İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
486
dediyini eşidib: “Ümmətimdən dənizdə yürüşə çıxan ilk ordu
cənnətə daxil olacaqdır.” (Ümmi-Həram deyir:) “Ey Allahın
rəsulu, mən də həmin ordudamı olacağam?” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bəli, sən onların arasında
olacaqsan.” Sonra buyurdu: “Ümmətimdən Qeysərin şəhərinə
yürüş edən ilk ordunun günahları bağışlanıb”) Dedim: “Ey Al-
lahın rəsulu, mən də onlardanammı?” Peyğəmbər dedi: “Xeyr,
(sən birincilərdənsən)”
1
.
Rəvayət olunur ki, Əbu Vail deyib:
“Bir gün sübh namazını qıldıqdan sonra Abdullah ibn Mə-
sudun yanına getdik. Qapının ağzında dayanıb salam verdik və
o da bizə (içəri girmək üçün) icazə verdi. Qapının ağzında bir
az ləngidik. Bu arada bir cariyə çıxıb soruşdu: “Gəlmirsinizmi?”
Biz də içəriyə daxil olduq. Abdullah oturmuş vəziyyətdə zikr
edirdi. Soruşdu: “Nə üçün ləngidiniz? Sizə ki içəriyə girmək
izni verilmişdi.” Dedik: “Güman etdik ki, ailənizdən kimsə ya-
tıb.” Abdullah dedi: “Yəni, güman etdiniz ki, İbn Ümmi-Abdul-
lahın ailəsi yatmışdır?!” (Əbu Vail deyir:) “Abdullah yenidən
zikr etməyə başladı. Sonra günəşin çıxdığını zənn edib soruş-
du: “Ey cariyə, bax gör günəş çıxıbmı?” Cariyə baxdı ki, günəş
hələ çıxmayıb. Abdullah yenidən zikr etməyə başladı. Sonra
günəşin çıxdığını zənn edib soruşdu: “Ey cariyə, bax gör günəş
çıxıbmı?” Cariyə baxdı ki, günəş çıxıb. Abdullah dedi: “Bu
günümüz üçün də günahlarımızı bağışlayan, səhvlərimizə görə
bizə cəza verməyən, günahlarımıza görə bizi məhv etməyən Al-
laha həmd olsun!” (Əbu Vail deyir:) “Oradakılardan biri dedi:
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
487
“Dünən bütün günü “müfəssəl”i
1
oxumuşam.” Abdullah dedi:
“Şer oxuyurmuş kimi sürətlimi oxudun? Mən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ardı-ardına oxuduğu surələri
əzbər bilirəm. Bunlar “müfəssəl”dən 18 ayədir. İki surə də “Hə
Mim”lərdəndir”
2
.
Rəvayət olunur ki, Əbu Bürdə
(Allah ondan razı qalsın!)
deyib:
“Əbu Musanın yanına getmişdim. Binti-Fəzl ibn Abbasın
evində idi. Asqırdım, amma o mənə “Allah sənə rəhm etsin!”
– demədi. Sonra Binti-Fəzl asqırdı. Əbu Musa ona: “Allah
sənə rəhm etsin!” – dedi. Qayıdıb olanları anama danışdım.
Əbu Musa anamın yanına gəldiyində dedi: “Oğlum yanında
asqırıb, amma ona “Allah sənə rəhm etsin!” – deməmişsən.
Binti-Fəzlə isə demişsən.” Əbu Musa dedi: “Çünki oğlun as-
qırdıqda Allaha həmd etmədi, mən də ona: “Allah sənə rəhm
etsin!” – demədim. Binti-Fəzl isə etdi, mən də ona: “Allah sənə
rəhm etsin!” – dedim. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
belə dediyini eşitmişəm: “Sizdən biri asqırıb Allaha həm
edərsə, ona: “Allah sənə rəhm etsin!” – deyin. Yox, etməzsə,
deməyin”
3
.
1
“əl-Fəth” surəsinin birinci ayəsindən Quranın son ayəsindək olan hissə.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
488
Fədakarlıq və qayğı zamanı kişilərlə
qadınların görüşməsi
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Xədicənin bacısı Halə bint Xüveylid Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
yanına gəlmək üçün icazə istədi. Onun
bu hərəkəti Peyğəmbərə (vaxtı ilə) Xədicənin icazə istəməsini
xatırlatdı. Bu səbəbdən Peyğəmbər bərk həyəcanlanıb dedi:
“Allahım, bu ki Halədir. (Həzrəti Aişə deyir:) “Onu qısqandım
və dedim: “Sən çoxdan ölüb getmiş, Qüreyş qarılarından olub
(dişləri tökülmüş) qırmızı damaq bir qarının nəyini xatırlayır-
san? Axı Allah sənə onun əvəzində ondan daha yaxşısını nəsib
edib”
1
.
Rəvayət olunur ki, Əbu Musa əl-Əş`əri
(Allah ondan razı qalsın!)
deyib:
“Qardaşımla Yəməndən gəlmişdik. (Mədinədə) bir az qaldıq.
Gördük ki, Abdullah ibn Məsud Peyğəmbər ailəsinin bir üz-
vüdür. Çünki hər dəfə onu anası ilə birlikdə Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
yanına girib çıxan görürdük (Müsli-
min versiyasında: Tez-tez Peyğəmbərin yanına girir, orada çox
qalırdılar)”
2
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
mıza gəlmişdi. Evdə mən, anam və xalam Ümmi-Həram vardı.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Durun, sizə
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.