294
Qadınlar
və Sünnəyə xidmət
Sünnə elmləri ən mühüm dini elmlərdən sayılır. Bu elm-
lərdə söz sahibi olmaq üçün tənqidçi və universal zəkaya,
möhkəm yaddaşa ehtiyac vardır.
Əvvəllər elə güman edirdim ki, qadınlar nəinki bu elm-
lərlə məşğul olacaq ən axırıncı kəslərdir, hətta bu işdə
məşhurlaşıb, imamlıq dərəcəsinə yüksələ bilməzlər. Amma
professor Mahmud İbrahim Deykin “Hicri altıncı əsrdə Sün-
nə” monoqrafiyasını oxuduqdan sonra bu fikirdən vaz keç-
dim. Məlum oldu ki, tarixdə Sünnəni dərindən bilən, tayı-
bərabəri olmayan alim qadınlar yaşamışlar. Özü də sayları az
olmamışdır. Onlarla mötəbər alim qadın!
Altıncı əsr tariximizdə elmin çiçəkləndiyi əsr hesab olun-
mur. Altıncı əsr ikinci Abbasi dövrünün sonudur: dövlətin
günəşi qüruba yaxınlaşmış və nəhayət, yeddinci əsrin orta-
sında tatarların caynağı arasında süquta uğramışdır.
Bu əsr hər nə qədər ölgünləşib, solğunlaşsa da, siyasi və-
ziyyət bərbad olsa da, hakimlərin əməlləri alçaqlıq qoxusu
versə də, müsəlman alimlər cəmiyyəti bərpa edib həyata hə-
yat qatmaq üçün ölüm-qalım savaşına girmişdilər...
Amma sonradan çox qəribə vəziyyət yarandı: qalib tatar-
lar məğlub ümmətin dinini qəbul etdilər. Çünki o dövrdə
müsəlmanların elmi-mədəni səviyyəsi tatarlarınkından yüksək
idi.