Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə95/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   91   92   93   94   95   96   97   98   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

308


Allah  həm  kişilərə,  həm  də  qadınlara  əmr  edir  ki,  gözlərini  

(haramdan)  çevirsinlər.  Çünki  baxmaq  şəhvət  yaradır.  Ümu-

mi  hallarda  əllə  görüşməmək  daha  düzgündür.  Axı  toxunmaq  

baxmaqdan  daha  çox  şəhvət  yaradır.  Mövzunu  daha  yaxşı  başa  

düşmək  üçün  bəzi  dini  mətnlərə  nəzər  salaq.  

Şəhvətlə toxunmağı haram edən 

dini mətnlər

İbn  Məsud  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  bir  şəxs  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi  ki,  bir  qadını  öpüb  (ya  da  ona  əli  ilə  

toxunub).  Əməlinin  kəff arəsini  öyrənmək  istəyirdi.  Böyük  və  

Güclü  Allah  vəhy  endirdi:  “(Ya  Rəsulum!)  Namazı  gündüzün  

iki  başında  (günortadan  əvvəl  və  sonra,  yəni  səhər,  günorta  və  

gün  batan  çağı  və  ya  günün  iki  başında,  yəni  səhər-axşam)  və  

gecənin  (gündüzə  yaxın)  bəzi  saatlarında  (axşam  və  gecə  vaxtı)  

qıl.  Həqiqətən,  (beş  vaxt  namaz  kimi)  yaxşı  əməllər  pis  işləri  

(kiçik  günahları)  yuyub  aparar.  Bu,  (Allahın  mükafatını  və  

cəzasını)  yada  salanlara  öyüd-nəsihətdir  (xatırlatmadır)”  (Hud,  

114)

1

.



İbn  Abbas  demişdir:  “Əbu  Hüreyrənin  rəvayət  etdiyi  hə-

disdə  deyilənlər  qədər  kiçik  günahlara  oxşayan  (günahlar)  

görməmişəm.  Əbu  Hüreyrə  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Doğrudan  da,  Allah  adəm  

oğluna  zinadan  pay  yazmışdır.  O,  şübhəsiz,  bunu  edəcəkdir.  

Gözün  zinası  –  baxmaq,  dilin  zinası  –  (şər,  biədəb)  danışmaq  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

309


(İmam  Müslimin  mətnində  “Əlin  zinası  zorakılıqdır”  əlavəsi  

vardır),  nəfsin  zinası  istəyib  şəhvət  hiss  etməkdir.  Övrət  yeri  

isə  bunu  ya  gerçəkləşdirir,  ya  da  gerçəkləşdirmir”

1

.



Mə`qil  ibn  Yəsar  rəvayət  etmişdir  ki,  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“Birinizin  başına  iri  dəmir  iynənin  batmağı  ona  halal  olma-

yan  qadına  toxunmasından  yaxşıdır”

2

.

İlk  iki  və  üçüncü  hədisdə  “ləms”,  ikinci  hədisdə  isə  “bətş”  



sözü  işlədilib.  Bu  sözlər  “həzz  almaq  məqsədilə  əllə  toxunmaq”,  

yəni  “şəhvətlə  toxunmaq”  deməkdir.  Üçüncü  hədis  göstərir  ki,  

halal  olmayan  qadına  toxunmaq,  deməli,  ondan  həzz  almaq  

olmaz.


Peyğəmbərin bey`ət zamanı qadınların 

əlini tutmamağı haqda dini mətnlər

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  üz  tutmuş  mömin  qadınları  

bu  ayə  ilə  sınayırmış:  “Ya  Peyğəmbər!  Mömin  qadınlar  Allaha  

heç  bir  şərik  qoşmayacaqları,  oğurluq  və  zina  etməyəcəkləri,  

övladlarını  öldürməyəcəkləri  (qız  uşaqlarını  diri-diri  torpağa  

gömməyəcəklərini),  özgə  kişilərdən  olan  uşaqlarını  yalandan  

ərlərinə  isnad  etməyəcəkləri  və  heç  bir  yaxşı  (bəyənilən)  işdə  

sənin  əleyhinə  çıxmayacaqları  barədə  sənə  beyət  etmək  üçün  

yanına  gəldikləri  zaman  onların  beyətini  qəbul  et  və  Allah-

dan  onların  bağışlanmasını  dilə.  Həqiqətən,  Allah  bağışlayandır,  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  Təbərani  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

310


rəhm  edəndir!”

1

.  Mömin  qadınlardan  kim  bu  şərtləri  qəbul  



etsəydi,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  deyirdi:  

“Bey`ətini  şifahi  qəbul  etdim.”  (Həzrəti  Aişə)  deyir:  “Allaha  

and  olsun  ki,  bey`ət  zamanı  onun  əlinin  qadın  əlinə  toxundu-

ğunu  görməmişəm”

2

.



Ümeyyə  bint  Rəqiqə  demişdir:  

“İslamı  qəbul  etmək  üçün  bir  dəstə    qadınla    Peyğəmbərin       



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanına  bey`ətə  getmişdik.  Qadın-

lar  dedilər:  “Ey  Allahın  rəsulu!  Allaha  şərik  qoşmayacağımıza,  

oğurluq  və  zina  etməyəcəyimizə,  uşaqlarımızı  öldürməyəcəyi-

mizə,  kiməsə  böhtan  atmayacağımıza,  yaxşı  işlərdə  sənə  asi  

olmayacağımıza  dair  bey`ət  edəkmi?”  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bacardığınız,  gücünüzün  çatdığı  

şeylərdə  (bey`ət  edin!)”  Dedilər:  “Allah  və  rəsulu  bizə  bizdən  

daha  mərhəmətlidir.  Ey  Allahın  rəsulu,  gəl  sənə  bey`ət  edi-

rik!”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Şübhəsiz.  

Amma  mən  qadınlarla  əl  verib  görüşmürəm”.  

Ehtiyac yaranıb,  itnə təhlükəsi olmadıqda 

qadınlarla əl verib görüşməyi “mübah” 

hesab edən dini mətnlər

Ənəs  ibn  Malik  rəvayət  edir  ki,  Ümmi-Süleym  Peyğəmbərə  

dəridən  yataq  salır,  o  da  onun  evində  günortaüstü  yatırdı.  

1

 “əl-Mumtəhinə”  surəsi,  12-ci  ayə.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə