Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə114/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   110   111   112   113   114   115   116   117   ...   158

Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

369


dı.  Bu  zaman  Allah  təyəmmüm  ayəsini  nazil  etdi  və  insanlar  

təyəmmüm  aldılar”.

Üseyd  ibn  Hüzeyr  demişdir:  “Ey  Əbubəkr  ailəsi,  bu,  sizin  

ilk  bərəkətiniz  deyil”.

Hədisin  başqa  versiyasında  deyilir:  “Üseyd  ibn  Hüzeyr  Aişə-

yə  dedi:  “Allah  səni  xeyirlə  mükafatlandırsın!  Allaha  and  olsun  

ki,  başına  gəlmiş  elə  bəd  iş  yoxdur  ki,  Allah  bununla  sənə  və  

müsəlmanlar  xeyir  bəxş  etməsin!”

  1

  

Yaxşılığa çağırmada



İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Ömər  ibn  

Xətt ab  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“...Bir  dəfə  bir  məsələ  haqqında  düşünürdüm.  Zövcəm  dedi:  

“Əgər  belə  etsən,  belə  olar.”  Ondan  soruşdum:  “Bundan  sənə  

nə?  Mənim  yerimə  dərd  çəkmə!”  O  da  mənə  dedi:  “Necə  

də  qəribəsən,  ey  Xətt abın  oğlu!  Kiminsə  sənin  üzünə  ağ  ol-

mağını  istəmirsən,  amma  qızın  (belə  işlərdə)  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

üzünə  qayıdır,  hətt a  onu  bü-

tün  günü  əsəbiləşdirir”...

   


Ömər  əbasını  götürüb  evdən  çıxdı  

və  Həfsənin  yanına  gedib  dedi:  “Qızım,  (eşitmişəm  ki,)  sən  

Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

söz  qaytarır,  hətt a  

elə  deyinirmişsən  ki,  o,  gün  boyu  əsəbi  olurmuş.”  Həfsə  dedi:  

“And  olsun  ki,  biz  hamımız  (Peyğəmbərin  digər  zövcələrini  

nəzərdə  tutur  –  mütərcim)  ona  söz  qaytarırıq.”  Ömər  dedi:  

“Bilirsən  ki,  mən  səni  (həmişə)  Allahın  cəzası  və  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qəzəbindən  xəbərdar  etmişəm...”  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

370


Bunu  deyib  (Həfsənin  yanından)  çıxdım  və  qohumu  olduğum  

üçün  Ümmi-Sələmənin  yanına  getdim,  onunla  danışdım.  Dedi:  

“Qəribə  adamsan,  Xətt abın  oğlu!  Hər  şeyə  müdaxilə  etdin,  indi  

də  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  arasına  

girməkmi  istəyirsən?!”  (Ömər  deyir:)  “And  olsun  ki,  (onun  

bu  sözü)  məni  fikrimdən  daşıtdı  və  mən  demək  istədiklərimi  

demədən  onun  yanından  çıxdım...”.

Müslimin  rəvayət  etdiyi  versiyada  deyilir:  

“Ömər  demişdir:  “Aişənin  yanına  gedib  dedim:  “Ey  Əbubək-

rin  qızı,  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əziyyət  ver-

məyin  bəs  deyilmi?”  Aişə  dedi:  “Məndən  sənə  nə,  ey  Xətt abın  

oğlu!  Sən  öz  sevimli  qızına  öyüd-nəsihət  et!”

1

.

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Hicab  əmr  edildikdən  sonra  Sevda  (su  başına)  çıxmışdı.  İri  

cüssəli  qadın  olduğundan  insanlar  onu  tanıyırdılar.  Ömər  ibn  

əl-Xətt ab  onu  görüb  dedi:  “Ey  Sevda,  Allaha  and  olun  ki,  

bizdən  gizlənə  bilmirsən.  Çölə  necə  çıxmağına  fikir  ver.”  

(Aişə  deyir:)  “Sevda  geri  qayıtdı.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

mənim  evimdə  idi.  Şam  edirdi,  əlində  ətli  sümük  

vardı.  Sevda  içəri  girib  dedi:  “Ey  Allahın  rəsulu,  bəzi  işlərim  

üçün  çölə  çıxmışdım.  Ömər  mənə  bunları  dedi.”  Bu  zaman  

Allah  ona  vəhy  endirdi.  Vəhy  gəldiyində  də,  bitdiyində  də  

sümük  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əlində  idi.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ehtiyacınız  

üçün  çölə  çıxmağınıza  icazə  verildi”

2

.



Səid  ibn  Hişam  ibn  Amir  deyib:  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

371


“...Aişənin  yanına  yollandım.  Həkim  ibn  Əfl əhə  baş  çəkərək,  

onu  da  Aişənin  yanına  aparmaq  istədim.  Dedi:  “Mən  onun  

yanına  gedə  bilmərəm.  Çünki  bu  iki  məsələ  haqqında  danış-

mağı  ona  qadağan  etsəm  də,  rədd  edib.”  Mən  Həkimə  and  

verib  dedim  ki,  mənimlə  gəlsin.  Yola  çıxdıq.  Yanıb  çatdıqda  

içəri  girmək  üçün  icazə  istədik.  İcazə  verdi  və  biz  yanına  gir-

dik.  Dedi:  “Sən,  Həkimsənmi?”  (Görünür,  tanıyıbmış)  Dedi:  

“Bəli.”...”

1

.

Ziyarət edib yoluxmaq üçün



Rəvayət  edilir  ki,  Məsruq  demişdir:

“(Bir  dəfə)  Aişənin  



(Allah  ondan  razı  qalsın!)

  yanına  getmişdik.  Ya-

nında  Həssan  ibn  Sabit  var  idi.  Həssan  qadınlardan  bəhs  edən  

şerdən  Aişəyə  bir  beyt  söylədi:

İff ətlidir,  ağıllıdır  və  şübhədə  itt iham  olunmaz,

Qafil  qadınların  ətlərini  yeməyərək

2

  sabaha  çıxar.



Bu  zaman  Aişə  ona  dedi:  “Amma  sən  bu  cür  deyilsən

3

.  



(Məsruq  deyir:)  “(Bu  zaman)  ona  dedim:  “Nə  üçün  Həssanın  

sənin  yanına  gəlməyinə  icazə  verirsən?  Halbuki  Allah  Təala  

buyurub:  “Onlardan  günahın  böyüyünü  öz  üstünə  götürəni  

isə  (qiyamət  günü)  çox  böyük  (şiddətli)  bir  əzab  gözləyir!”

4

  

1



 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Yəni,  barəsində  olmazın  şayiələri  yaymış  qadınların  qeybətini  etməz.



3

 Yəni,  sən  qeybət  etdin,  mənə  böhtan  atanlara  ortaq  oldun.  

4

 “ən-Nur”  surəsi,  11-ci  ayə.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə