İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
480
Bayram günü mahnı oxumaq
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) Əbubəkr yanıma gəlmişdi. Yanımda ənsardan iki
cariyə (digər versiyada: iki gənc qız) vardı. Buas günü ənsarın
oxuduğu mahnıları oxuyurdular. Amma müğənni deyildilər
(başqa bir versiyada: dəf çalıb oxuyurdular). Əbubəkr dedi:
“Peyğəmbərin evində şeytanın neylərimi (çalınır)?!” Bayram
günü idi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Ey Əbubəkr, hər bir xalqın öz bayramı vardır, bu da bizim
bayramımızdır”
1
.
Hafiz ibn Həcər demişdir:
“Həzrəti Aişə “müğənni deyildilər” deməklə mahnı sözü-
nün ifadə etdiyi mənanı rədd etmişdir. Çünki mahnı dedikdə
səsin yüksəldilməsi, ərəblərin “nəsb” adlandırdıqları tərənnüm,
təhrik başa düşülür. Bir kimsə o halda müğənni adlanır ki,
mahnısını uzatmaqla, sındırmaqla, cuşa gətirməklə oxusun,
əxlaqsızlığa sövq etsin, ya da aşkar şəkildə çağırsın. Qürtubi
demişdir: “Həzrəti Aişə “müğənni deyildilər” deməklə onların
mahnı oxumağı yaxşı bacaranlardan olmadıqlarını göstərmişdir.
O, bu sözü deməklə (həmin cariyələrin oxuduqları mahnını)
məşhur müğənnilərin peşəsi olan mahnılardan fərqləndirmişdir.
O mahnılardan ki, gizli olanı oyadır, sakit olanı cuşa gətirir.
Qadınların gözəlliklərini, şərabı və digər haram şeyləri vəsf
edən şerlərin oxunmasının haram sayılmağında fikir ayrılığı
yoxdur. Mahnı oxuyan cariyənin səsinə qulaq asmağın caiz ol-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
481
mağı haqda bu hədis dəlil göstərilib. Çünki Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
Əbubəkrə (mahnıya) qulaq asdığı
üçün deyil, onu inkar etdiyi üçün etiraz etmişdir. İki cariyə də
Həzrəti Aişə onlara çıxmaq işarəsi verənədək oxumaqda davam
etmişdilər. Şübhə yoxdur ki, fitnə-fəsad çıxmamaq şərti ilə bu
caizdir. Allah düzünü bilir”
1
.
Kişilər və qadınlar bir-birinə sual
verib, hal-əhval tutmuşlar
Allah Təala buyurur:
“(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun ba-
şında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan baş-
qa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən
iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?”
Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qo-
yunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna
görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər”
(əl-Qəsəs, 23).
Övn ibn əbu Cüheyfə rəvayət edir ki, atası demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Salman və Əbu
Dərdanı bir-birinə qardaş elan etmişdi. Bir dəfə Salman Əbu
Dərdagilə baş çəkdi. Anasının əyni-başını tör-töküntü görüb
soruşdu: “Nə baş verib?” Qadın dedi: “Qardaşın Əbu Dərda
dünyadan üz çevirib...”
2
.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III, səh. 96.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
482
Əgər Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
tanıdığımız
və tanımadığımız insanlara salam verməyi bizə əmr etmişdirsə,
belə məqamlarda öyrənirik ki, ehtiyacı olan və ya hiss olunan
şəxslərə salam verməklə yanaşı, onların halını da soruşmalıyıq.
Ziyarət zamanı kişilər qadınlarla
birgə olmuşlar
Rəvayət olunur ki, İbn Abbasın qulamı Küreyb deyib:
“(Bir dəfə) İbn Abbas, Misvər ibn Məxrəmə və Əbdürrəhman
ibn Əzhər məni Aişənin yanına göndərib dedilər: “Bizdən ona
salam söylə və ondan ikindi namazından sonrakı iki rükət
haqqında soruş. Ona de: “Eşitmişik ki, sən bu iki rükəti qılır-
san. Halbuki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bunu
qadağan edib.”
İbn Abbas
(Allah ondan razı qalsın!)
deyib: “Ömər ibn Xətt abla
mən insanlara həmin iki rükəti qılmağı qadağan edirdik”.
(Küreyb sözünə davam edir:) “Aişənin yanına gedib, deyil-
ənləri ona xəbər verdim. Dedi: “Bunu Ümmi-Sələmədən so-
ruş.” Onun yanından ayrılıb onların yanına getdim və Aişənin
dediyini onlara xəbər verdim. Onlar da məni Aişənin yanı-
na göndərdikləri kimi Ümmi-Sələmənin yanına göndərdilər.
Ümmi-Sələmə dedi: “Eşitmişdim ki, Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
bu iki rükəti qadağan edib. Sonra gördüm
ki, ikindini qıldığında bu iki rükəti də qılır. (Bir dəfə) ənsarın
Bəni-Həram qəbiləsinin qadınları ilə birlikdə ikən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gəldi. Yanına bir cariyə göndərib
dedim: “Yanına gedib de: “Ey Allahın rəsulu, Ümmi-Sələmə