Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
489
namaz qıldıracağam.” Namaz qıldırdı, bizim və övladlarımızın
dünya və axirət xoşbəxtliyi üçün dua etdi”
1
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
insanların ən yax-
şı xasiyyətlisi idi (başqa versiyada: bizimlə qaynayıb-qarışardı).
Əbu Ümeyr adlı bir qardaşım var idi. Həmin vaxt təzə süd-
dən kəsilmişdi. (Onun Nüğeyr adlı quşcuğazı var idi. Bir dəfə
quşcuğaz xəstələnmişdi). Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
gəldiyində ona dedi: “Ay Əbu Ümeyr, gör başımıza nə iş
açıb bu Nüğeyr!” Həmin vaxt Əbu Ümeyr Nüğeyrlə oynayır-
dı. Yadıma gəlir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bizim evimizdə olanda namaz vaxtı girərdisə, (yatdığı) həsirin
təmizlənməsini əmr edər, namaza durardı. Biz də onun arxa-
sında durub namaz qılardıq”
2
.
İbn Həcər demişdir:
“Hədisə görə bir kişinin yad qadına baş çəkməyi, əgər qadın
cavan deyilsə və fitnə-fəsad çıxmazsa, caizdir. Həmçinin bu
hədisə görə bir kişinin öz zövcəsinin evində deyil, başqa bir
evdə – bu evdə öz zövcəsi olmasa da – günorta yatması caiz-
dir. Bir hökmdar da rəiyyətindən bəzi kimsələrin – hətt a qadın
da olsa – evində günorta yata bilər.
Həmçinin hədisə görə əri evində olmayan qadının evinə
fitnə-fəsad ehtimalı olmadıqda bir kişinin gəlməsi caizdir. O da
aydın olur ki, böyük şəxs bir dəstə adamı ziyarət etdiyində hər
kəs eyni qayğını göstərməlidir. Məsələn, (hədisdən məlum olur
ki, Peyğəmbər) Ənəslə əl verib görüşmüş, Əbu Ümeyrlə zarafat
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
490
etmiş, Ümmi-Süleymin yatağında yatmış və onlara öz evlərində
namaz qıldırmışdı ki, hamı onun bərəkətindən istifadə etsin”
1
.
Aşağıda bəzi faktlara toxunacağıq. Bu faktlar səmimi qayğı-
dan söz açır.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Ümmi-Süleym Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dəri həsirdən yer salır, Peyğəmbər də onun üzərində yatırdı.
Elə ki yatdı Ümmi-Süleym onun təri və tükündən götürür, bir
şüşəyə qoyur, ətirə qatırdı”
2
.
İmam Müslimin versiyasında deyilir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yatdığında tərlə-
yirdi. O da (Ümmi-Süleym) onun tərini yığır, qablarda ətirə
qatırdı. Peyğəmbər (bir dəfə) soruşdu: “Nədir bu, ey Ümmi-
Süleym?” Dedi: “Tərindir, onu ətrimə qatıram”
3
.
İbn Həcər demişdir:
“əl-Mühəlləb bu hədis haqda deyib ki, böyük insan tanışla-
rının evində günorta yata bilər. Çünki aralarında sevgi və istək
vardır... Bəziləri bu əhvalatda saçdan söz açılmasını belə izah
edirlər ki, daranarkən ətrafa tökülübmüş. Sonralar mən gör-
düm ki, Məhəmməd ibn Sə`din rəvayəti bu qarmaqarışıqlığa
aydınlıq gətirir. O, səhih istinadla rəvayət edir ki, Sabit deyib:
“Ənəs ibn Malik demişdir: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
Minada saçını qırxdırdıqda Əbu Təlhə onun saçından
götürüb Ümmi-Süleymə gətirdi. Ümmi-Süleym də onu ətrinə
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 205-207.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
491
qatdı. Ümmi-Süleym deyərdi: “Peyğəmbər gəlir, mənim evində
həsirdə yatır, bədənindən tər axırdı...”.
Bu rəvayətdən məlum olur ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
yatdığında Ümmi-Süleym onun tərindən götürərək
evində çoxdan saxladığı saça qatmışdı. O, bu saçları Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yatarkən götürməmişdi.
Rəvayətdən o da məlum olur ki, hadisə Vida həccindən son-
ra olmuşdu. Çünki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vida həccində saçını Minada kəsdirmişdi”
1
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Quba torpaqlarına
gedərkən Ümmi-Həram bint Məlhanın qonağı olurdu. Ümmi-
Həram ona yemək verirdi. (Həmin vaxtlar) Ümmi-Həram
Übadə ibn əs-Samitin zövcəsi idi. Bir dəfə Peyğəmbər
(Ona Al-
lahın xeyir-duası və salamı olsun!)
onun yanına getdi, o da Peyğəmbərə
(adəti üzrə) yemək verdi. Peyğəmbər (yeməyi yedikdən sonra)
yatdı. Ayıldıqda gülürdü. (Ümmi-Həram deyir:) “Soruşdum:
“Ey Allahın rəsulu, nə üçün gülürsən?” Dedi: “Gördüm ki,
ümmətimdən bir dəstə insan bu dənizdə hökmdarlar taxta
oturubmuş kimi savaşa çıxıblar.” Bu zaman Ümmi-Həram dedi:
“Allaha dua et ki, məni də onlardan etsin!” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
dua etdikdən sonra yatdı. Ayıldıqda
gülürdü. (Ümmi-Həram deyir:) “Dedim: “Ey Allahın rəsulu,
nə üçün gülürsən?” Dedi: “Gördüm ki, ümmətimdən bir dəstə
insan bu dənizdə hökmdarlar taxta oturubmuş kimi savaşa
çıxıblar”
2
.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XIII cild, səh. 312-313.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |