Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə74/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   70   71   72   73   74   75   76   77   ...   89
59
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
(b)
Hazırkı işə tətbiq
72.
Hazırkı işin hallarına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçilər dövlət orqanları tərəfindən həyata
keçirilmiş istintaqın adekvat olmaması ilə bağlı bir neçə iddia irəli sürmüş, Hökumət isə sözü gedən
istintaqın Konvensiyanın 2‐ci maddəsinin tələblərinə cavab verdiyini iddia etmişdir.
73. Məhkəmə qeyd edir ki, Hökumət ərizəçilərin oğullarının öldürülməsi ilə bağlı səmərəli istintaqın
həyata keçirilməsi üçün müvafiq və zəruri sübutların toplanmasını təmin edə bilmədiyinə istinad
edərək Ukraynanın dövlət orqanlarının cinayət işi üzrə istintaqı səmərəsiz aparmasının və
Azərbaycanın dövlət orqanları ilə əməkdaşlıq etməməsinin sonuncunu cinayəti törətmiş şəxsi
müəyyən etmək imkanından məhrum etdiyini bildirmişdir.
74.
Hökumətin Ukraynanın dövlət orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıq etməyə
meylli olmamalarını iddia etməsinə gəlincə, Məhkəmə təkrar edir ki, onun səlahiyyətinə digər
beynəlxalq sazişlərə deyil, İnsan Hüquqları üzrə Avropa Konvensiyasına əməl olunmasını təmin
etmək daxildir. Hazırkı işdə Ukraynanın dövlət orqanlarının 1993‐cü il Minsk Konvensiyasının
hüquqi yardıma dair müddəalarına və ya dövlətlər arasında mövcud olan istənilən digər ikitərəfli
müqaviləyə əməl etməməsi Məhkəmə baxışının predmetini təşkil edə bilməz (bax: “
Kalabro İtaliya
və Almaniyaya qarşı
” (
Calabro v. Italy and Germany
, (dec.) no.
59895/00
, 21 March 2002) və
“
Karalyos və Huber Macarıstan və Yunanıstana qarşı
” (
Karalyos and Huber v. Hungary and Greece
,
no.
75116/01
, § 40, 6 April 2004)).
75. Məhkəmə qəbul edir ki, hazırkı işdə olduğu kimi cinayət əməlinin başqa bir dövlətin ərazisində
törədildiyi bəzi hallarda cinayət işinin istintaqının gedişinə konkret maneələr ola bilər.
76.
Buna baxmayaraq Məhkəmə qeyd edir ki, Azərbaycanın dövlət orqanları tərəfindən həyata
keçirilmiş istintaq zamanı bir sıra çatışmazlıqlar olmuşdur. İlk növbədə, təqdim edilmiş sənədlərdən
göründüyü kimi 2003‐cü il 8 apreldə Azərbaycanda cinayət işinin başlanmasından sonra istintaq
orqanları adam öldürülməsi ilə bağlı xüsusilə iki şəxsdən, Ukraynanın dövlət orqanları tərəfindən
qətldə şübhəli şəxs və ya şahid kimi müəyyən edilmiş R.Ə. və Q.Ə.‐dən ifadə alınmasını təmin
etməmişlər. Onlar heç vaxt Azərbaycanın dövlət orqanları tərəfindən istintaq çərçivəsində
dindirilməmişlər. Q.Ə. 2007‐ci ilin yayında vəfat etsə də, bu ölüm Azərbaycanda cinayət işinin
başlanmasından dörd ildən artıq vaxt keçdikdən sonra baş vermişdir.
77.
R.Ə.‐yə gəlincə, o, 2002‐ci il 5 yanvarda Ukrayna dövlət orqanlarının xahişi ilə cinayət işinin
onlar tərəfindən aparılan istintaqı zamanı şahid qismində dindirilsə də, yuxarıda qeyd edildiyi kimi
o, Azərbaycanda həyata keçirilmiş istintaq dövründə bir dəfə də olsun dindirilməmişdir. Bununla
belə 2003‐cü il 18 sentyabrda Azərbaycanın prokurorluq orqanları R.Ə.‐yə qarşı cinayət işinə xitam
vermişlər (yuxarıda 22‐ci bəndə bax).
78.
Məhkəmə daha sonra hesab edir ki, istintaq tez bir zamanda həyata keçirilməmişdir. Belə ki,
dövlət orqanları vaxtın çox hissəsini hərəkətsiz qalmışlar. Xüsusilə, cinayət işinə Azərbaycanda
2003‐cü il 8 apreldə başlansa da, işin istintaqını aparan müstəntiq 2004‐cü il 28 iyuna qədər, yəni
həmin tarixdən bir il iki ay keçənə qədər hüquqi yardım üçün ukraynalı həmkarlarına müraciət
etməmişdir (yuxarıda 26‐cı bəndə bax). Bundan əlavə, cinayət işi üzrə istintaqın ümumi müddəti o
qədər uzundur ki, artıq hər hansı ciddi istintaq hərəkətlərinin aparılması mümkün deyil.
79. Son olaraq Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən də qəbul edildiyi
kimi (yuxarıda 36‐cı bəndə bax) prokurorluq orqanları istintaqın gedişi və cinayət işi çərçivəsində
qəbul edilmiş müvafiq qərarlar barədə ərizəçilərə məlumat verməmişlər. Xüsusilə müstəntiq R.Ə.‐yə
qarşı cinayət işinə xitam verilməsinə dair 2003‐cü il 18 sentyabr tarixli qərarı barədə ərizəçilərə
məlumat verməmiş və bu da onları həmin qərara etiraz etmək üçün mümkün bütün praktiki
vasitələrdən məhrum etmişdir. Bundan əlavə, ərizəçilərin prokurorluq orqanlarına istintaqın
gedişində irəliləyişin olmaması ilə bağlı çoxsaylı məktublar göndərməsinə baxmayaraq, onlar
ərizəçilərə oğullarının ölümü ilə bağlı cinayəti işinin davam etdiyi və onların xahişlərinin cinayət
işinin materiallarına əlavə edildiyi barədə standart cümlələr yazaraq cavab vermişlər.
80. Yuxarıdakılar Məhkəmənin belə bir nəticəyə gəlməsinə əsas verir ki, milli dövlət orqanları
ərizəçinin oğlunun öldürülməsi ilə bağlı adekvat və səmərəli istintaq aparmamışlar. Buna görə də
Məhkəmə 2‐ci maddənin prosessual aspektlərinin pozulduğunu qət edir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə