Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
477
İmam Buxari bu hədisi “Qadının toyda kişilərin yanında
olmağı və onlara xidmət etməsi” başlığı altında göstərmişdir.
Hafiz ibn Həcər demişdir:
“Hədisdən məlum olur ki, qadın ərinə və çağırdığı şəxslərə
xidmət edə bilər. Məlumdur ki, bu, fitnə-fəsaddan uzaq mə-
qamlarda və qadının örtünmə qaydalarına riayəti şərti ilə müm-
kündür”
1
.
Bayramlarda iştirak
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Mədinəyə gəl-
diyində (Mədinə əhalisinin) çalıb-oynadıqları iki günü vardı.
Peyğəmbər onlara dedi: “Allah Təala sizin üçün bu iki günü
daha yaxşı iki günlə əvəzləmişdir: Oruc və Qurban günləri
(bayramları)”
2
.
Bayram namazı, mömin kişi və
qadınların bayramı qeyd etmələri
Əyyub rəvayət edir ki, Həfsə bint Sirin deyib:
“Bayram günlərində bakirə qızlarımıza evdən kənarda ibadət
etməyi qadağan edirdik... Bir qadın gələrək Bəni-Xilf qəbiləsinə
qonaq düşdü. Bacısından danışdı... Bacım Peyğəmbərdən
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Bizdən kimsə (bayram
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI, səh. 160.
2
Hədisi Nəsai rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
478
namazlarına) cilbabsız
1
çıxa bilərmi?” Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
dedi: “Qoy o, rəfiqəsinin cilbabını geyinsin,
xeyirdə və möminlərin dualarında iştirak etsin.” Ümmi-Ətiyyə
gəldiyində soruşdum: “Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bu haqda bir şey eşitmisənmi?” Dedi: “Atam ona fəda
olsun! Bəli, eşitmişəm ki, deyib: “Qoy gənc qızlar və pərdə
arxasında oturanlar (və ya pərdə arxasında oturan gənc qızlar)
və aybaşı qadınlar (evlərindən) bayıra çıxıb xeyirxah işlərdə,
möminlərin dualarında iştirak etsinlər. Aybaşı qadınlar isə na-
mazgahdan kənarda dursunlar.” (Həfsə deyir:) “Soruşdum: “Ay-
başı qadınlar?” Ümmi-Ətiyyə dedi: “Ümmi-Ətiyyə dedi: “Məgər
onlar Ərəfatda və filan, filan yerlərdə olmurlar?!”
2
Rəvayət olunur ki, Ümmi-Ətiyyə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“Bayram günləri bizə (namazgaha, məscidə) getmək əmr
olunmuşdu. Bakirə qızlar, evdə oturan iff ətli qadınlar və aybaşı
qadınlar (namazgaha) gedərdik. Amma aybaşı qadınlar (namaz-
gahdan uzaqda) insanların arxasında dayanır, onlara birlikdə
təkbir gətirir, dua edir, (Allahdan) həmin günün bərəkətini və
günahlardan təmizlənməyi diləyirdilər”
3
.
Buxari bu hədisi “Minada və Ərəfəyə gedildikdə təkbir gə-
tirmək” başlığı altında göstərmişdir. Sonra bu başlıq altında
digər hədisləri rəvayət etmişdi: Həzrəti Ömər
(Allah ondan razı
qalsın!)
Minada çadırında təkbir gətirir, səsini məsciddəkilər, ba-
zarlarda olanlar eşidib təkbir gətirirdilər. Mina təkbir sədaları
1
Bədəni başdan-ayağadək örtən geyim
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
479
ilə silkələnirdi. İbn Ömər də həmin
günlər Minada namazlar-
dan sonra, yatağına uzandıqda, çadırında, oturduqda, gəzdikdə
təkbir gətirirdi. Həmçinin Məymunə qurban kəsilən gündə
təkbir gətirirdi. Qadınlar Mina günlərində (təşriq gecələrində)
məsciddə kişilərlə birlikdə Əban ibn Osman və Ömər ibn
Əbdüləzizdən sonra təkbir gətirirdilər.
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“Oruc, yaxud Qurban bayramında Peyğəmbərlə
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
məscidə getmişdim. Bayram namazını qıl-
dıqdan sonra xütbə oxudu. Sonra qadınların yanına gəlib onla-
ra öyüd-nəsihət verdi, sədəqə çıxmalarını əmr etdi”
1
.
İmam Buxari bu hədisi “Uşaqların namazgaha getmələri”
başlığı altında göstərmişdir.
Hafiz ibn Həcər demişdir:
“Uşaqlar namaz qılmasalar da, bayramlarda məscidlərə ge-
dərdilər. Zeyn ibn əl-Münir demişdir: “Kitabı fəsillərə ayıran
(İmam Buxari – mütərcim) “bayram namazına” sözü yerinə
“namazgaha” sözünü işlətmişdir. Məqsədi bu sözlə həm namaz
qılanları, həm də qılmayanları ifadə etmək olmuşdur”.
Uşaqları məscidə aparmaq təbərrük üçündür, (bayram na-
mazında) iştirak edənlərin çoxluğu ilə islamın şüarlarını iz-
har etdirmək üçündür. Bu səbəbdən aybaşı olanlara da (bu
mərasimdə) iştirak etmək icazəsi verilib. Bu, namaz qılanlara
da, qılmayanlara da aiddir. Həmçinin uşaqları (məsciddə) oy-
nayarkən nəzarətdə saxlamaq üçün müəyyən kimsələrə ehtiyac
vardır. Bu şəxslər namaz qılsalar da, qılmasalar da, lazımlıdırlar”
2
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III, səh. 117-118.