295
Təsəvvür edək ki, İngiltərə və ABŞ Namibiyaya göz-
lənilmədən hərbi müdaxilə edir, ancaq məğlub olurlar. Düz-
dür, Namibiya müharibə meydanında qalib gəlir, lakin daha
çox inkişaf etmiş tərəfin mədəni üstünlüyü öz sözünü de-
yir. Çünki mədəni amil həmişə həlledici olmuşdur. Belə ki,
Qərb mədəniyyəti Namibiyanı öz caynağına keçirir, tərə-
zinin gözünü özünün xeyrinə ağır basır.
Bu səbəbdən, müsəlmanları məğlub etmiş tatarlar islam
mədəniyyətinin təsirinə düşmüş, müsəlmanlığı qəbul etmiş-
dilər.
Sual veririk: Bu mədəni üstünlüyün səbəbkarı kimlər idi?
Döyüş meydanlarda məğlub olmuş bu ümmətə mədəni
qələbələri kim qazandırmışdı? Cavab veririk: Alimlər, dəvətçi-
lər və tərbiyəçilər! Məhz onlar siyasi gələcəyi oyun-oyun-
cağa çevrilmiş islam risalətini xilas etmiş gözəgörünməz əs-
gərlər idilər!
Bu hal tarix boyu bütün dünyada təkrarlanmışdır. Alman-
lar Hitlerin axmaq siyasəti nəticəsində viran qalmış bir öl-
kəni yenidən quraraq parlaq gələcəyə qədəm basdılar. Ya-
ponlar da həmçinin...
Mühüm olanı budur ki, bir xalqın tarixi-mədəni “sü-
tun”ları möhkəm olsun, sarsılıb yıxılmasın. Mədəni keçmi-
şimizə nəzər salır, elmi-mədəni rəhbərliyimizin siyasi rəh-
bərliyimizdən daha güclü, daha sağlam olduğunu görürəm.
Hətta böyük ingilis tarixçiləri Arnold Toynbe (1889-1975) və
Arnold Tomas (1795-1842) etiraf etmişlər ki, islam ciddi
qələbələrin baş verdiyi dövrdən daha çox böyük məğlubiy-
yətlərin vaqe olduğu zamanlarda yayılmışdır...
296
Mövzumuza –Sünnəyə xidmətdə qadınların rolu mövzu-
suna qayıdaq. İmam-qadınlardan bir neçəsi haqda danışaq...
Bu alim-qadınların ilki Seyyideyi-Müsnidə
∗∗∗∗
Şəhidət bint
əl-İbra əl-Katibə
dir. İbadətə bağlı bu mömin xanım alim-
lərin dərslərində iştirak etmiş, zəngin bilik sahibi olmuşdur.
Uzun ömür sürmüşdür (təxminən 100 il yaşamışdır). Hüsn-
xətdə məşhur idi. Zamanında onun qədər gözəl xətti olana
rast gəlinmir. Xəlifənin səlahiyyətli əyanlarından biri ilə ev-
lənmişdir. Ömrünü öyrənib-öyrətməkdə keçirmişdir...
Onun savad öyrəndiyi müəllimlərin adlarını burada qeyd
etmək fikrində deyiləm. Amma Şəhidət bint əl-İbranın
dərslərində iştirak edən, onun tərəfindən rəvayət və hədis
nəqletmə şəhadətnaməsi (icazət) ilə təltif olunan bəzi alim-
lərin adlarını çəkmək istəyirəm...
Deyilənə görə, Əbu Sə`d ibn əs-Səm`ani onun dərs-
lərində iştirak etmiş, məşhur tarixçi Hafiz Əbülqasim ibn Əsa-
kir və mötəbər hənbəli fəqihi əl-Müvəffəq ibn Qüdamə
ondan hədis rəvayət etmişlər. Əbülfərəc Əbdürrəhman ibn əl-
Cövzi demişdir ki, bint əl-İbra onun müəllimlərindən (şeyx-
lərindən) biri olmuşdur!
İbn əl-Cövzi sabitqədəm moizəçi, yüksək məqama sahib
tarixçi, müfəssir və mühəddisdir. İbn əl-Cövzi bint əl-İbra-
dan maraqlı bir hədis rəvayət etmişdir. Özündə bir sıra hik-
mət və ibrətləri birləşdirdiyi üçün hədisin mətnini dərc
edir, istinadına toxunmuruq. Bint əl-İbra Əbdüləziz ibn Yəh-
∗
“İstinadları öyrənən xanım” mənasına gələn bu adı, görünür, ona hə-
dislərin ravilərini araşdırdığı üçün veriblərmiş – tərcüməçinin qeydi.
297
ya ən-Nəxəiyə istinadən rəvayət edir ki, Nəxəi Ömər ibn
əl-Xəttabın
(Allah ondan razı qalsın!)
zamanında bir məsciddə namaz
qılırmış. Bir gecə məscidin imamı “(Qiyamət günü) rəbbi-
nin hüzurunda durmaqdan qorxana iki cənnət vardır” ayə-
sini oxuyur. Nəxəi namazdan çıxır və havalanır. Üz tutub
hey gedir, heç kəs də onun izinə düşə bilmir”.
Bəzən “odlu-alovlu” dini hisslər bəzi insanlara dağıdıcı təsir
göstərir. Düşünürəm ki, bu cür hədisləri öyüd-nəsihət məc-
lislərində danışdığımızda əlavə izahlarla mənasını dəqiqləş-
dirib, səhv başa düşülməsinin qarşısını almalıyıq...
Bugün dini dəvət sahəsində geniş fəhmə, sağlam dərrakə
və qanan zəkaya ehtiyac vardır.
İbn əl-Cövzi “Fikirləri ovlama” (Səyd əl-Xatir) kitabında
bu məsələyə diqqəti cəlb etmişdir. Qeyd edək ki, sözügedən
kitab təsirli fikirlərlə, sərt tənqid və yerində deyilmiş töv-
siyələrlə zəngindir...
Şəhidət bint əl-İbranın rəvayət etdiyi bu hədisin ümumi
məzmunu hicri altıncı əsrin başqa bir xanım-aliminin təs-
virini verir. Bu xanım hicri 588-ci ildə vəfat etmiş Şəm-
süzzüha
dır. Bağdad məscidində dərs deyirmiş. Zahidliyi, təq-
vası və möminliyi ilə tanınmışdı. Allaha olan yaxınlığı məh-
vedici ifrat emosionallıqla müşayiət olunmurdu. Bəzi hədis-
ləri rəvayət etmiş, Şeyx Əbu ən-Nəcib əs-Sührəvərdinin həm-
söhbəti olmuşdur...
İstərdim ki, İslam dünyası paytaxtlarının məscidlərində bu
cür bacarıqlı, mömin qadın-moizəçilər də dərs desinlər...
Məruz qaldığımız fitnə-fəsadla səciyyələnən mədəni qəsb-
karlıq dövründə belə qadın-alimlərə böyük ehtiyac yaranıb.
Dostları ilə paylaş: |