İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
452
Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bey`ət etmiş ənsar
qadınlarındandır. Çünki Uhud günü bizim üçün ağır tuluqları
daşıyırdı...”
1
.
İmam Müslimin “Səhih” kitabının
“Cihad” fəslindən
1. “Qadınların kişilərlə birlikdə döyüşməyi” babı
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
savaşa çıxdığında
Ümmi-Süleym və ənsardan bəzi qadınları özü ilə aparırdı. On-
lar (əsgərlərə) su verir, yaralıları müalicə edirdilər”
2
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Hüneyn günündə Ümmi-Süleym üstündə daşıdığı xəncəri
əlində tutmuşdu. Onu görən Əbu Təlhə Peyğəmbərə
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
dedi: “Ey Allahın rəsulu, bu, Ümmi-Sü-
leymdir, əlindəki də xəncərdir.” Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
soruşdu: “Bu nə xəncərdir?” (Ümmi-Süleym de-
yir:) “Onu götürmüşəm ki, müşriklərdən kimsə mənə yaxın-
laşsa, qarnını deşim.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
güldü”.
3
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
453
2. Döyüşçü qadınlara bir az qənimətin verilməsi babı
Həfsə bint Sirin rəvayət edir ki, Ümmi-Ətiyyə əl-Ənsariyyə
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yeddi döyüşdə
iştirak etdim. Miniklərinin arxasında olur
1
, onlara yemək bişi-
rir, yaralıları müalicə edir, xəstələrə baxırdım”
2
.
Buxari
isə rəvayət edir ki, Həfsə bint Sirin
(Allah ondan razı qal-
sın!)
demişdir:
“Bir qadın gələrək Bəni-Xilf qəbiləsinə qonaq düşdü. Ya-
nına getdim. Mənə danışdı ki, bacısının (Ümmi-Ətiyyənin –
mütərcim) əri Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
on
iki yürüşdə iştirak edib. Bacısı (Ümmi-Ətiyyə) onunla birlikdə
altı yürüşdə olub. Onu da dedi ki: “Xəstələrə baxır, yaralıları
müalicə edirdik.” (Həfsə deyir:) “(Sonra) Ümmi-Ətiyyə gəl-
diyində bunu ondan soruşdum...”
3
.
İbn Sə`din “ət-Təbəqat əl-kübra”
kitabından
Bu kitabda Xeybər döyüşündə iştirak etmiş qadınlar haq-
da çoxlu rəvayətlər vardır. Bu qadınlardan Ümmi-Sinan əl-
Əsləmiyyə deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Xeybərə yürüşə
çıxmaq istədiyində yanına gedib dedim: “Ey Allahın rəsulu,
səninlə birlikdə döyüşə getmək, tuluqları yamamaq, xəstə və
1
Yəni, minikləri və yüklərinin qayğısına qalırdım.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
454
yaralıları müalicə etmək, yox, yaralıları müalicə edən varsa,
minikləriniz, çadır və əşyalarınızın keşiyini çəkmək istəyirəm.”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Allahın bərə-
kəti üzrə gələ bilərsən! Sənə yol yoldaşı olacaq qadınlar var.
Həm sənin qəbiləndən, həm də başqa qəbilələrdən olan bu qa-
dınlar (yürüşə çıxmaq üçün) mənimlə danışdılar, mən də on-
lara icazə verdim. İstəsən öz həmqəbilələrinlə, istəsən bizimlə
gəl.” Dedim: “Səninlə gedirəm.” Dedi: “Elə isə, zövcəm Ümmi-
Sələmə ilə ol.” Mən də onunla birlikdə getdim”
1
.
İbn Sə`din kitabındakı rəvayətlərdən məlum olur ki, Xeybər
döyüşündə on beş qadın iştirak edibmiş. Onlar bunlardır: Üm-
mi-Sinan əl-Əsləmiyyə, Ümmi-Əymən, Peyğəmbərin cariyəsi
Səlma, Əbu Rafenin zövcəsi Kəibə bint Sə`d əl-Əsləmiyyə,
Ümmi-Muta əl-Əsləmiyyə, Ümeyyə bint Qeys əl-Ğifariyyə, Üm-
mi-Amir əl-Əşhəliyyə, Ümmi-Zəhhak bint Məsud əl-Harisiyyə,
Hind bint Əmr ibn Həram, Ümmi-Məni bint Əmr, Ümmi-
Ümarə Nəsibə bint Kə`b, Ümmi-Səlit ən-Nəccariyyə, Ümmi-
Süleym, Ümmi-Ətiyyə əl-Ənsariyyə və Ümmi-Əla əl-Ənsariyyə.
Bu kitabdakı bəzi məlumatlar Buxari və Müslimin dediklərini
təsdiqləyir. Məsələn, Ümmi-Süleymin Xeybər döyüşündə iş-
tirakı haqda Ənəs ibn Malik demişdir: “Peyğəmbər
(Ona Al-
lahın xeyir-duası və salamı olsun!)
Xeybərə yürüşə çıxdı... Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Səfiyyəni köləlikdən qurtarıb
onunla evləndi... Yolda ikən Ümmi-Süleym Səfiyyəni toy üçün
hazırladı...”
2
.
1
İbn Sə`d. ət-Təbəqat əl-kübra, VIII cild, səh. 292.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.