Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə117/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   113   114   115   116   117   118   119   120   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

378


hazırlayır,  ağzını  iplə  bağlayır,  (ağacdan)  asırdım.  O  da  səhər  

olduğunda  ondan  içirdi”

1

.

Rəvayət  olunur  ki,  Zürarə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“(Bir  dəfə)  Sə`d  ibn  Hişam  ibn  Amir  Allah  yolunda  hərbi  

yürüşdə  iştirak  etmək  istədi.  Mədinəyə  gəlib,  bir  mülkünü  sat-

maq,  silah  və  at  alıb,  ölənədək  rumlularla  savaşmaq  istəyirdi.  

Bəzi  mədinəlilərlə  görüşdü.  Ona  bunu  qadağan  edib  dedilər  ki,  

hələ  altı  şəxs  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sağ  ikən  

bunu  etmək  istəmiş,  Peyğəmbər  də  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onlara  bunu  qadağan  edib  demişdi:  “Məgər  məndə  sizin  üçün  

nümunə  yoxdur?”  Onlar  bunu  ona  xəbər  verdiklərində  Sə`d  

boşadığı  qadınının  yanına  qayıtdı  və  bu  haqda  şahidlər  tutdu.  

Bundan  sonra  İbn  Abbasın  yanına  gəlib,  ondan  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vitr  namazı  haqda  soruşdu.  İbn  

Abbas  (ona)  dedi:  “Sənə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

vitr  namazına  yer  üzündə  yaşayanlardan  kimin  daha  çox  

bələd  olduğunu  deyimmi?”  Sə`d  dedi:  “Kimdir  o?”  İbn  Abbas  

dedi:  “Aişə.  Tez  onun  yanına  get,  suallarını  ver.  Sənə  nə  cavab  

versə,  mənə  də  bildir.”  (Sə`d)  deyir:  “Aişənin  yanına  yollandım.  

Həkim  ibn  Əfl əhə  baş  çəkərək,  onu  da  Aişənin  yanına  aparmaq  

istədim.  Dedi:  “Mən  onun  yanına  gedə  bilmərəm.  Çünki  bu  iki  

məsələ  haqqında  danışmağı  ona  qadağan  etsəm  də,  rədd  edib.”  

Mən  Həkimə  and  verib  dedim  ki,  mənimlə  gəlsin.  Yola  çıxdıq.  

Yanıb  çatdıqda  içəri  girmək  üçün  icazə  istədik.  İcazə  verdi  və  

biz  yanına  girdik.  Dedi:  “Sən,  Həkimsənmi?”  (Görünür,  tanı-

yıbmış)  Dedi:  “Bəli.”  Aişə  soruşdu:  “Yanında  kim  var?”  Dedi:  

“Sə`d  ibn  Hişam.”  Aişə  soruşdu:  “Kim  Hişam?”  Dedi:  “Amirin  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

379


oğlu  Hişam.”  Bunu  eşidən  Aişə  ona  rəhmət  oxudu  və  haqqında  

yaxşı  sözlər  söylədi  (Qətadəyə  görə,  Hişam  Uhud  döyüşündə  

ölmüşdür).  Dedim:  “Ey  Möminlərin  anası,  mənə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əxlaqı  barədə  danış.”  Dedi:  “Sən  

heç  Quran  oxumursanmı?”  Dedim:  “Təbii  ki,  oxuyuram.”  Dedi:  

“Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əxlaqı  Quran  idi.”  

(Bundan  sonra)  ayağa  qalxıb  getməyi  və  ölənədək  heç  kəsdən  

nə  isə  soruşmamağı  düşündüm.  Sonra  bir  anlığa  fikrimdən  

daşınıb  soruşdum:  “Mənə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

gecə  ibadəti  haqda  danış.”  Dedi:  “Müzzəmmil”i  oxu-

mursanmı?”  “Oxuyuram”,  –  dedim.  Dedi:  “Qüdrətli  və  Böyük  

Allah  bu  surənin  əvvəlində  gecə  ibadətini  vacib  buyurmuş-

du.  (Bu  səbəbdən)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  səhabələri  bir  il  gecə  ibadəti  ilə  məşğul  oldular.  Allah  bu  

surənin  axır  (hissəsini)  on  iki  ay  səmada  saxladı  (yəni,  nazil  

etmədi).  Nəhayət,  Allah  bu  surə  haqqında  yüngülləşdirmə  na-

zil  etdi.  Bundan  sonra  gecə  ibadəti  vacib  deyil,  könüllü  oldu.”  

Dedim:  “Ey  Möminlərin  anası,  mənə  Peyğəmbərin  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

vitr  namazı  haqqında  danış.”  Dedi:  “Biz  

onun  üçün  misvakı  və  paklanma  suyunu  hazırlayırdıq.  Allah  da  

onu  gecə  nə  vaxt  istəsə,  həmin  vaxt  oyadırdı.  O  da  (əvvəlcə)  

misvakdan  istifadə  edir,  dəstəmaz  alıb  doqquz  rükət  namaz  

qılırdı.  Ancaq  səkkizinci  rükətdə  oturur,  Allahı  zikr  edir,  Ona  

həmd-səna  deyir,  dua  etdikdən  sonra  salam  vermədən  qalxır,  

doqquzuncu  rükəti  qılırdı.  Sonra  oturur,  Allahı  zikr  edir,  Ona  

həmd-səna  deyir,  dua  edir,  axırda  da  salam  verirdi  –  biz  bunu  

eşirdik.  Salam  verdikdən  sonra  oturaq  vəziyyətdə  iki  rükət  

namaz  qılırdı.  Ey  oğlum,  bu,  on  bir  rükət  edir.  Peyğəmbər  



İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

380


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yaşlanıb,  bir  az  kökəldiyində  

vitr  namazını  yeddi  rükət  qılmağa  başladı.  Bu  iki  rükəti  isə  

əvvəlki  kimi  qılmağa  davam  etdi.  Bununla  da,  doqquz  rükət  

(qılırdı),  oğlum.  (Bil  ki,)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

bir  namazı  qıldıqda  onu  davamlı  qılmağı  sevirdi.  Yuxu-

su  gəldikdə  və  ya  ağrısı  olduqda  gündüz  on  iki  rükət  namaz  

qılardı.  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  gecədə  

Quranı  başdan  ayağadək  oxumağı,  səhərədək  namaz  qılmağı  və  

ya  Ramazandan  başqa  bütöv  bir  ay  oruc  tutmağı  haqda  heç  nə  

bilmirəm.”  Bundan  sonra  İbn  Abbasın  yanına  gedib,  Aişənin  

dediklərini  ona  danışdım.  İbn  Abbas  dedi:  “Doğru  deyib!  

Ona  yaxın  olsaydım,  yanına  gedər,  dediklərini  ağzında  (birba-

şa)  eşidərdim.”  Dedim:  “Əgər  sənin  onun  yanına  getmədiyini  

bilsəydim,  dediklərini  sənə  danışmazdım”

1

.  



Rəvayət  olunur  ki,  Küreyb  deyib:

“(Bir  dəfə)  İbn  Abbas,  Misvər  ibn  Məxrəmə  və  Əbdürrəhman  

ibn  Əzhər  məni  Aişənin  yanına  göndərib  dedilər:  “Bizdən  ona  

salam  söylə  və  ondan  ikindi  namazından  sonrakı  iki  rükət  

haqqında  soruş.  Ona  de:  “Eşitmişik  ki,  sən  bu  iki  rükəti  qılır-

san.  Halbuki  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bunu  


qadağan  edib.”  

İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  deyib:  “Ömər  ibn  Xətt abla  

mən  insanlara  həmin  iki  rükəti  qılmağı  qadağan  edirdik”.  

(Küreyb  sözünə  davam  edir:)  “Aişənin  yanına  gedib,  deyi-

lənləri  ona  xəbər  verdim.  Dedi:  “Bunu  Ümmi-Sələmədən  so-

ruş.”  Onun  yanından  ayrılıb  onların  yanına  getdim  və  Aişənin  

dediyini  onlara  xəbər  verdim.  Onlar  da  məni  Aişənin  yanı-

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə