilmiş Mühafizə Təsərrüfatı,
Naxçıvan hissəsi və s. müəssisəsələr fəaliyyət göstərir.
Boru-kəmər nəqliyyati-Neft və təbii qazla əlaqədar olaraq Azərbaycanda boru kəməri
nəqliyyatı xeyli inkişaf etmişdir.Neftin istər respublika daxilində, istərsə də xaricə
səmərəli yollarla daşınması boru kəməri nəqliyyatının bütün illərdə inkişaf
etdirilməsini tələb edir. Respublikada neftin hasilatı ilə əlaqədar olaraq ilk dəfə neft
kəməri Abşeron rayonu ərazisində formalaşmışdır. Neft kəmərinin ümumi uzunluğu
1500 km-dən çoxdur. Neft boru kəmərinin 80 %-i Abşeron iqtisadi rayonu ərazisində
cəmlənmişdir.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin 2015-ci ilin nəqliyyat
kompleksinin statistik göstəricilərinə nəzər saldıqda deyə bilərik ki, nəqliyyat
sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 222.4 milyon ton və ya
0.2 faiz çox yük daşınmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 61.9 faizi
avtomobil, 27.4 faizi boru kəməri, 7.7 faizi dəmir yolu, 3.0 faizi dəniz nəqliyyatı
vasitəsilə həyata keçirilmişdir. Qeyri-neft yüklərinin həcmi 1.6 faiz artaraq 161.6
milyon tona çatmışdır.
Ötən ildə qeyri-dövlət sektorunda yük daşınması 5.3 faiz artmış, bu sektora məxsus
nəqliyyat vasitələri ilə yük daşınmasının payı daşımaların ümumi həcmində 80.3
faiz təşkil etmişdir.
Nəqliyyatçılar 1891.9 milyon sərnişinə və ya 2014-cü illə müqayisədə 3.5 faiz çox
sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88.1 faizi avtomobil, 11.7 faizi metro
nəqliyyatının xidmətlərindən istifadə etmişdir.
Dəmir yolu nəqliyyatı ilə yük daşınması 2015-ci ildə 17.1 milyon ton yük, 1.9
milyon sərnişin daşınmış, 2014-cü illə müqayisədə müvafiq olaraq 21.6 faiz və 25.1
faiz azalma müşahidə olunmuşdur. İl ərzində orta hesabla sutkada 374 vaqon
yüklənmiş, 466 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti
üzrə 15.3 min ton, Qərb istiqaməti üzrə 4.2 min ton və Cənub istiqamətləri üzrə 1.8
min ton yüklənmə işi yerinə yetirilmişdir.
Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 6.6 milyon ton təşkil etmiş, əvvəlki