Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə107/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   103   104   105   106   107   108   109   110   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

348


Xəstələrə baş çəkərkən

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Mədinəyə  gəldiyi  

vaxt  Əbubəkr  və  Bilal  qızdırmaya  tutulmuşdular.  Onların  ya-

nına  gedərək  dedim:  “Ey  atam,  necəsən?  Ey  Bilal,  necəsən?”  

Əbubəkr  qızdırmaya  tutulduqda  bu  şeri  deyirdi:  

Hər  kəs  ailəsi  ilə  sabahı  açır,  sabah  xeyir-duasını  eşidir,  

Amma  ölüm  (ona)  səndəlinin  bağından  daha  yaxındır.

Bilal  isə  uca  səslə  deyirdi:  

Ah,  Məkkədə  bir  daha  gecələməyəcəyəmmi?!

Və  ətrafım  izxirlə,  cəlillə

1

  bürünmüşdür.



Micənnə

2

  suyuna  bundan  sonra  getməyəcəyəmmi?!  



Şamə  və  Tüfeyl

3

  bir  daha  mənə  görünməyəcəkmi?!



(Aişə  deyir:)  “Gəlib  bunları  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-du-

ası  və  salamı  olsun!)  

danışdım.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

dedi:  “Allahım,  Məkkə  qədər,  yaxud  daha  çox  sevdir  

1

 Gözəl  qoxusu  olan  ot  adları.



2

 Məkkədən  bir  qədər  kənarda  yerləşən  bulaq.

3

 Məkkə  yaxınlığında  dağ  adları.




Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

349


bizə  Mədinəni!  Onu  yaxşılaşdır!  “Sa`”sı  və  “müdd”ündə

1

  bizə  



bərəkət  ver!  Mədinənin  qızdırmasını  dəf  et,  Cühfəyə

2

  göndər!”



3

Fitva soruşduqda

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  bir  şəxs  (gələrək)  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

soruşdu:  “Zövcəsi  ilə  yaxınlıq  edən,  amma  

boşalmayan  şəxsə  və  zövcəsinə  qüsl  düşürmü?”  (Həmin  vaxt  

Həzrəti  Aişə  orada  idi).  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:  “Mən  və  o  (Həzrəti  Aişə  –  mütərcim)  bunu  edir,  

sonra  da  qüsl  alırıq”

4

.  



Qonaqlıq zamanı

Həzrəti  Ənəs  rəvayət  edir  ki,  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

fars  bir  qonşusu  vardı.  Yaxşı  şorba  bişirməyi  baca-

rırdı.  (Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

üçün  


şorba  bişirmişdi.  Gələrək  onu  (evinə)  çağırdı.  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Bunu  da  (Aişəni  də)  çağı-

rırsanmı?”  Dedi:  “Xeyr!”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

dedi:  “Elə  isə  gəlmirəm.”  Sonra  qonşu  gəlib  bir  də  çağırdı.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Bunu  da  

dəvət  edirsənmi?”  Dedi:  “Xeyr!”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

1

 Sa`  və  müdd:  Çəki  vahidləri.  Bir  “müdd”  bir  dolu  ovuc,  bir  “sa`”  isə  



dörd  “müdd”ür.  

2

 Məkkə  və  Mədinə  arasında  yer.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

350


və  salamı  olsun!)  

dedi:  “Elə  isə  gəlmirəm!”  Qonşu  bir  daha  gələrək  

Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

evinə  dəvət  etdi.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yenə  soruşdu:  “Bunu  

da  çağırırsanmı?”  Qonşusu  üçüncü  dəfə:  “Bəli!”  –  dedi.  Bun-

dan  sonra  Peyğəmbər  və  Aişə  onun  evinə  getdilər”

1

.  


Yaxşılığı əmr etməkdə

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  (su  

başına  çıxmaq  istədiklərində)  gecələri  Mənase  adlanan  əraziyə  

gedərdilər.  Həmin  yer  geniş  çöllük  idi.  Ömər  hər  dəfəsində  

Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyirdi:  “Xanımları-

na  örtünməyi  əmr  et.”  Peyğəmbər  isə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

etmirdi.  Bir  gecə  yatsı  vaxtında  Peyğəmbərin  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

xanımı  Sevda  bayıra  çıxmışdı.  Uzun  boylu  

qadın  olduğundan  Ömər  hicab  əmrinin  nazil  olmağını  bərk    

arzulayaraq  ona  səsləndi:  “Ey  Sevda,  səni  tanıdıq!”  Bundan  

sonra  Allah  hicab  əmrini  göndərdi”

2

.



Savaşlarda

a)  Uhud  döyüşündə.  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:

“Uhud  günü  insanlar  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

yanından  dağılışmışdılar.  Gördüm  ki,  Əbubəkrin  qızı  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə