İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
428
“(Bir dəfə) bir kişi Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
soruşdu: “Ey Allahın rəsulu, bir kişi zövcəsinin yanında
başqa kişini görərsə, onu öldürsünmü?” Bu zaman onlar (kişi
və qadın) gözümün qabağında məsciddə bir-birlərinə lənət
oxudular”
1
.
Rəvayət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
deyib:
“(“Küsuf ” namazından sonra) Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
xütbə söyləyərək adamların qəbirdə imtahan oluna-
caqları fitnə haqqında danışdı. Bu zaman insanlardan bir hay-
küy qopdu... Bu hay-küy mənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
axırda nə dediyini eşitməyimə mane oldu. Hay-küy
kəsildikdən sonra mənə yaxın dayanmış bir kişidən soruşdum:
“Ey, Allah səni mübarək qılsın! Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
son sözü nə oldu?” Kişi dedi: “ Mənə vəhy edildi
ki, siz çox keçmədən qəbirlərinizdə Məsih Dəccalın fitnəsi ilə
imtahan olunacaqsınız...”
2
.
- Qadın və kişilər danışıq və davranışlarında sərbəstdirlər
İmam Buxari “Came əs-səhih” kitabında fəsillərdən birini
“Bölüşdürmə və məsciddə xurma salxımının asılması” adlandır-
mışdır. Hafiz ibn Həcər demişdir:
“...Buxari bu fəsildə xurma salxımının asılmağına dair heç bir
hədis rəvayət etməyib, əksinə, bu nəticəyə məscidə var-dövlətin
qoyulmağının caiz olmağına görə gəlib. Hər ikisi (var-dövlət
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
429
və ya xurma) məscidə ona görə qoyulur ki, möhtaclar istifadə
etsinlər. Bu zaman Buxari Nəsainin rəvayət etdiyi hədisə toxun-
muşdur: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əlində əsa
ilə məscidə gəlmişdi. İnsanlardan biri qurumuş, dadı qalmamış
xurma salxımını (məscidə) asdı. Peyğəmbər əsas ilə salxıma
toxunur və deyirdi: “Bu sədəqənin sahibi istəsəydi, bundan
yaxşısını sədəqə verərdi”.
Hədisin istinadı güclü olsa da, Buxarinin səhihlik şərtlərinə
cavab vermir.
Həmin fəsildə Sabitin “Dəlail” kitabında rəvayət etdiyi bu
hədis də vardır: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əmr etdi ki, məscidin hər divarına (kasıblar üçün) xurma sal-
xımları asılsın”. Sabitin rəvayət etdiyi başqa hədisdə deyilir ki,
Müaz ibn Cəbələ bu salxımları qoruyub bölüşdürmək vəzifəsi
tapşırılmışdı”
1
.
Əgər bu salxımlar kasıblar üçün qoyulurdusa, onda kasıblar
arasında kişilər də vardır, qadınlar da.
Rəvayət olunur ki, Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
deyib:
“Məscidi süpürüb təmizləyən bir zənci kişi, ya da qadın vardı
(Buxarinin versiyasında: “O, qadın idi”). (Bir gün) vəfat etdi.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu xəbər aldığında
(səhabələri): “O öldü”, – deyə cavab verdilər. Peyğəmbər (Ona
Allahın xeyir-duası və salamı olsun!): “Nə üçün bunu mənə
xəbər verməmişsiniz? Mənə qəbrini göstərin!” – dedikdən son-
ra onun qəbrinin yanına getdi, ona cənazə namazı qıldı”
2
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, II cild, səh. 62.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
430
“Ərəb qəbilələrinin birində qara bir cariyə var idi. Onu azad
etdilər. O da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
gəlib müsəlman oldu. (Aişə deyir:) “Məsciddə yundan və ya
tükdən düzəldilmiş balaca çadırı vardı. Yanıma gəlir, birlikdə
söhbət edirdik”
1
.
Rəvayət olunur ki, Rübəyye bint Müəvviz ibn Əfra demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Aşura səhəri
ətrafdakı ənsar kəndlərinə xəbər göndərdi: “Kim oruc tutma-
yıbsa, günü tamamlasın. Oruc tutan isə orucuna davam etsin.”
Bundan sonra biz və uşaqlarımız bu orucu tuturduq. Biz onlara
yundan oyuncaq düzəldirdik. (Müslimin versiyasında: “Məscidə
gedirdik... Onlardan biri yemək üçün ağladıqda oyuncağı ona
verir, ift ar vaxtına qədər (başını qatırdıq)”
2
.
Həmçinin minbərdə mehrin çoxalması haqda danışan Ömərə
etiraz edən qadının əhvalatından bəhs edən məşhur hədis –
istinadı zəif olsa da, – Sünnə ilə ziddiyyət əmələ gətirməyən
tarixi-praktik fakt olaraq işə yarayır.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
zamanında qa-
dınların məscidə gəlib-getmələri haqda dəlillər gətirdikdən son-
ra bizim və bütün bəşəriyyətin müəllimi Həzrəti Məhəmmədin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu məsələyə münasibəti ətrafında
dərindən düşünməliyik. İşa namazını gecikdirər – bunda fəzilət
vardır, – amma eşidəndə ki, qadınlar və uşaqlar yatıblar, onların
halına yanaraq namazını qılardı; savablı olduğu üçün namazını
uzatmaq istəyərdi, amma bir uşağın ağlamağını eşitsəydi, anası-
na əziyyət etməmək üçün namazını qısa tutardı. Peyğəmbər
(Ona
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |