Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə109/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   105   106   107   108   109   110   111   112   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

354


1.Qadınlar Peyğəmbərin məclislərinə gəlir, 

bəzən də söhbətlərdə iştirak edirdilər

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  bir  şəxs  gə-

lərək  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

fitva  istədi  

(Həzrəti  Aişə  onların  danışığını  qapının  arxasından  eşidirdi).  

Həmin  şəxs  dedi:  “Ey  Allahın  rəsulu,  (sübh)  namazının  vaxtı  

gəldiyində  cünub  oluram.  Belə  vəziyyətdə  oruc  tuta  bilərəmmi?”  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “(Sübh)  nama-

zının  vaxtı  gəldiyində  mən  də  (bəzən)  cünub  oluram  və  belə  

vəziyyətdə  oruc  tuturam.”  Şəxs  dedi:  “Ey  Allahın  rəsulu  sən  

bizim  kimi  deyilsən.  Allah  sənin  keçmiş  və  gələcək  günahları-

nı  bağışlayıb.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“(Buna  baxmayaraq,)  and  olsun  ki,  Allahdan  hamınızdan  daha  

çox  qorxuram,  aranızda  təqvanın  nə  olduğunu  ən  yaxşı  bilən  

də  mənəm!”

1

Rəvayət  edilir  ki,  Əbu  Musa  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Bilal  ilə  Məkkə  və  

Mədinə  arasında  yerləşən  Ceranədə  düşərgə  saldığı  vaxt  onların  

yanında  idim.  Bu  vaxt  bir  bədəvi  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  “Mənə  verdiyin  vədi  yerinə  

yetirəcəksənmi?”  Peyğəmbər  (ona:)  “Sevin!”  –  deyə  buyurdu.  

Bədəvi  dedi:  “Bu  sözü  sən  mənə  çox  demisən.”  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qəzəbli  halda  üzünü  Əbu  Musa  və  Bi-

lala  çevirib  dedi:  “(Bu  adam)  müjdəni  rədd  etdi,  elə  isə  siz  onu  

qəbul  edin!”  Hər  ikisi:  “Qəbul  etdik!”  –  dedilər.  Bundan  sonra  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

355


Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  cam  su  gətizdirib  

əllərini  və  üzünü  yudu,  ağzını  yaxaladı,  sonra  da  buyurdu:  

“İçin  bu  sudan,  (yerdə  qalanını  da)  üzünüzə  və  boynunuza  

tökün,  (üstəlik  xoş  bir  xəbərə)  sevinin!”  (Bunu  deyəndə)  hər  

ikisi  camı  götürüb  (onun  dediklərini)  yerinə  yetirdilər.  Bu  vaxt  

Ümmi-Sələmə  pərdə  arxasından  onları  səsləyib:  “Ananız  üçün  

də  bir  şey  saxlayın!”  –  dedi  və  onlar  da  bu  sudan  bir  qədər  

ona  saxladılar”

1

.  



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“İbn  Harisənin,  Cəfər  və  İbn  Rəvahənin  şəhid  olma  xəbəri  

Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

çatdıqda  yerə  otur-

du,  qəm-qüssəsi  üzündən  hiss  olunurdu.  Mən  qapının  ara-

sından  ona  baxırdım.  (Bu  vaxt)  bir  nəfər  onun  yanına  gəlib:  

“Cəfərin  zövcələri...”  –  deyərək  onların  (fəryad  qoparıb)  ağ-

ladıqlarını  bildirdi.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  əmr  etdi  ki,  (Bu  cür  ağlamağı)  onlara  qadağan  etsin.  Şəxs  

getdi  və  ikinci  dəfə  (Peyğəmbərin  yanına)  gəlib  onların  itaət  

etmədiklərini  bildirdi.  Peyğəmbər:  “Onlara  qadağan  et!”  –  deyə  

buyurdu.  Həmin  şəxs  üçüncü  dəfə  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  gəlib  dedi:  “Allaha  and  olsun  ki,  onlar  

bizi  yendilər,  ey  Allahın  rəsulu!”  (Həzrəti  Aişə  deyir:)  “Bu  za-

man  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  

eşitdim:  “Get  onların  ağzını  torpaqla  bağla!”  Bu  üzdən  həmin  

şəxsə  dedim:  “Allah  sənin  köpünü  alsın!  And  olsun  ki,  nə  

Peyğəmbərin  dediklərini  yerinə  yetirdin,  nə  də  onu  kədəri  ilə  

baş-başa  buraxdın!”

2

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

356


Rəvayət  olunur  ki,  İbn  Ömər  deyib:  

“Aralarında  Sə`din  də  olduğu  bəzi  səhabələr  ət  yeyirdilər.  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımlarından  biri  

onlara  dedi:  “Bu,  kərtənkələ  ətidir,  yeməyi  saxlayın!”  (Bunu  

eşidən)  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Yeyin  

və  yedirin,  çünki  halaldır,  amma  mənim  yediyim  şey  deyildir”

1

.



Rəvayət  olunur  ki,  Übadə  ibn  Samit  deyib:  

“Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  “Kim  

Allahla  görüşməyi  istəyərsə,  Allah  da  onunla  görüşməyi  istəyər.  

Kim  Allahla  görüşmək  istəməzsə,  Allah  da  onunla  görüşməyi  

istəməz.”  (Həzrəti  Aişə  və  ya  Peyğəmbərin  başqa  bir  xanımı  

deyir:)  “Dedim:  “Ey  Allahın  peyğəmbəri,  ölümü  istəməmək  

də  belədirmi?  Bizim  ki  ölümdən  xoşumuz  gəlmir.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Xeyr,  (dediyin  kimi)  

deyil.  Əgər  mömin  Allahın  rəhməti,  razılığı  və  cənnəti  ilə  

müjdələnərsə,  Allahla  görüşməyi  çox  istəyər,  Allah  da  onunla  

görüşməyi  çox  istəyər.  Kafir  də  Allahın  əzabı  və  qəzəbi  ilə  

müjdələnərsə,  Allahla  görüşməyi  heç  istəməz,  Allah  da  onunla  

görüşməyi  heç  istəməz”

2

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  deyib:  

“(Bir  dəfə)  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ya-


nına  iki  şəxs  gəlmişdi.  Onunla  nə  isə  barədə  danışırdılar.  Onu  

qəzəbləndirdilər,  o  da  onlara  lənət  dedi,  onları  acıladı.  Onlar  

çıxıb  getdikdən  sonra  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedim:  “Ey  Allahın  rəsulu,  kimsə  onlar  qədər  xeyir  qaza-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  

mətn  Müslimindir.



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə