Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə105/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   101   102   103   104   105   106   107   108   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

342


Mən  də:  “Oxumağı  bacarmıram!”  –  dedim.  O,  ikinci  dəfə  məni  

tutub  nəfəsim  kəsilənədək  sıxdı,  sonra  da  buraxıb  dedi:  “Oxu!”  

Mən  isə:  “Oxumağı  bacarmıram!”  –  dedim.  O,  üçüncü  dəfə  

məni  tutub  nəfəsim  kəsilənədək  sıxdı,  sonra  da  buraxıb  dedi:  

“(Ya  Peyğəmbər!  Qurani-Kərimi  bütün  məxluqatı)  yoxdan  ya-

radan  Rəbbinin  adı  ilə  (bismillah  deyərək)  oxu!

O,  insanı  laxtalanmış  qandan  yaratdı.

(Ya  Peyğəmbər!)  Oxu!  Sənin  Rəbbin  ən  böyük  kərəm  sa-

hibidir!

O  Rəbbin  ki,  qələmlə  (yazmağı)  öyrətdi.

(O  Rəbbin  ki)  insana  bilmədiklərini  öyrətdi”

1

.



(Bu  hadisədən  sonra)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

qorxmuş  halda  geri  döndü.  O,  Xədicə  bint  Xüveylidin  

(evinə)  daxil  olub:  “Üstümü  örtün!  Üstümü  örtün!”  –  dedi.  

Onun  üstünü  örtdülər.  Nəhayət,  qorxu  ondan  keçib  getdi  və  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

başına  gələn  hadisəni  

Xədicəyə  xəbər  verib  dedi:  “Mən  başıma  bir  işin  gələcəyindən  

qorxdum.”  Xədicə  dedi:  “Xeyr!  Allaha  and  olsun  ki,  O,  səni  

heç  vaxt  rüsvay  etməz!  Çünki  sən  qohumlarına  baş  çəkirsən,  

yıxılmışa  dayaqsan,  yoxsula  əl  tutansan.  Qonağa  yaxşı  baxırsan.  

Bəlaya  tuş  gəlmişlərə  də  yardım  edirsən.”  Xədicə  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əmisi  oğlu  Vərəqə  ibn  Nofəl  ibn  

Əsəd  ibn  Əbdülüzzanın  yanına  apardı.  O,  Cahiliyyətdə  nəsrani  

olmuş  bir  adam  idi  və  ibranicə  yazmağı  bacarır,  İncildən  ibra-

ni  dilində  Allahın  dilədiyi  qədər  yazırdı.  O,  artıq  gözləri  kor  

olmuş  bir  qoca  idi.  Xədicə  dedi:  “Ey  əmim  oğlu!  Qulaq  as  

gör  qardaşın  oğlu  nə  deyir!”  Vərəqə  soruşdu:  “Ey  qardaşım  

1

 “əl-Ələq”  surəsi,  1-5-ci  ayələr.  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

343


oğlu,  sən  nə  görürsən?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

gördüyü  şeyləri  ona  xəbər  verdi.  Vərəqə  ona  dedi:  “O  

gördüyün  –  Allahın  Musaya  göndərdiyi  Cəbrayıldır.  Kaş  dəvət  

edəcəyin  vaxt  mən  gənc  olaydım.  Kaş  qövmün  səni  (yur-

dundan)  qovacağı  zaman  sağ  olaydım!”  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Məgər  onlar  məni  qovacaqlar?”  

Vərəqə  dedi:  “Bəli.  Sənin  gətirdiyinin  bənzərini  gətirən  elə  bir  

şəxs  olmayıb  ki,  onunla  düşmənlik  etməsinlər.  Əgər  həmin  

günədək  yaşasam,  var-gücümlə  sənə  kömək  edəcəyəm”

1

.



Zifaf mərasimində

Rəvayət  edilir  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Mən  altı  yaşımdan  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

deyiklisi  idim...  (Bir  dəfə)  rəfiqələrimlə  yelləncəkdə  

yellənərkən  anam  Ümmi-Ruman  gəlib  məni  çağırdı.  Mən  də  

onun  yanına  getdim.  Məndən  nə  istədiyini  bilmirdim.  Əlimdən  

tutub  apardı.  Nəhayət,  gəlib  evin  qapısına  çatdıq.  Təngnəfəs  

olmuşdum.  Elə  ki  rahat  nəfəs  almağa  başladım,  anam  bir  az  

su  götürüb  üzümə  və  başıma  çəkdi,  sonra  məni  evə  daxil  

etdi.  Mən  evdə  ənsardan  bəzi  qadınlar  gördüm.  Onlar  (məni  

gördükdə)  dedilər:  “Xeyirli,  bərəkətli  və  uğurlu  olsun!”  Sonra  

anam  məni  onlara  təhvil  verdi,  onlar  da  məni  toya  hazırladılar.  

Səhər  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sakitcə  yanıma  

gəldi  və  qadınlar  məni  ona  təhvil  verdilər.  Həmin  vaxt  mənim  

doqquz  yaşım  var  idi”

2

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

344


Toy yeməyində

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)  

de-


mişdir:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Zeynəb  bint  

Cəhşlə  evləndiyi  gün  çörək  və  ətlə  toy  yeməyi  hazırlatdı.  Mən  

(insanları)  toy  yeməyinə  dəvət  etmək  üçün  göndərilmişdim.  

Dəvət  olunan  insanlardan  bir  dəstə  gəlir,  yeyir  və  gedir,  daha  

sonra  başqa  dəstə  gəlirdi.  (İnsanları)  o  vaxta  qədər  çağırdım  

ki,  axırda  çağırmağa  kimsə  tapmadım.  Dedim:  “Ey  Allahın  

peyğəmbəri,  çağırmağa  kimsə  tapmıram.”  Dedi:  “Süfrəni  yığışdı-

rın!”  Evdə  üç  dəstə  adam  qalmışdı,  söhbət  edirdilər.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

evdən  çıxaraq  Aişənin  hücrəsinə  

getdi.  (İçəriyə  girib)  dedi:  “Ey  Əhli-Beyt!  Sizə  Allahın  salamı  

və  lütfü  olsun!”  Aişə  dedi:  “Sənə  də  Allahın  salamı  və  lüt-

fü  olsun!  Zövcən  necədir?  Allah  mübarək  etsin!”  (Peyğəmbər  

adətən)  bütün  zövcələrinə  bir-bir  baş  çəkirdi.  Onlara  da  Aişəyə  

dediyi  kimi  salam  verir,  onlar  da  Aişə  kimi  ona  salam  qayta-

rırdılar.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

geri  qayıtdı-

ğında  evdə  bir-biri  ilə  söhbət  edən  üç  kişi  gördü.  O,  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

son  dərəcə  həyalı  idi,  (onları  gördükdə)  

geri  –  Aişənin  otağına  qayıtdı.  Onlar  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

geri  qayıtdığını  gördüklərində  yerlərindən  

sıçrayıb  tez  (evdən)  çıxdılar.  (Ənəs  davam  edir:)  “Onların  çı-

xıb  getmələrini  mənmi  Peyğəmbərə  dedim,  yoxsa  başqalarımı  

xəbər  verdi,  xatırlamıram.”  Bundan  sonra  Peyğəmbər  evinə  geri  

qayıtdı,  bir  ayağını  qapının  kandarından  içəridə,  digərini  çöldə  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə