Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə71/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   67   68   69   70   71   72   73   74   ...   89

§ 
159,
Varnava 
and 
Others 
v. 
Turkey
[GC],
nos.
16064/90
,
16065/90
,
16066/90
,
16068/90
,
16069/90
,
16070/90
,
16071/90
,
16072/90
and
16
073/90
, § 138, 18 September 2009)).
59. Lakin hüquqi müəyyənlik prinsipi nəzərə alınaraq demək olar ki, Məhkəmənin kritik tarixdən əvvəl
baş vermiş ölüm faktları ilə bağlı 2‐ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliyə əməl olunması
na
münasibətdə zaman görə yurisdiksiyası sonsuz deyildir. İlk növbədə aydındır ki, ölümün kritik tarixdən
qabaq baş verdiyi hallarda yalnız həmin tarixdən sonra baş vermiş prosessual hərəkətlər və/və ya
hərəkətsizliklər Məhkəmənin zamana görə yurisdiksiyanın əhatə dairəsinə düşə bilər. İkincisi, 2‐ci
maddə ilə müəyyən edilmiş prosessual öhdəliklərin yaranması üçün ölüm faktı ilə Konvensiyanın
cavabdeh dövlətə münasibətdə qüvvəyə minməsi arasında həqiqi əlaqə olmalıdır.


­
57
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Belə ki, bu müddəa ilə tələb olunan prosessual addımların böyük bir qismi (bura yalnız müvafiq
şəxsin ölümü ilə bağlı səmərəli istintaqın aparılması deyil, həmçinin ölümün səbəbinin müəyyən
edilməsi və bu əməli törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq proseslərin
başladılması da daxildir) kritik tarixdən sonra atılmalıdır. Lakin Məhkəmə istisna etmir ki, bəzi
hallarda əlaqə Konvensiyanın təminatları və əsas dəyərlərinin real və səmərəli şəkildə qorunmasının
təmin edilməsi zərurətinə də əsaslana bilər (yuxarıda qeyd edilmiş “
Şilih
” işi, 161‐163‐cü bəndlər).
60.
Məhkəmə daha sonra qeyd edir ki, o, bu yaxınlarda yuxarıda qeyd edilmiş meyarı aydınlaşdırmaq
imkanına malik olmuş və qət etmişdir ki, “həqiqi əlaqənin” təsbit edilməsi üçün hər iki meyar
mövcud olmalıdır: başlanğıc hadisə kimi ölümlə Konvensiyanın qüvvəyə minməsi arasında vaxt
kəsiyi ağlabatan dərəcədə qısa olmalı və istintaq hərəkətlərinin əksəriyyəti Konvensiyanın qüvvəyə
minməsindən sonra həyata keçirilmiş və ya həyata keçirilməli olmalıdır (bax: “
Yanouek və Digərləri
Rusiyaya qarşı
” (
Janowiec and Others v. Russia
[GC], nos.
55508/07
and
29520/09
, § 148, ECHR
2013)).
61.
Hazırkı işin hallarına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçilərin oğulları 2001‐ci il 1 iyunda,
Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 2002‐ci il 15 aprel tarixindən on ay
yarım öncə Ukraynada öldürülmüşdür. Lakin bu ölüm faktı ilə bağlı cinayət işi Azərbaycanda
2003‐cü il 8 apreldə başlanmışdır və belə görünür ki, bu iş hələ də davam etməkdədir (yuxarıda
20‐42‐ci bəndlərə bax). Buna görə də belə çıxır ki, Azərbaycanda cinayət işinin istintaqı tam şəkildə
2002‐ci il 15 apreldən sonra aparılmışdır.
62.
Məhkəmə hesab edir ki, 2‐ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliklərin tətbiqi üçün
ölüm faktı ilə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsi arasında həqiqi əlaqə
mövcuddur. Başlanğıc hadisə kimi ölümlə Konvensiyanın qüvvəyə minməsi arasındakı zaman kəsiyi
– on ay yarım müddəti – ağlabatan dərəcədə qısa olmuşdur (müqayisə üçün bax: “
Lyubov Efimenko
Ukraynaya qarşı
” (
Lyubov Efimenko v. Ukraine
, no.
75726/01
, § 65, 25 November 2010); “
İqor
Şevçenko Ukraynaya qarşı
” (
Igor Shevchenko v. Ukraine,
no.
22737/04
, §§ 45­48, 12 January 2012);
“
Dimovi Bolqarıstana qarşı
” (
Dimovi v. Bulgaria
, no.
52744/07
, §§ 36‐45, 6 November 2012) və “
Bajiç
Xorvatiyaya qarşı
” (
Bajić v. Croatia
, no.
41108/10
, § 62, 13 November 2012))
və Azərbaycanda
həyata keçirilmiş və on bir ildən artıq uzanmış istintaq tamamilə kritik tarixdən sonra baş vermişdir
.
63.
Hökumət əsas istintaq hərəkətlərinin kritik tarixdən öncə həyata aparıldığını bildirmiş və
Ukrayna dövlət orqanlarının cinayət işinin Azərbaycana verilməsindən qabaq apardığı istintaq
hərəkətlərinə, o cümlədən Azərbaycanın dövlət orqanlarının Azərbaycanda cinayət işinin
başlanmasından öncə ukraynalı həmkarlarının xahişi ilə apardıqları istintaq hərəkətləri, misal üçün
2002‐ci il 5 yanvarda R.Ə.‐nin şahid qismində dindirilməsinə istinad etmişdir. Lakin yuxarıda qeyd
edildiyi kimi Azərbaycanda cinayət işi 2003‐cü il 8 apreldə başlanmışdır və bu da açıq‐aşkar
Konvensiyanın bu dövlətə münasibətdə qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir. Buna
görə də Hökumətin dəlilləri əsassızdır.
64.
Məhkəmə yuxarıdakıları nəzərə alaraq qət edir ki, 2‐ci maddənin prosessual aspektlərinin iddia
edilən pozuntusu onun zamana görə yurisdiksiyasının əhatə dairəsinə düşür. O daha sonra qeyd
edir ki, bu şikayət digər əsaslara görə mümkünsüz deyildir. Ona görə də o, mümkün elan edilməlidir.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə