Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə108/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   104   105   106   107   108   109   110   111   ...   158

Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

351


Aişə  və  Ümmi-Süleym  səylə  işləyirlər.  Paltarlarını  topuğa  qədər  

çırmayaraq  bellərinə  su  tuluğu  yükləyib  daşıyırlar,  yaralılara  su  

verir,  su  qurtardıqda  yenidən  qayıdıb  (tuluqlara)  su  doldurur,  

yaralıların  ağzına  tökürdülər”

1

.

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Uhud  günü  müşriklər  məğlub  olmuşdular.  (Bunu  görən)  

İblis  


(Ona  Allahın  lənəti  olsun!)

  haray  qopardı:  “Ey  Allahın  qulları!  

Arxanızı  qoruyun!”  (Bunu  eşidən)  ön  səfdəkilər  geri  döndülər  

və  arxa  səfdəkiləri  düşmən  sanaraq  onlar  vuruşmağa  başladılar.  

Hüzeyfə  (ətrafa)  nəzər  saldı  və  birdən  atası  Yəmanı  gördü.  

Tez  qışqırdı:  “Ey  Allahın  qulları,  (bu)  atamdır,  (bu)  atamdır!”  

(Həzrəti  Aişə  sözünə  davam  edir:)  “Allaha  and  olsun  ki,  onlar  

(Hüzeyfənin  atası  ilə)  savaşmaqdan  əl  çəkmədilər,  nəhayət,  onu  

öldürdülər.”  (Bunu  görən)  Hüzeyfə  (onlara)  səsləndi:  “Allah  

sizi  bağışlasın!”  (Sonralar  səhabələrdən)  Ürvə  demişdi:  “And  

olsun  ki,  Qüdrətli  və  Böyük  Allaha  qovuşanadək  Hüzeyfə  xe-

yirxahlığından  qalmadı”

2

.

b)  Əhzab  döyüşündə.  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:

“Xəndək  günü  Sə`d  yaralanmışdı.  Onu  Qüreyşdən  bir  şəxs  

(oxla)  yaralamışdı.  Adı  Hibban  ibn  əl-Ərəqə  idi...  O,  oxunu  

atıb  (Sə`din)  dirsəyindəki  ana  damara  batırmışdı.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

məscidə  çadır  qurdu  ki,  ona  ya-

xınlıqdan  baş  çəkə  bilsin.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

Xəndəkdən  qayıtdı,  silahını  bir  qırağa  qoyub  yuyundu.  

(Bu  zaman)  Cəbrayıl  

(Ona  salam  olsun!)

  onun  yanına  gəldi...  Dedi:  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

352


“Silahını  soyundunmu?  Allaha  and  olsun  ki,  mən  silahımı  hələ  

çıxarmamışam.  Onların  üstünə  get!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

soruşdu:  “Kimin?”  Mələk  Bəni-Qüreyzə  tərəfi  

göstərdi.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onların  yur-

duna  tərəf  hərəkət  etdi.  Onun  (Peyğəmbərin)  hökmünə  boyun  

əydilər.  Peyğəmbər  də  (onlar  barədə)  hökm  çıxarmağı  Sə`də  

həvalə  etdi.  Sə`d  dedi:  “Mən  onlar  haqda  o  hökmü  çıxarıram  

ki,  döyüşçüləri  öldürülsün,  qadın  və  övladları  əsir  götürülsün,  

var-dövlətləri  də  bölüşdürülsün.”  

Hişam  demişdir:  

“Atam  mənə  danışıb  ki,  Həzrəti  Aişə  Sə`din  belə  dedi-

yini  rəvayət  edib:  “Allahım,  yaxşı  bilirsən  ki,  Sənin  yolun-

da  ən  çox  bu  qövmlə  cihad  etmək  istəyirəm.  O  qövmlə  ki,  

sənin  peyğəmbərini  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yalançı  he-

sab  etdilər,  el-obasından  didərgin  saldılar.  Allahım,  elə  zənn  

edirəm  ki,  bizimlə  onların  arasında  müharibə  qalmayıb.  Yox,  

əgər  Qüreyşlə  aramızda  savaş  qalıbsa,  məni  o  vaxta  qədər  

sağ-salamat  tut.  Çünki  Sənin  yolunda  onlarla  cihad  etmək  istə-

yirəm.  Yox,  aramızda  savaş  qalmayıbsa,  yaramı  böyüt  (deş)  və  

ölümüm  buna  görə  olsun!”  

Bundan  sonra  onun  boyun  damarına  qədər  uzanan  yarası  

deşildi,  amma  o  qorxmadı.  Məsciddə  Bəni-Qəfar  qəbiləsinə  

məxsus  bir  çadır  var  idi.  (Sə`din  yarasından  çıxan)  qan  onlara  

tərəf  axırdı.  Dedilər:  “Ey  çadırdakılar!  Sizdən  bizə  axıb  gələn  

nədir?”  Bu  zaman  Sə`din  yarasından  axan  qan  kəsilmirdi.  O  

(Allah  ondan  razı  qalsın!)

  elə  bu  yaradan  öldü”

1

.

1



 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  


Dördüncü fəsil. Hicab əmrindən əvvəl və sonra...

353


HİCAB VACİB EDİLDİKDƏN SONRA 

PEYĞƏMBƏR XANIMLARININ 

CƏMİYYƏTİN İCTİMAİ HƏYATINDA

İŞTİRAKI VƏ KİŞİLƏRLƏ DANIŞMALARI

Diqqətəşayandır  ki,  hicab  əmr  edildikdən  sonra  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  ictimai  həyatdan  özləri-

ni  təcrid  etməmiş,  əksinə,  sosial  işlərdə  müəyyən  həddə  pay  sa-

hibi  olmuş,  hətt a  Allah  rəsulunun  vəfatından  sonra  onun  fəaliy-

yətini  müəyyən  səviyyədə  davam  etdirmişlər.  Müsəlmanlara  

dinlərini  öyrətmədə  onların  rolu  olduqca  böyükdür.  Bu  zaman  

onlar  ictimai  həyatda  davamlı  iştirak  edir,  pərdə  arxasından  

da  olsa  əməlisaleh  kişilərlə  şifahi  ünsiyyət  yaradırdılar.  Belə  ki  

hicab  sosial  həyatda  iştiraka  əngəl  olmamış,  əksinə,  bu  iştira-

kın  çərçivəsini  bir  qədər  kiçiltmişdi.  Hicab  kişilərlə  görüşməyi  

qadağan  etməmişdi,  amma  belə  görüşlər,  xüsusən  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  ilə  baş  verdikdə  özü-

nəməxsus  ədəb-ərkanla  müşayiət  olunurdu.  Beləliklə,  qadınla-

rın  sosial  həyatda  iştirakı  Peyğəmbərin  zamanında ənənəvi  hal  

almışdı.  Hətt a  son  dərəcə  xüsusi  hallarda  şəriət  qadınların  

sosial  fəaliyyətinə  qadağa  qoymamış,  amma  bunu  bir  qədər  

məhdudlaşdırmışdı.  Aşağıdakı  dini  mətnlər  dediklərimizə  sü-

butdur:  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə