Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə113/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   109   110   111   112   113   114   115   116   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

366


Həzrəti Aişə vətəndən qərib müsəlmanların 

vəziyyəti ilə maraqlanmışdır

Rəvayət  edilir  ki,  Əbdürrəhman  ibn  Şəmmasə  deyib:

“(Bir  dəfə)  bir  şey  soruşmaq  üçün  Aişənin  yanına  getmiş-

dim.  Soruşdu:  “Kimlərdənsən?”  Dedim:  “Misirdənəm.”  Dedi:  

“Misirə  yürüşünüz  zamanı  valiniz  sizinlə  necə  davranırdı?”  De-

dim:  “Ondan  heç  bir  yamanlıq  görməmişik.  Birimizin  dəvəsi  

ölsə,  dəvə  verər,  köləsi  ölsə  –  kölə.  Dolanacağa  ehtiyacı  olana  

da  xərclik  verir.”  Həzrəti  Aişə  dedi:  “Qardaşım  Məhəmməd  

ibn  Əbubəkrin  mənə  etdikləri  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

eşitdiklərimi  sənə  söyləməyimə  əngəl  ola  bilməz.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  eşitdiyimi  evimdə  

söyləmişdi:  “Allahım,  ümmətimə  rəhbərlik  edən  şəxs  onlarla  zo-

rakı  davranarsa,  Sən  də  onunla  zorakı  davran!  Yox,  ümmətimə  

rəhbərlik  edən  şəxs  onlarla  mülayim  (mehriban)  davranarsa,  

Sən  də  ona  mehriban  ol!”

1

Həzrəti Həfsə Raşidi xilafətində 

yaranmış böhrandan narahatdır

İbn  Ömər  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Həfsənin  yanına  getmişdim.  Dedi:  “Xəbərin  oldumu,  atan  

özündən  sonra  heç  kəsi  varis  buraxmadı?”  Dedim:  “O  bunu  

(əvvəlcədən)  etmək  istəmirdi.”  Dedi:  “O,  bunu  edəcəkdir.”  Mən  

də  and  verdim  ki,  (bu  haqda  gedib  atamla)  danışacağam.  Səhər  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

367


yanına  getdim,  amma  bu  haqda  danışmadım.  Sağ  əlimdə,  sanki,  

bir  dağ  tutmuşdum.  Nəhayət,  qayıdıb  atamın  yanına  girdim.  

İnsanların  vəziyyətini  xəbər  aldı.  Mən  də  ona  (baş  verənləri,  

olub-keçənləri)  xəbər  verdim.  Sonra  dedim:  “İnsanların  danışı-

ğını  eşitdim  və  and  içdim  ki,  bunu  sənə  xəbər  verim.  Deyirlər  

ki,  özündən  sonra  heç  kəsi  varis  (xəlifə)  qoymaq  istəmirsən.  

Əgər  sənin  dəvələri  və  ya  qoyunları  otaran  bir  çobanın  onları  

başı-başına  buraxıb  yanına  gəlsə,  deməli,  otardıqlarını  itirmişdir.  

İnsanlara  çobanlıq  etmək  isə  daha  çətindir.”  (Abdullah  sözünə  

davam  edir:)  “(Atam)  dediklərimlə  razılaşdı,  bir  müddət  ba-

şını  (döşəkdən)  qaldırmadı.  Daha  sonra  başını  qaldırıb  dedi:  

“Qüdrətli  və  Böyük  Allah  dinini  qoruyacaqdır.  Özümdən  sonra  

xəlifə  qoymasam,  (bil  ki,)  Peyğəmbər  də  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

özündən  sonra  xəlifə  qoyub  getməyib.  Yox,  qo-

yub  getsəm,  (bil  ki,)  Əbubəkr  qoyub  getmişdir.”  (Abdullah  

ibn  Ömər  deyir:)  “Allah  and  olsun  ki,  atam  ancaq  və  ancaq  

Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Əbubəkri  xatırla-

dı.  Mən  başa  düşdüm  ki,  nə  Peyğəmbəri  kiminləsə  dəyişəcək

1

,  



nə  də  özündən  sonra  kimisə  xəlifə  təyin  edəcəkdir”

2

.



Həzrəti Aişə məşhur səhabənin cənazə 

namazını qılmaqda istəkli olmuşdur

Rəvayət  olunur  ki,  Əbbad  ibn  Abdullah  ibn  əz-Zübeyr  de-

mişdir:  

“Aişə  istədi  ki,  Sə`d  ibn  əbu  Vəqqasın  cənazəsini  məscidə  

gətirsinlər  və  o  da  ona  cənazə  namazı  qılsın.  İnsanlar  etiraz  

1

 Yəni,  bu  işdə  onun  kimi  hərəkət  edəcəkdir  –  tərcüməçinin  qeydi.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

368


etdiklərində  dedi:  “Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Süheyl  ibn  əl-Beyzanın  cənazə  namazını  məsciddə  qıldığını  

insanlar  nə  tez  unudublar!”

1

.



4. Kişilər müxtəlif məsələlərdə 

qadınlara müraciət etmişlər

Tərif və ehtiramda

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Bəzi  səfərlərində  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

idik.  Beydaya,  ya  da  Zatülceyşə  çatdığımızda  boyun-

bağım  qırıldı.  Peyğəmbər  onu  axtarmağa  getdi.  İnsanlar  da  

onunla  getdilər.  Olduqları  yerdə  su  yox  idi.  İnsanlar  Əbubəkr  

əs-Siddiqin  yanına  gedib  dedilər:  “Görürsənmi  Aişə  nə  iş  çı-

xarıb?  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  insanları  

işindən  edib.  Nə  olduqları  yerdə  su  var,  nə  də  özlərində.”  (Bu  

zaman)  Əbubəkr  yanıma  gəldi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-dua-

sı  və  salamı  olsun!)  

başını  dizimə  qoyub  yatmışdı.  Əbubəkr  dedi:  

“Həm  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

,  həm  də  in-

sanları  məşğul  etdin.  Nə  olduqları  yerdə  su  var,  nə  də  özləri  

ilə  götürüblər.”  (Aişə  deyir:)  “Əbubəkr  məni  danladı,  dediyini  

dedi.  Sonra  da  əlləri  ilə  yanımdan  vurmağa  başladı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dizimin  üstündən  yatdığından  

tərpənə  bilmirdim.  Səhər  olduğunda  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

yuxudan  oyandı,  hələ  də  su  tapılmamış-

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə