Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə99/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   95   96   97   98   99   100   101   102   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

320


Fatiməyə)  aidliyi  var  idisə  (yəni,  o,  həll  edə  bilərdisə),  içəriyə  

daxil  ola  bilməzdinmi?”  Əmr  deyir:  “Ərlərinin  icazəsi  olmadan  

onların  yanına  girmək  bizə  qadağan  edilib”

1

.



Yuxarıda  göstərdiyimiz  hədis  də  əri  evdə  olmayan  qadının  

yanına  onun  icazəsi  olmadan  getməyi  qadağan  edir:  

“Bu  gündən  sonra  kimsə  yanında  bir-iki  nəfər  olmadan  əri  

evdə  olmayan  qadının  yanına  getməsin!”

2

Davamlı və uzun görüşlərdən çəkinmək

Buraya  dostların,  qohumların  bir-birini  tez-tez  ziyarət  et-

mələri  və  bu  ziyarətlərin  saatlar  çəkməsi  daxildir.  Kişi  və  qa-

dınların  gün  boyu  bir  yerdə  olmağını  labüd  edən  peşə  və  

məşğuliyyət  növləri  də  belə  görüşlər  qəbilindəndir.  

Bu  qaydadan  bəhs  edən  dini  mətnlərə  rast  gəlinməsə  də,  

ona  riayət  etmək  çox  vacibdir.  Çünki  belə  görüşmələrdə  bir  

sıra  qaydalara  (baxışları  çevirmə,  danışıq  və  davranışda  da-

vamlı  ciddilik)  əməl  etmək  asan  olmur.  Kişi  və  qadınlar  üçün  

zəruri  sayılan  utancaqlıq  (həya)  və  ciddiliyi  (ağırlıq)  belə  

mühitlərdə  olduğu  kimi  saxlamaq  çətindir.  Həmçinin  “səddi-

zəriə”  qaydasına  əsasən  bu  cür  görüşlərdən  çəkinmək  müna-

sibdir.  Lakin  işdən  asılı  olaraq,  fikir  mübadiləsi,  köməkləşmə  

və  bu  kimi  başqa  faydalı  məqsədlərə  xidmət  edən  davamlı  

ünsiyyət  zəruridirsə,  çəkinməklə  yanaşı,  bərk  ehtiyac  yaranar-

sa,  görüşməkdə  (ünsiyyətdə  olmaqda)  qəbahət  yoxdur.  Ciddi  

1

 Əlbani.  Silsilə  əl-əhadis  əs-səhihə,  hədis  №  652.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

321


iş  düşüncə  və  hissləri  (haramdan)  qoruyur,  davranış  və  sözlü  

ünsiyyətdə  ağırlığı  təmin  edir.  



Şübhə yaradan vəziyyətlərdən 

ehtiyat etmək

Rəvayət  olunur  ki,  Ömər  ibn  əl-Xətt ab  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:  



“(Bir  dəfə)  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

de-


dim:  “Ey  Allahın  rəsulu,  sənin  yanına  yaxşı  kəs  də,  pis  kəs  də  

gəlir.  Bəlkə,  Möminlərin  analarına  pərdə  arxasına  keçməyi  əmr  

edəsən.”  Bundan  sonra  Allah  örtük  (hicab)  ayəsini  endirdi”

1

.



Şər  insanlar  üzündən  Həzrəti  Ömər  Peyğəmbəri  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

zövcələrini  pərdə  arxasında  saxlamağa  

çağırmışdır.  Bundan  o  nəticə  çıxır  ki,  müsəlman  qadın  şər  

kimsənin  gözündən  uzaq  olmalıdır.  Deməli,  o,  şübhəli  görünən  

hər  kəsdən  uzaq  durmalı,  onunla  ünsiyyət  qurmamalıdır.

“Yaxşı  işlərdə  sənə  asi  olmasınlar”  ayəsi  haqqında  İbn  Ab-

bas  demişdir:  “Bu,  Allahın  qadınlar  üçün  qoyduğu  şərtlərdən  

biridir”


2

.

Hafiz  ibn  Həcər  demişdir:



“Bu,  Allahın  qadınlar  üçün  qoyduğu  şərtlərdən  biridir”...  

Bu  şərtin  nədən  ibarət  olmağı  barədə  fikir  ayrılığı  vardır...  

Qətadəyə  istinadən  Təbəri  demişdir:  “Onlara  şərt  qoyulub  ki,  

həddi  aşmasınlar,  kişilərlə  danışmasınlar”.  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

322


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

beyət  zamanı  

qadınlardan  əhd  aldı  ki,  (ölülərinə)  ağı  deyib  ağlamayacaq,  

kişilərlə  söhbət  etməyəcəklər.  Əbdürrəhman  ibn  Övf  dedi:  

“Bizə  qonaqlar  gəlir  və  biz  (çox  vaxt)  qadınlarımızın  yanında  

olmuruq.  (Qadınlarımız  da  onlarla  söhbət  edirlər.  Bu  halda  nə  

edək?)”  Peyğəmbər  dedi:  “Mən  onu  (sənin  dediyini)  nəzərdə  

tutmuram


1

2



.

Deməli,  qadınların  şübhəli  kimsələrlə  söhbət  etməsi  qada-

ğandır.  Etibarlı  kimsələrə  (evə  gəlib-gedən  qonaqlar...)  gəlincə,  

bunda  qəbahət  yoxdur.  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

aşağıdakı  kəlamı  da  deyilənləri  təsdiqləyir:  “Şübhəli  

şeyləri  bir  kənara  qoy,  şübhəli  olmayan  şeylərdən  yapış”

3

.



  

Aşkar və gizli günahdan çəkinmək

Allah  Təala  buyurur:  

“...Açıq  və  gizlin  pis  işlərə  yaxın  düşməyin...”  (əl-Ənam,  151);

“Günahın  aşkarından  da,  gizlisindən  də  əl  çəkin!  Günah  qa-

zananlar  etdikləri  əməllərə  görə  cəzalandırılacaqlar!”  (əl-Ənam,  

120).


Aşkar  günah  odur  ki,  görüş  (ünsiyyət)  qaydalarına  natamam  

əməl  edirik.  “İştaha”  salıb  haramdan  həzz  almaq,  daha  çoxuna  

tamah  salmaq  isə  gizli  günahdır.  Məsələn,  Xəvat  ibn  Cübeyr  

demişdir:  

1

 Yəni,  tanımadıqları  tüfeyli  kişilərlə  xoşagəlməz  söhbəti  nəzərdə  tuturam,  



etibarlı  kişilərlə  ciddi  söhbəti  deyil!  –  tərcüməçinin  qeydi.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  X  cild,  səh.  264.



3

 Səhih  əl-came  əs-səğir,  hədis  №  3372.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə