Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə101/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   97   98   99   100   101   102   103   104   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

326


çıxa  bilərmi?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Qoy  o,  rəfiqəsinin  cilbabını  geyinsin”

1

.



Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  

(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  “Xoşuma  

gəlmir  ki,  baş  örtüyün  düşsün,  ya  da  paltarın  açılıb  baldırların  

görünsün  və  xoşlamadığın  yerləri  insanlar  görsün”

2

.  


Yad  kişilərlə  ünsiyyətdə  olan  qadının  geyimdə  riayət  edəcəyi  

şərtləri  beş  bənddə  göstərmək  mümkündür:  

1.  Üz,  əllər  və  ayaqlar  istisna  olmaqla  bütün  bədən  örtül-

məlidir.


2.  Paltarı,  üz,  əllər  və  ayaqları  ifrat  formada  bəzəmək  olmaz.

3.  Geyim  və  bəzək-düzək  müsəlman  cəmiyyətində  qəbul  

edilmiş  formada  olmalıdır.

4.  Qeyri-müsəlman  qadınların  geyim  tərzindən  fərqlənməlidir.  



Gözəl ətir sürtməkdən çəkinmək

Abdullahın  zövcəsi  Zeynəb  demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  buyurdu:  

“Sizdən  kimsə  məscidə  getmək  istəsə,  gözəl  qoxu  sürtməsin”

3

.  



Əbu  Musa  əl-Əş`əri  

(Allah  ondan  razı  qalsın!) 

rəvayət  edir  ki,  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“Əgər  bir  qadın  ətirlənib,  bir  dəstə  adamın  yanından  keçərsə  

və  onlar  bu  qoxunu  hiss  edərlərsə,  həmin  qadın  filan  və  filan-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

327


dır.  (Əbu  Musa  deyir:)  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

bu  cür  qadınlar  haqda  sərt  danışdı”

1

.

Ciddi danışıq tərzi



Allah  Təala  buyurur:  

“...(yad  kişilərə)  yumşaq  (əzilə-əzilə)  danışmayın,  yoxsa  

qəlbində  mərəz  (şəkk,  nifaq  və  günah  mərəzi)  olan  tamaha  

(özgə  təmənnaya)  düşər...”  (əl-Əhzab,  32).



Ciddi rəftar

Allah  Təala  buyurur:

“...gizlətdikləri  bəzək  şeylərini  (xalxallarını)  göstərmək  üçün  

ayaqlarını  (yerə  və  ya  bir-birinə)  vurmasınlar...”  (ən-Nur,  31).

Əbu  Hüreyrə  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

deyib:  


“Cəhənnəmlik  iki  zümrə  vardır:  onlardan  birincisi  yanların-

da  inək  quyruğuna  oxşar  qamçı  gəzdirib  insanları  döyənlərdir.  

İkincisi  isə  geyinsələr  də,  lüt-üryan  qalan,  meyl  etdirən  və  

meyl  göstərən  (başqalarını  özünə  cəlb  edən)  qadınlardır.  Başla-

rı  maili  dəvə  hörgücü  kimidir

2

.  Onlar  cənnətə  daxil  olmayacaq,  



qoxusunu  da  almayacaqlar.  Halbuki  cənnətin  qoxusu  bu  qədər  

və  bu  qədər  məsafədən  hiss  olunur”

3

.

1



 Hədisi  Əbu  Davud  rəvayət  etmişdir.  

2

 Yəni,  saçlarını  başın  yuxarı  hissəsinə  yığıb  örtünməzlər  –  tərcüməçinin  



qeydi.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

328


Görüş və ünsiyyətə dair bəzi əxlaq 

qaydalarına riayət edilməzsə...

Haqqında  danışdığımız  əxlaq  qaydalarına  müsəlman  kişi  və  

qadın  riayət  etməlidir.  Əgər  bu  qaydalardan  bəzilərinə  riayət  

edilməzsə,  nə  etmək  lazımdır?  Başa  düşmək  lazımdır  ki,  belə  

olduğu  təqdirdə  fitnə-fəsad,  narahatlıq  yarana  bilər.  Müsəlman  

kişi  və  qadın  görüşməkdən  qabaq  bu  fitnə-fəsadı  nəzərə  al-

malıdırlar.  Belə  ki  müsəlman  kişi  bu  qaydalardan  birinə  əməl  

olunmadığı  təqdirdə  fayda  və  zərəri  müqayisə  etməli,  seçimə  

uyğun  davranmalıdır;  xeyir  varsa,  görüşməli,  ünsiyyətdə  olmalı,  

əks  halda,  bundan  imtina  etməlidir.  Bu  məsələ  haqda  bir  az  

sonra  təfsilatı  ilə  söz  açılacaqdır.  Müsəlman  şəxs  hər  zaman  

vəziyyəti  diqqətlə  qiymətləndirməlidir:

a)  Görüşməkdən  çəkinmək  müsəlman  kişi  üçün  çətinlik  ya-

radarsa,  həm  müsəlman  kişi,  həm  də  qadın  bu  çətinliyi  dəf  

edəcək  zərurət  çərçivəsində  real  şəraiti  qəbul  etməlidirlər.  Allah  

Təala  buyurur:

“...O  (Öz  dini  üçün)  sizi  seçdi  və  dində  sizin  üçün  heç  bir  

çətinlik  yeri  qoymadı...”  (əl-Həcc,  78).

b)  Müsəlman  kişi  və  ya  qadının  eyni  məkanda  olmağı  xeyrə  

aparıb  çıxararsa,  şəri  aradan  qaldırarsa  (xeyrə  çağırıb  pislikdən  

çəkindirmək,  insanlara  nəyisə  öyrətmək,  başqalarında  müsbət  

davranmağa  stimul  yaratmaq),  Allaha  təvəkkül  edərək,  Ondan  

kömək  diləyərək  həmin  məkanda  toplaşmalı,  bir  sıra  xeyirxah  

əməllər  üçün  əllərindən  gələni  əsirgəməməlidirlər.  Əgər  cəmiy-




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

329


yətdə  qadın  və  kişilərin  birlikdə  aradan  qaldırmalı  olduqları  

problemlər  varsa,  bu  cür  birgə  fəaliyyət  zərurətə  çevrilir.  

c)  Əgər  şəxs  fitnəyə  düçar  olub,  harama  düşəcəyindən  qor-

xursa,  qadınlarla  ünsiyyət  və  görüşdən  imtina  etməlidir.  Bu,  

çox  vaxt  görüş  ədəb-ərkanını  pozanların  əl-qolunu  bağlayır.  

ç)  Elə  olur  ki,  bəzi  müsəlmanlar  görüş  ədəb-ərkanını  bilmə-

dən,  məcburiyyət  və  zərurətdən  pozurlar  (yad  qadınla  təkbaşına  

qalmaq  və  s.).  Bu  zaman  biz  onlar  haqqında  bədgümana  qa-

pılmamalı,  barələrində  pis  danışmamalı,  ift iradan  çəkinməliyik.  

“İfk ”  hadisəsi  hər  birimizə  ibrət  və  dərs  olmalıdır.  Allah  Təala  

buyurur:

“O  zaman  ki,  siz  (münafiqlərin  yaydığı)  yalanı  dilinizə  gə-

tirir,  bilmədiyiniz  sözü  ağzınıza  alır  və  onu  yüngül  (asan,  

insana  günah  gətirməyən)  bir  şey  sanırdınız.  Halbuki  bu  (Pey-

ğəmbərin  əhli-əyalı  haqqında  nalayiq  söz  danışmaq)  Allah  ya-

nında  çox  böyük  günahdır!

Məgər  siz  onu  eşitdiyiniz  zaman:  “Bizə  bunu  (bu  yalanı)  

danışmaq  yaraşmaz.  Aman  (Allah)!  Bu,  çox  böyük  bir  böhtan-

dır!”  –  deməli  deyildinizmi?”  (ən-Nur,  15-16).

Həzrəti  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“Hər  eşitdiyini  danışmaq  insana  günah  olaraq  bəsdir”

1

.



d)  İft ira  (qara  yaxmaq)  –  şayiələrə  əldanıb  subyektiv  ya-

naşma  ilə  başqalarını  itt iham  etməkdir.  Qadınlarla  ünsiyyət  

ədəb-ərkanına  natamam  riayət  edən  bəzi  müsəlmanlar  da  böh-

tanların  qurbanı  olurlar.  Ümumiyyətlə,  zahirlə  kifayətlənmək,  

səhvə  yol  verənlərə  xətalarını  başa  salmaq,  onları  görüş  ədəb-

1

 Səhih  əl-came  əs-səğir,  hədis  №  4358.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə