Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə118/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   114   115   116   117   118   119   120   121   ...   158

Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

381


na  göndərdikləri  kimi  Ümmi-Sələmənin  yanına  göndərdilər.  

Ümmi-Sələmə  dedi:  “Eşitmişdim  ki,  Peyğəmbər  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

bu  iki  rükəti  qadağan  edib.  Sonra  gördüm  

ki,  ikindini  qıldığında  bu  iki  rükəti  də  qılır.  (Bir  dəfə)  ənsarın  

Bəni-Həram  qəbiləsinin  qadınları  ilə  birlikdə  ikən  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəldi.  Yanına  bir  cariyə  göndərib  

dedim:  “Yanına  gedib  de:  “Ey  Allahın  rəsulu,  Ümmi-Sələmə  

deyir  ki,  sənin  bu  iki  rükəti  qadağan  etdiyini  eşitmişəm,  an-

caq  görürəm  ki,  onları  qılırsan.”  Görsən  ki,  əli  ilə  sənə  işarə  

edir,  ondan  kənara  dur.”  Cariyə  (deyilənləri)  etdi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əli  ilə  işarə  etdi,  o  da  kənarda  

dayandı.  (Peyğəmbər  namazını)  başa  vurduqdan  sonra  dedi:  

“Ey  Əbu  Ümeyyənin  qızı,  ikindi  namazından  sonrakı  iki  rükət  

haqqında  soruşursan.  Yanıma  Əbdülqeys  qəbiləsindən  insanlar  

gəlmişdilər.  Başımı  qatdılar  və  mən  günorta  namazının  son  iki  

rükətini  qıla  bilmədim.  (İndi  qıldığım)  həmin  iki  rükətdir”

1

.



Rəvayət  olunur  ki,  Əbu  Sələmə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Bir  şəxs  İbn  Abbasın  yanına  gəlmişdi.  Bu  zaman  Əbu  Hü-

reyrə  İbn  Abbasın  yanında  oturmuşdu.  Həmin  şəxs  İbn  Ab-

basa  dedi:  “Ərindən  ayrıldıqdan  qırx  gecə  sonra  uşaq  dünyaya  

gətirən  qadın  haqda  mənə  fitva  ver.”  İbn  Abbas  dedi:  “İki  

“iddət”in  başa  çatmasını  gözləməlidir.”  (Əbu  Sələmə  sözünə  

davam  edir:)  “Dedim:  “Hamilə  qadınların  gözləmə  müddəti  

isə  onlar  bari-həmlini  yerə  qoyduqda  başa  çatır.”

2

  Əbu  Hüreyrə  



dedi:  “Mən  də  qardaşımın  oğlunun  (Əbu  Sələmənin)  dediyi  ilə  

razıyam.”  Belə  olduqda  İbn  Abbas  qulamı  Küreybi  bu  məsələni  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 “Talaq”  surəsi,  4-cü  ayə.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

382


soruşub  öyrənsin  deyə  Ümmi-Sələmənin  yanına  göndərdi.  

Ümmi-Sələmə  dedi:  “Sübey`ə  əl-Əsləmiyyə  hamilə  ikən  əri  

döyüşdə  ölmüşdü.  Ərinin  ölümündən  qırx  gecə  sonra  uşaq  

dünyaya  gətirdi.  Bundan  sonra  nişanlandı.  Nikahını  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

kəsdi.  Əbu  əs-Sənabil  də  ona  

nişan  düşənlərdən  biri  idi”

1

.



Peyğəmbər  xanımlarının  insanlarla  ünsiyyətinə  dair  faktları  

Buxari  və  Müslimin  eyniadlı  “Səhih”  kitablarında  göstərilməyən  

bir  faktla  tamamlayaq.  Məzmunu  son  dərəcə  aydın  və  konkret  

olan  bu  hədis,  həm  də  müsəlman  qadınının  sosial  həyatdakı  

iştirakına  və  kişilərlə  ünsiyyətinə  dəlalət  edir.  

Rəvayət  olunur  ki,  Aişə  bint  Təlhə  demişdir:  

“Aişə  mənim  qeydimə  qalırdı  (və  ya:  Aişə  məni  himayəsinə  

götürmüşdü).  İnsanlar  hər  diyardan  onun  yanına  gəlirdilər.  

Onunla  bir  yerdə  yaşadığımdan  yaşlılar  yanıma  gəlir,  gənclər  

məni  özlərinə  bacı  bilir  və  mənə  hədiyyələr  verirdilər.  Müxtəlif  

diyarlardan  mənə  məktub  da  yazırdılar.  Mən  də  Aişəyə  deyir-

dim:  “Ey  xalam,  bu  filankəsin  məktubu,  bu  da  filankəsdən  gələn  

hədiyyədir.”  Aişə  cavabında  mənə  deyirdi:  “Qızım,  məktuba  ca-

vab  yaz,  hədiyyə  göndərənə  də  hədiyyə  göndər.  Əgər  hədiyyə  

verməyə  bir  şeyin  yoxdursa,  (de,)  sənə  verərəm.”  (Aişə  bint  

Təlhə  deyir:) “(Bunu  deyir  və)  verirdi”

2

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 Hədisi  Musa  ibn  Abdullaha  istinadən  İmam  Buxari  “əl-Ədəb  əl-müfrəd”  



kitabının  “Qadınlara  məktub  yazma  və  onların  cavabları”  fəslində  rəvayət  

etmişdir.  Habelə  bax:  Şeyx  Nasirəddin  əl-Əlbani.  Silsilə  əl-əhadis  əs-

səhihə,  178  №-li  hədisə  dair  şərh.  



Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

383


Qeyd:  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanım-


larından  bəhs  edən  bəzi  hədislər  həyatın  müxtəlif  sahələrində  

möminlərin  zövcələrinin  kişilərlə  ünsiyyətini  əks  etdirən  fakt-

lardan  hesab  olunur.  Biz  ona  görə  bu  qənaətə  gəlmişik  ki,  

peyğəmbər  xanımları  



(Allah  onlardan  razı  qalsın!)

  müstəsna  hökmlər  

xaric,  dinin  digər  hökmlərində  başqa  mömin  qadınlar  kimi  

idilər.  Örtük  (pərdə)  məsələsində  onların  vəziyyəti  başqa  mö-

min  qadınlardan  fərqlənsə  də,  bu,  onların  sosial  həyatdan  təcrid  

etməmişdi.  Onlar  pərdə  arxasından  da  olsa  digər  qadınlar  kimi  

cəmiyyətlə  iç-içə  olmuşlar.

  



Beşinci fəsil

PEYĞƏMBƏRİN ZAMANINDA 

QADINLARIN SOSİAL HƏYATDA 

İŞTİRAKINA DAİR FAKTLAR

Giriş

Göstərəcəyimiz  dini  mətnlərlə  əlaqədar  aşağıdakıları  söylə-

mək  mümkündür:  

1.  İctimai  və  fərdi  həyatın,  haradasa,  bütün  sahələrində  qa-

dın  və  kişilər  ünsiyyətdə  olmuşlar.

2.  Dini  mətnlərin  əksəriyyətində  Allah  Təalanın  “(Heyzdən  

və  doğuşdan  kəsildikləri  üçün)  ərə  getməyə  ümidi  qalmayan  

yaşlı  qadınların  qadağan  olunmuş  zinətlərini  (zinət  yerlərini  

naməhrəmə)  göstərmədən  üst  paltarını  (çarşab,  niqab,  bürüncək  

və  s.)  çıxarmasında  günah  yoxdur...”

1

  –  deyə  buyurduğu  yaşlı  



qadınlardan  deyil,  əksinə,  gənc  qadınlardan  söz  açılır.  

3.  Kitabın  “Giriş”  hissəsində  qeyd  etmişdik  ki,  məzmunca  

müxtəlif  mövzulardan  bəhs  etdiyi  üçün  bəzi  dini  mətnlər  tək-

rarlanmışdır.  Bir  dini  mətndə  müxtəlif  mövzulardan  söz  açıldığı  

üçün  yeri  gəldikcə  onu  təkrar  göstərmişik.  Müvafiq  dini  mətn  

mövzulara  görə  təkrarlanıb.  Fikrimizcə,  belə  təkrarlar  oxucuya  

çətinlik  törətməyəcəkdir.  Çünki  oxucuya  “Bu  məsələ  üçün  fi-

lan  məsələyə  bax”  deməkdənsə,  onun  mövzu  ilə  əlaqəsi  olma-

yan  dini  mətnlərə  müraciət  etməsindənsə  konkret  arqumentin  

1

 “ən-Nur”  surəsi,  60-cı  ayə.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə