Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə116/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   112   113   114   115   116   117   118   119   ...   158

Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

375


“Biz  hara,  Peyğəmbər  hara!  Onun  keçmiş  və  gələcək  günah-

ları  bağışlanmışdır!”  Birincisi  dedi:  “Gecələri  hey  namaz  qı-

lacağam.”  Digəri  dedi:  “Ömrüm  boyu  oruc  tutub  gündüzləri  

yeməyəcəyəm.”  Üçüncüsü  də  dedi:  “Mən  də  qadınlardan  kənar  

qaçacaq,  evlənməyəcəyəm.”  Peyğəmbər  (

Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!

  –  bundan  xəbər  tutduqda)  onların  yanına  gedib  bu-

yurdu:  “Bu  cür  və  bu  cür  danışan  sizsinizmi?  Allaha  and  olsun  

ki,  Mən  Allahdan  sizdən  çox  qorxuram,  sizdən  də  təqvalıyam

1

.  


Amma  həm  oruc  tutur,  həm  də  yeyirəm,  (gecələri)  həm  iba-

dətlə  keçirir,  həm  də  yatıram.  Qadınlarla  da  evlənirəm.  Kim  

sünnəmdən  üz  çevirərsə,  məndən  deyildir!”

2

Hafiz  ibn  Həcər  demişdir:  



“Hədisdən...  məlum  olur  ki,  nümunə  götürmək  üçün  böyük  

insanları  öyrənmək  olar.  Bunu  kişilərdən  öyrənmək  mümkün  

deyilsə,  qadınlara  müraciət  etmək  caizdir”

3

.



Rəvayət  olunur  ki,  Əlqəmə  demişdir:  

“Möminlərin  anası  Aişədən  soruşdum:  “Ey  Möminlərin  ana-

sı,  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ibadəti  necə  idi?  

Xüsusi  günlərdə  ayrıca  ibadət  edirdimi?”  Dedi:  “Xeyr,  amma  

onun  ibadəti  davamlı  idi.  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

bacardığını  sizdən  kim  bacara  bilər  ki?!”

4

1

 Təqva:  Allahdan  qorxma;  ruha  və  nəfsə  nəzarət;  Allaha  yaxınlaşma;  



nəfsən  təmizlənmə  (ruhən,  daxilən  safl aşma,  imanca  kamilləşmə,  mənəvi  

tərbiyə)  anlayışlarını  özündə  ehtiva  edən  geniş  mənalı  dini  termin  –  tər-



cüməçinin  qeydi.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  5.

4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

376


Şüreyh  ibn  Hani  rəvayət  edir  ki,  Əbu  Hüreyrə  

(Allah  ondan  razı  

qalsın!)

  deyib:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  “Kim  

Allahla  görüşməyi  istəyərsə,  Allah  da  onunla  görüşməyi  istəyər.  

Kim  Allahla  görüşmək  istəməzsə,  Allah  da  onunla  görüşməyi  

istəməz.”  (Şüreyh  deyir:)  “Aişənin  yanına  gedib  dedim:  “Ey  

Möminlərin  anası,  eşitdim  ki,  Əbu  Hüreyrə  Peyğəmbərdən  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  hədis  rəvayət  edib.  Əgər  (dedi-

yi)  doğrudursa,  cəhənnəmə  girərik.”  Dedi:  “Cəhənnəmə  girən  

Peyğəmbərin  sözünə  görə  cəhənnəmə  girəcəkdir.  Nə  (hədisdir)  

o?”  Dedim:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  

“Kim  Allahla  görüşməyi  istəyərsə,  Allah  da  onunla  görüşməyi  

istəyər.  Kim  Allahla  görüşmək  istəməzsə,  Allah  da  onunla  

görüşməyi  istəməz.  Aramızda  elə  kəs  yoxdur  ki,  ölümdən  xoş-

lansın.”  Dedi:  “Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  


deməyinə  deyib,  amma  (mənası)  sənin  başa  düşdüyün  kimi  

deyildir.  (Bu  o  mənadadır  ki,)  göz  bərəldiyində,  sinə  xırılda-

yıb,  tüklər  biz-biz  olduqda  və  barmaqlar  yığıldıqda  Allahla  gö-

rüşməyi  istəyənlə  Allah  da  görüşmək  istəyər,  istəməyənlə  də  

istəməz”

1

.



Übeydullah  ibn  əl-Qibtiyyə  demişdir:  

“Mən  Haris  ibn  əbu  Rəbiə  və  Abdullah  ibn  Səfvanla  birlik-

də  Möminlərin  anası  Ümmi-Sələmənin  

(Allah  ondan  razı  qalsın!)

  ya-


nına  getmişdim.  Ondan  yerinə  dibinə  batırılacaq  ordu  haqqın-

da  soruşdular.  Həmin  vaxt  Abdullah  ibn  Zübeyrin  hadisəsi  baş  

vermişdi.  Ümmi-Sələmə  dedi:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

demişdir:  “Bir  şəxs  Evə  (Kə`bəyə)  pənah  gətirəcək  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

377


və  üstünə  bir  ordu  göndəriləcəkdir.  Onlar  çöllük  əraziyə  çat-

dıqda  yerin  dibinə  batırılacaqlar.”  Bu  zaman  dedim:  “Ey  Al-

lahın  rəsulu,  zorla  (bu  orduya  daxil  edilən)  necə  olacaqdır?”  

Dedi:  “O  da  onlarla  birlikdə  batırılacaqdır,  amma  Qiyamət  

günü  niyyətinə  görə  dirildiləcəkdir.”

Əbu  Cəfər  demişdir:  “Bu  çöllük  ərazi  Mədinənin  yaxınlığın-

dakı  çöllük  ərazidir”

1

.



Ümeyyə  ibn  Səfvan  rəvayət  edir  ki,  babası  Abdullah  ibn  

Səfvan  demişdir:

“Həfsə  

(Allah  ondan  razı  qalsın!)

  mənə  danışmışdır  ki,  Peyğəmbə-

rin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  eşidib:  “Bu  Evə  

(Kə`bəyə)  onu  işğal  etmək  üçün  bir  ordu  hücum  edəcəkdir.  

Amma  bir  çölə  (düzənliyə)  çatdıqlarında  ortada  olanlar  yerin  

dibinə  gömüləcəklər.  Əvvəldə  olanlar  axırda  olanları  haraylasa-

lar  da,  axırda  onlar  da  batırılacaqlar.  Onların  xəbərini  (insan-

lara)  çatdıracaq  qovulmuş  şəxsdən  başqa  onlardan  kimsə  sağ  

qalmayacaqdır.”  (Bunu  eşidən)  bir  şəxs  dedi:  “Təsdiqləyirəm  ki,  

Həfsənin  adından  düz  danışdın,  o  da  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

adından  heç  vaxt  yalan  danışmaz”

2

.

Rəvayət  olunur  ki,  Sümamə  (İbn  Həzən  əl-Qüşeyri)  demiş-



dir:

“(Bir  dəfə)  Aişə  ilə  görüşüb  ondan  “nəbiz”  haqqında  soruş-

dum.  Aişə  həbəşi  bir  cariyəni  çağırıb  dedi:  “Bundan  soruş.  O,  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

üçün  “nəbiz”  hazır-

layardı.”  Həbəşi  cariyə  dedi:  “Gecədən  dəri  tuluqda  ona  nəbiz  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə