Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə132/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   128   129   130   131   132   133   134   135   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

425


Qadınlara şəfqət məqsədilə imamın 

namazı yüngül qıldırması

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“(Bəzən)  mən  namaza  uzatmaq  niyyəti  ilə  başladığım-

da  bir  uşağın  ağladığını  eşidirəm.  Anasının  onun  ağlamağına  

görə  qüssələnməsi  mənə  məlum  olduğundan  namazda  (buna)  

biganə  qala  bilmirəm”

1

.

Başqa  rəvayətdə  deyilir:  “Anasına  çətinlik  yaratmayım  deyə  



namazı  qısa  tuturam”

2

.



Qadınlara şəfqət məqsədilə onların 

kişilərdən qabaq məsciddən 

çıxmalarına şərait yaratmaq

Hind  bint  əl-Haris  rəvayət  edir  ki,  Peyğəmbərin  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

zövcəsi  Ümmi-Sələmə  ona  belə  deyib:

“Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zamanında  qa-

dınlar  vacib  namazları  qılıb  salam  verdikdən  sonra  qalxardılar.  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  onunla  namaz  qı-

lan  kişilər  bir  qədər  gözləyərdilər.  Elə  ki  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

qalxdı,  kişilər  də  qalxardılar”.

Başqa  rəvayətdə  deyilir:  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

426


“Elə  ki  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

salam  verib  

namazını  bitirirdi,  qadınlar  qalxırdılar.  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

qalxıb  getmədən  əvvəl  bir  az  otururdu”

1

.

İbn  Şihab  (əz-Zühri)  demişdir:  



“Fikrimcə,  –  Allah  düzünü  bilir  –  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

ona  görə  otururdu  ki,  qadınlar  namazdan  

çıxanlar  onlara  yetişmədən  rahatca  çıxıb  getsinlər”

2

.



Məsciddə qadın və kişilərin bir-biri ilə 

ünsiyyət qurmağında bir qəbahət yoxdur

- Kişilərin qadınları, qadınların da kişiləri görmələri

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Yatsı  namazını  qılmaq  üçün)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

gecə  qaralanadək  gözləyərdi.  Ömər  ona:  “Qadın-

lar  və  uşaqlar  yatmışlar!”  –  deyə  səsləndikdə  (evindən)  çıxıb  

deyərdi:  “Onu  (yatsı  namazını  –  mütərcim)  yer  üzündə  yaşa-

yanlar  arasında  sizdən  başqa  heç  kəs  gözləməz.”  (Həzrəti  Aişə  

deyir:)  “Həmin  günlərdə  yatsı  namazı  yalnız  Mədinədə  qılınır-

dı;  yatsı  namazını  günəşin  qırmızılığının  yox  olmağı  və  gecənin  

ilk  üçdə  biri  arasında  qılırdılar”

3

.  


Fikrimizcə,  qadın  və  kişilərin  cərgələri  arasında  pərdə  olma-

dığı  müddətdə  gözümüzü  nə  qədər  qorusaq  da,  ötəri  baxışdan  

qaçmağımız  mümkün  deyildir.  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Bax:  Buxari,  II  cild,  səh.  467.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

427


-  Zəruri  hallarda  qadın  və  kişilərin  bir-biri  ilə  söhbət  et-

mələri

Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“İnsanlar  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

namaz  


qılırdılar.  Paltarları  gödək  olduğundan  boyunlarından  asmışdı-

lar.  Bu  zaman  qadınlara  deyilmişdi:  “Kişilər  (səcdədən  qalxıb)  

oturmadıqca  başlarınızı  qaldırmayın”

1

.



Əmr  ibn  Sələmə  rəvayət  edir  ki,  atası  demişdir:  

“Allaha  and  olsun  ki,  yanınıza  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-dua-

sı  və  salamı  olsun!)  

yanından  gəlmişəm.  O  deyib:  “Filan  namazı  filan  

vaxtda,  filanını  da  filan  vaxtda  qılın.  Namazın  vaxtı  girdiyində  

biriniz  azan  versin,  namazı  da  sizə  aranızda  Quranı  ən  yaxşı  

bilən  qıldırsın.”  Adamlar  (bir-birinə)  baxdılar.  (Əmrin  atası  de-

yir:)  “Aralarında  Quranı  məndən  yaxşı  bilən  yox  idi.  Quranı  

gəlib-gedənlərdən  öyrənmişdim.  Məni  qabağa  keçirdilər.  Həmin  

vaxt  altı-yeddi  yaşım  olardı.  Əynimdəki  paltar  (əba)  səcdəyə  

getdiyimdə  dartılır,  (aşağılarım  görünürdü).  Həmin  məhəllədən  

bir  qadın  (camaata)  dedi:  “Quran  oxuyanınızın  arxasını  bizdən  

gizlətməyəcəksinizmi?!”

2

  (Əmrin  atası  deyir:)  “(Adamlar  par-



ça)  alıb  (ondan)  mənə  uzun  köynək  biçdilər.  Həmin  köynəyə  

sevindiyim  qədər  heç  nəyə  sevinməmişdim”

3

.  


Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  demişdir:

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.



2

 Yəni,  paltarı  qısa  olduğundan  səcdədə  onun  ayıb  yerləri  arxadan  görünür,  

uzun  paltar  alın  ki,  biz  onun  ayıb  yerlərini  görməyək  –  tərcüməçinin  

qeydi.  

3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə