284
Bu insanların hər biri islamın rəsmi sözçüsü olmaq fikrinə
düşüb. Onların kamil şüura, dərin biliyə əsaslanmayan id-
diaları alova yağ tökür, onu daha da gücləndirir. Rafeinin
dediyi kimi, onların hər biri özünü Əbu Hənifə sanır, amma
rəydən xəbərləri yoxdur, İmam Malik sanır, ancaq Sünnə
nədir bilmirlər, Şafei sanır, amma üsuldan başları çıxmır,
İmam Əhməd sanır, lakin rəvayətə bələd deyillər...
İki şeyi çox zəruri hesab edirəm:
Birincisi
, geniş biliyə sahib olmaq lazımdır. Çünki məh-
dud bilik bir bəladır. Xüsusən də fitva və hökm çıxarma-
da, məhkəmə və dəvət işində dəryalar qədər bilik tələb olu-
nur.
İkincisi
, Allahı və axirəti nəzərə almaq çox vacibdir. Dini
dünyəvi maraqlara tabe etmək cinayətin cinayətidir.
Bəzən alimlər (imamlar) fərqli-fərqli hökmlər çıxarırlar.
Buna baxmayaraq, bir şeyi başa düşməliyik ki, bunun müs-
bət və mənfi tərəfləri eynidir. Əsas olanı budur ki, elmə sa-
rılaq, obyektivliyi də əlimizdə bayraq edək.
“Şəriət siyasəti” (əş-Şəriət əs-siyasiyyə) kitabında Şey-
xülislam İbn Teymiyyə yazır ki, “hədd” cəzası vacibdir, tövbə
buna əngəl deyildir. Amma “Fitvalar toplusu” (Məcmu əl-
Fətava) çoxcildliyində İbn Teymiyyə bunun əksini deyir və
bildirir ki, düzgün (səmimi) tövbə edənə hədd cəzası düş-
mür...
İbn Həzmin “əl-Mühəlla” kitabında oxumuşam ki, İmam
Şafei əvvəlki məzhəbinə görə tövbə edənə “hədd” cəzasının
kəsilməyəcəyini bildirmişdir. Amma Misirə getdikdən sonra
hökm çıxarmışdır ki, tövbə “hədd” cəzasını qüvvədən salmır!
285
Hər iki şəxsiyyətin əvvəlki görüşləri sonrakı görüşləri ilə
üst-üstə düşmür. Qoy olsun! Belə etmək müctəhidin haq-
qıdır. Ağıllı kəslər bunu inkar etməzlər...
Biz isə öz növbəmizdə ya bu görüşlərdən birini təqlid
etməklə, ya da təqvalı, ixlaslı elm əhlinin verdiyi yeni ictihad-
lara əsaslanmaqla insanların işlərini yoluna qoymağa çalış-
malıyıq...
Fikrimcə, ictihadın fərdi və ya kollektiv olmağının heç biri
mənfi tərəfi yoxdur. Hərçənd ki mənə görə, kollektivin ic-
tihadı daha xoşdur, daha faydalıdır!
İndiki dövrdə dünyamız böyük bir şəhər halına gəlib; el-
min inkişafı imkan verir ki, zamana və məkana qənaət
edək: böyük məsafələri qısa müddətə qət edək, çox işi qısa
müddətə görək, məlumatı uzaq məsafəyə qısa zaman kəsiyin-
də ötürək... Elə isə İslam coğrafiyası “iplər”i qopuq coğrafiya
olmamalıdır; bir müsəlman ölkəsinin uzaq və yaxın digər
müsəlman ölkələrindən elmi və praktik cəhətdən təcrid edil-
məsi qəbuledilməzdir...
Bir müsəlman ölkəsi islam elmlərindən nə isə bir şey
öyrənərsə, digərinə ötürməlidir. Müsəlmanlar yeni bilikləri
açıq bəsirət və doğru-dürüst fəhm əsasında qəbul etməlidir-
lər...
Belə bir qısa xülasədən sonra keçirəm fiqh və hədis elmlə-
rinə. Bu elmlərdə fərqli məzhəb və metodları olan çoxlu
alimlər yetişmişdir. Qeyd edim ki, sözügedən elmlərin tarixini
diqqətlə öyrənməliyik. Gələcəyimizin parlaq olmağı üçün bu
olduqca vacibdir.
286
İslamda nəqli və əqli metodlara əsaslanan məktəblər çox-
dur. Məhz bu məktəblər müsəlman mədəniyyətinin tərəqqisi
və ümmətin inkişafı yolunda əsas rola sahibdirlər...
Bəziləri üsulşünas alimlərin məktəbinə torpaq atıb, üfüq-
lərini qara buludla örtmək istəyirlər! Fiqh məzhəblərini
aradan qaldırıb, dərin ümmanını qurutmaq istəyənlərə də rast
gəlirik. Bütün təfsirləri “müsadirə” edib, rəvayət təfsirlərini
saxlamaq istəyən “qəhrəmanlar” da tapılır. Elələri də vardır
ki, “zəif” hədisləri möhkəm “qiyas”dan üstün tuturlar! İslam
fəlsəfəsi sözünü eşitdiyində özündən gedənlər də az deyil!
Tərbiyəyə, təsəvvüf və qəlb əməllərinə dair bütün hədisləri
rədd edənlər də istisna olunmur...
Bunlar da getsə, din elmlərindən nə qalar?! Qisas haqqında
ayə və hədislərmi, yoxsa şüursuz şəkildə hədis rəvayətimi?!
Bu məqamda şair Buhturinin sözləri yada düşür:
Sanki zəmanə də səfehlərə hamilədir,
Axmaqlardan boylu qalmaq necə də iyrəncdir.
Elə isə biz belə bir donuq zehniyyətlə, daşlaşmış qafalarla
necə inkişaf edəcəyik?!
287
Hədisdə istinad və mətn
(məzmun) anlayışları
Görəsən, əvvəlki dövrlərin hədis alimləri istinadla maraq-
lanıb, mətni bir kənaramı qoymuşlar? Əgər hədis alimləri
arasında yalnız rəvayət və raviləri araşdırmış şəxslər olmuş-
dursa, yaxşı bəs fəqihlər nə etmişlər? Onlar da hədislərin
məzmununu müzakirə edib araşdırmağı düşünməyiblərmi?
Bu məqamda biz doktor Mustafa Sibainin (1915-1967)
“Sünnə və onun islam qanunvericiliyində yeri” adlı kitabın-
dan iqtibaslar gətirmək istəyirik. Doktor Sibai bu kitabında
hədislərin uydurma olduğunu göstərən “əlamətlər”dən danış-
mış, onları iki yerə ayırmışdı:
Hədisin istinadında uydurma əlamətləri
1. Hədisin ravisi yalançılıqda ad qazanmış birisi olmalı, onun
rəvayət etdiyi hədisləri heç bir mötəbər ravi nəql etməməli-
dir;
2. Hədis uyduranın uydurmaçılığı öz təsdiqini tapmalıdır;
3. Bir rəvayətçi elə bir rəvayətçidən hədis nəql etməlidir
ki, onların görüşməsi öz təsdiqini tapmasın; vəfatından son-
ra doğulsun, qulaq asdığını iddia etdiyi yerdə olmağı isbat-
lanmasın;
Dostları ilə paylaş: |