Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə97/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   93   94   95   96   97   98   99   100   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

314


Habelə  onun  bey`ət  zamanı  qadınlarla  əl  verib  görüşməməyi  

bu  işin  mütləq  mənada  haram  edilməsi  demək  deyildir.  Möv-

cud  dəlillər  də  bunun  ancaq  Peyğəmbərə  xas  davranış  oldu-

ğunu  göstərir.  Belə  ki  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

demişdir:  “Mən  qadınlarla  əllə  görüşmürəm”.  Yəni,  mən  

görüşmürəm.  

Hafiz  əl-Heysəmi  də  aşağıdakı  iki  hədisi  kitabının  “Xüsusi  

hallar”  fəslində  rəvayət  edib:

1.  Abdullah  ibn  Əmr  rəvayət  etmişdir:  “Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

bey`ət  zamanı  qadınlarla  əllə  görüşmürdü”

1

.

2.  Əsma  bint  Yezid  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

deyib:  “Mən  qadınlarla  əl  verib  görüşmürəm”

2

.  


Nəticə  etibarı  ilə  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

qadınlarla  əllə  görüşməkdən  imtina  etmişdir.  Bu,  ümu-

mi  vəziyyətlərdə  əllə  görüşmənin  məkruh  sayılmağı  deməkdir.  

Peyğəmbər  bununla  ümmətinə  “səddi-zəriə”

3

  baxımından  di-



nini  öyrədirdi.  Bunu  üsulşünas  alimlər  də  təsdiqləyir.  Onlar  

bildirmişlər  ki,  əllə  görüşməmək  vaciblik  ifadə  etmir;  əksinə,  

üstünlük  verilən  “səddi-zəriə”ni  əks  etdirir.  

Fikrimizcə,  ümumi  hallarda  əllə  görüşməkdən  uzaq  dur-

saq,  fitnə-fəsadın  gəlməyəcəyindən  əmin  olduqda  isə  güzəştli  

davransaq,  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

düzgün  


nümunə  götürmüş  olarıq.  Bu,  həm  də  ona  görə  düzgündür  ki,  

əllə  görüşmək  möminlər  arasında  ünsiyyət,  duyğuları  bölüşmə  

1

 Hədisi  İmam  Əhməd  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Əhməd  rəvayət  etmişdir.

3

 Gələcəkdə  fəsad  törədə  biləcək  “mübah”  işlərin  mövcud  vəziyyətdə  edil-



məməsi;  qabaqlayıcı  tədbirlər  –  tərcüməçinin  qeydi.  


İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

315


vasitəsidir.  Xüsusi  hallarda  (səfərdən  gələni  salamlamaq,  yaxşı  

işlərə  təşviq  etmək,  müsibət  anında  ürək-dirək  vermək)  qo-

humların,  yaxın  dostların  bir-biri  ilə  əllə  görüşməsi  də  belədir.  

Amma  biz  adi  vəziyyətlərdə  qadın  və  kişilər  arasında  əl  verib  

görüşmə  adətinin  yayıldığı  cəmiyyətlərdə,  bir  tərəfdən,  sıxıntı  

yaranmasın  deyə,  digər  tərəfdən  də  əllə  görüşməni  haram  sa-

yan  qəti  dəlil  olmadığından  bu  məsələdə  mövcud  situasiya  ilə  

ayaqlaşmaq  məcburiyyətində  qalırıq.  



Kişi və qadınları bir-birindən ayırmaq, 

basırıqdan çəkinmək

Ümmi-Sələmə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

salam  verib  nama-

zını  bitirdikdən  sonra  qadınların  qalxıb  getmələri  üçün  müəy-

yən  vaxt  yerindən  qalxmadı”.

İbn  Şihab  demişdir:  “Fikrimcə,  –  Allah  düzünü  bilir  –  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  görə  oturmuş-

dur  ki,  qadınlar  namazdan  çıxan  (kişilər)  onlara  yetişmədən  

rahatca  çıxıb  getsinlər”

1

.

Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

“Əgər  bu  qapını  

qadınlar  üçün  açıq  saxlasaq...”  hədisi

2

  də  bu  mənadadır.  



Bir  dəfə  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məsciddən  

çıxdığı  vaxt  kişilərlə  qadınlar  yolda  bir-birinə  qarışmışdılar.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qadınlara  demişdi:  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Səhih  əl-came  əs-səğir,  hədis  №  5134.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

316


“Gec  çıxın,  ya  da  yolu  ortalayıb  getməyin.  Yolun  kənarı  ilə  

gedin.”  

Hədisin  digər  versiyası  belədir:  “Qadınlara  yolun  ortası  (ilə  

getmək)  düşmür”

1

.

Yollarda  olduğu  kimi  ictimai  məkanlarda  da  basırıq  salmaq-



dan  çəkinmək  lazımdır.  Amma  bu,  o  demək  deyil  ki,  məscid-

lərdə  olduğu  kimi  qadınlar  üçün  ayrıca  yerlər  olmalıdır.  Çün-

ki  qadınlar  üçün  arxa  cərgələrin  ayrılması  istər  məscidlərdə,  

istərsə  də  evdə  olsun,  namaza  aid  xüsusi  haldır.  Namazdan  

qeyri  vəziyyətlərdə  ədəb-ərkandandır  ki,  kişi  və  qadınlar  bir-

birindən  ayrı  dayansınlar,  basırıqdan  çəkinsinlər.  Bu  məqsədlə  

ya  ictimai  yerlərdə  qadınlar  üçün  xüsusi  məkanlar  seçilməli,  ya  

da  basırıq  (bədən  və  nəfəsin  yaxınlığı)  olmasın  deyə  müəyyən  

tənzimləmə  işi  aparılmalıdır.  İmam  Sərxəsi  demişdir:  “Əgər  

çoxlu  adam  varsa,  qadınlar  Qara  daşa  əl  sürtməməlidirlər.  Çün-

ki  kişilərə  toxunmaq,  onlarla  basırıqda  olmaq  qadağandır.  Əgər  

Qara  daşın  yerləşdiyi  yerdə  kişilər  yoxdursa,  qadınlar  ona  əl  

sürtə  bilərlər”

2

.



Təklikdə qalmaqdan çəkinmək

İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:

“Məhrəmi  olmadıqca  bir  kişi  bir  qadınla  təklikdə  qalmasın!”

3

Hafiz  ibn  Həcər  demişdir:  



1

 Silsilə  əl-əhadis  əs-səhihə,  hədis  №  856.

2

 Sərxəsi.  Kitab  əl-məbsut,  IV  cild,  səh.  34.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə