75
əhəmiyyət kəsb edir. Bu marşrut İran və Rüsiya ərazisindən keçməklə Yaxın Şərqdən
və Cənub-Şərqi Asiyadan Avropaya daşınan yükdaşımaların sürətini bir neçə dəfə
artıracaqdır. O, Suveyş kanalı vasitəsi ilə Hindistandan Avropaya üzanan nəqliyyat
xəttindən 3 dəfə qısadır. Dəmir yolu, su nəqliyyatı və avtomobil xətlərini ehtiva edən
bu nəqliyyat marşrutunun işə düşəcəyi təqdirdə planetin Cənubundan Avropaya hər il
orta hesabla 15-20 milyon ton yükün daşınacağı gözlənilir. Bu dəhlizin açılısı Fars
Körfəzi ərəb ölkələrinin Avropa ilə əlaqəsində nəqliyyat alternatvini təmin edərək
zəvvarların İslamın müqəddəs yerlərinə, xüsusən də Məkkə və Mədinə şəhərlərinə
səyahəti üçün əhəmiyyətli olacaq, ənənəvi marşrutlardan istifadə intensivliyini
mülayimləşdirəcəkdir.
Cənub-Simal dəhlizinin açılışında Rusiya daha çox maraq nümayiş etdirir və onu
reallaşmasını özünün nəqliyyat strategiyasının əsas prioritetiləri sırasına qoyur. Bu
məqsədlə Rusiya Azərbaycanın Astara şəhəri ilə İranın Ənzəli və Rəşt şəhərlərini
birləşdirən 300 kilometrlik dəmir yolu xəttinin çəkilişində konsorsium yaraqtmaq
niyyətindədir. İlkin olaraq bu layihə 600 miyon dollar civarında dəyərləndirilir.
Rusiya bu xəttin sosial-iqtisadi əhəmiyyəti ilə yanaşı onun ölkələrarası qarşılıqlı
etimadını artıracağı istiqamətində də əlverişli siyasi dividendlər gətirəcəyinə ümid
bəsləyir. Bu baxımdan mühüm tranzit məkana çevrilmiş Azərbaycanın layihədə əsas
fiqurantlardan biri kimi hərtərəfli iştirakı və onun reallaşmasında dəstəyi siyasi ,
sosial vəiqtisadıcəhətdən geniş mənfəətli olacaqdır. Aparılan araşdırmalara görə,
Azərbaycanın bu layihənin reallaşmasındakı əsas götürülən dividendləri:
Nəqliyyat sisteminin qlobal əhəmiyyətliliyinin artırılması və modernizasiyası;
İslamın müqəddəs yerlərinə ziyarətin alternatıv marşrutlarından biri kimi
nəqliyyatinfrastrukturunun mobilləşməsi;
Turizm imkanlarının artırılması və əlverişliliyinin təminatı;
Qonşu dövlətlərlə qarşlıqlı etimadın yüksəlişi;
76
İqtisadi və sosial keyfiyyət.və s.
17
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında Razılaşma
Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan dövlətləri arasında 2000-ci
il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılmış və bu razılaşma 21 may
2002-ci il tarixində qüvvəyə minmişdir. Qeyd olunan tarixdə Sankt-Peterburq
şəhərində keçirilən Razılaşmaya uyğun olaraq üzv olan ölkələrin nəqliyyat
nazirlərinin birgə görüşündə Koordinasiya Şurasının yaradılması haqqında Protokol
imzalanmışdır. Şimal-Cənub dəhlizinin Katibliyi Tehran şəhərində yerləşir.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasından sonra bir çox ölkələrin
diqqətini cəlb edərək bu dəhliz barədə maraq yaratdı. Bundan sonra əldə olunan
Razılaşmaya Belarus Respublikası, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan,
Oman və Suriya dövlətlərdə qoşulmuşdur. Ölkəmiz Azərbaycan Respublikası həmin
Razılaşmaya qoşulmaq üçün 2001-ci il 21 dekabr tarixində vermiş rəsmi notaya
2005-ci ildə müsbət cavab almış və nəhayət 2005-ci il sentyabr ayının 20-də
imzalanmış 984-IIQ nömrəli Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə qoşulmuşdur.
Azərbaycan
Respublikası
Şimal-Cənub
beynəlxalq
nəqliyyat
dəhlizinin
Əlaqələndirmə Şurasının əsasında təsis olunduğu ―Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizi haqqında‖ Sazişə qoşulması ilə bağlı dövlətdaxili prosedurlar tamamlayaraq,
oktyabr ayının 5 də həmin Sazişin depozitarisi olan İran İslam Respublikasına rəsmi
bildirərər razılıq sənədini almışdır. Azərbaycan üçün olduqca vacib olan Saziş 30-cu
gün qüvvəyə minmişdir.
"Şimal-Cənub" razılaşmasının ölkəmiz ücün əsas məqsədlərinə aşağıdakılar daxildir
17
Cənub-Şimal nəqliyyat dəhlizi: inkişaf meyilləri və perspektivlər. 2005-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad
Universitetində yerinə yetirilmiş büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransın
tezisləri. Azərbaycan Dövlət İqtisad Universiteti. (A.F.Haсızadə ilə müştərək) Bakı. 2007. 0,1 ç.v.
77
Tranzit yük və sərnişin daşımalarının təşkilində beynəlxalq nəqliyyat
əlaqələrinin səmərəliliyinin yüksəldilməsinə nail olmaq
Dəhlizin üzv ölkələri arasında dəmir yolu, avtomobil, dəniz, çay və hava
nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılması
üçün çalışmaq
Beynəlxalq tranzit daşımalarının həcminin artırılmasına yardım göstərilməsi
Nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması
Razılaşdırılmış və qəbul olunmuş nəqliyyat siyasətinin həyata keçirilməsinə
riayət olunması.
Bu Razılaşma nəqliyyatın bütün növlərinə:
Dəmir yolu, dəniz, avtomobil yolları, çay və hava nəqliyyatı ilə daşımaları təmin
edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Burada Hindistan
istisnalıq təşkil edir, çünki onun yalnız dəniz marşrutları ilə iştirakı nəzərdə tutulur.
Ötən qısa müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan
Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında"
sərəncam imzalanmış və bu qeyd olunan nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması
istiqamətində atılan əsas addım kimi dəyərləndirilir və bu işlərin sürətlənməsinə
imkan yaradır .
Onu da Qeyd etmək lazımdır ki, nəqliyyat dəhlizi üzrə əsas daşımalar Rusiya
ərazisində Buslovskaya - Sankt-Peterburq - Moskva - Ryazan - Koçetovka - Rtişevo -
Saratov - Volqoqrad - Həştərxan istiqamətində dəmir yolu ilə buradan İrana qədər isə
3 əsas marşrut üzrə tranzit daşımaları çatdirilir.Yaxın gələcəkdə “Şimal-Cənub”
Dəhlizin Transxəzər və Şərq marşrutu ilə yanaşı, Qərb marşrutu istiqamətində də
yükdaşımaları həyata keçiriləcəkdir. Layihənin infrastrukturuna görə Qərb marşrutu
Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə
Samurdan Astaraya, ordan da inşası davam etdirilən Astara - Rəşt - Qəzvin yeni
Dostları ilə paylaş: |