288
4. Bəzən uydurulmuş hədisdə ravinin sosial statusu, psi-
xoloji motivləri öz əksini tapır. Məsələn, Hakim rəvayət edir
ki, Seyf ibn Ömər ət-Təmimi deyib: “Sə`d ibn Tərifin ya-
nında idik. Oğlu məktəbdən gəldi. Ağlayırdı. Atası soruşdu:
“Nə olub?” Dedi: “Müəllim məni döyüb.” Sə`d dedi: “Bu-
gün onu rüsvay edəcəyəm! Mənə İbn Abbasa istinadən İk-
rimə danışıb ki, Peyğəmbərin belə dediyini eşidib: “Uşaqla-
rınızın müəllimləri aranızdakı ən şər insanlardır; yetimlərə
az rəhm edərlər. Onlar miskinlərə qarşı ən kobud insanlar-
dır”.
Belə bir hədis də var: “
Hərisə
∗
beli möhkəmlədir”. Mə-
lum olur ki, bu hədisi uydurmuş Məhəmməd ibn Həccac
ən-Nəxəi hərisə satan imiş.
Hədisin məzmunda
uydurma əlamətləri
1. Linqvistik qüsurluluq (forma qüsuru).
Ərəb bəlağət
elminin dərin biliciləri ilk baxışdan bilirlər ki, bu və ya digər
söz, söz birləşməsi, cümlə quruluşu düzgündür, ya yox. Onlar
cümlələrdəki qüsuru görə bilirlər. Asanlıqla müəyyən edirlər
ki, bu cür qüsurlu sözlər, söz birləşməsi və cümlələr öz ana
dilinə dərindən bələd olanın ağzından çıxa bilməz, o ki qal-
dı fəsahət və bəlağətdə zirvə sayılan Peyğəmbərin ağzından
çıxsın!
Hafiz ibn Həcər deyib:
∗
Hərisə: qaynadılmış ət və buğdadan hazırlanmış yemək –
tərcümə-
çinin qeydi.