Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
483
deyir ki, sənin bu iki rükəti qadağan etdiyini eşitmişəm, an-
caq görürəm ki, onları qılırsan.” Görsən ki, əli ilə sənə işarə
edir, ondan kənara dur.” Cariyə (deyilənləri) etdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əli ilə işarə etdi, o da kənarda
dayandı. (Peyğəmbər namazını) başa vurduqdan sonra dedi:
“Ey Əbu Ümeyyənin qızı, ikindi namazından sonrakı iki rükət
haqqında soruşursan. Yanıma Əbdülqeys qəbiləsindən insanlar
gəlmişdilər. Başımı qatdılar və mən günorta namazının son iki
rükətini qıla bilmədim. (İndi qıldığım) həmin iki rükətdir”
1
.
“Fəth əl-Bari” kitabında deyilir:
“Hədisdən məlum olur ki, əri yanında olan qadını başqa
qadınlar ziyarət etmişlər”
2
.
Rəvayət olunur ki, Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
deyib:
“Ümmi-Mübəşşir mənə dedi ki, Peyğəmbərin
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
Həfsənin yanında belə söylədiyini eşidib:
“(Hüdeybiyyədə) ağac altında bey`ət edənlərdən kimsə, Allah
qoysa, cəhənnəmə girməyəcəkdir.” Ümmi-Mübəşşir: “Təbii ki!”
– dedikdə Peyğəmbər onu (belə deməkdən) saqındırdı. Həfsə
“Aranızda oraya girməyən kimsə yoxdur” ayəsini oxuduqda
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Qüdrətli və Bö-
yük Allah buyurur: “Sonra biz təqva sahiblərini (cəhənnəmdən)
xilas edər, zalımları da orada dizləri üstə buraxarıq”
3
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III, səh. 349.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
484
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanı-
ma gəlmişdi. Yanımda bir qadın görüb soruşdu: “Bu kimdir?”
Dedim: “Filan qadındır, çoxlu namaz qılmağı ilə tanınır (hər
kəs onun namaz qılmağından danışır).” Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
dedi: “Bacardığınız işi görün! Allah siz
bezmədikcə bezməz”
1
.
Rəvayət olunur ki, İbn Şihab deyib:
“Mənə Ürvə ibn Zübeyr danışıb ki, Həzrəti Aişə deyib:
“(Bir dəfə) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanıma
gəlmişdi. Yanımda bir yəhudi qadın vardı, deyirdi: “Bilirsənmi
ki, siz qəbirdə imtahan olunacaqsınız.” Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
diksinib dedi: “Təkcə yəhudilər imta-
han olunacaqlar.” (Həzrəti Aişə deyir:) “Bir neçə gecə keçdi.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Bil ki, mənə
sizin qəbirdə imtahan olunacağınız barədə vəhy gəlib.” Bundan
sonra görürdüm ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qəbir əzabından Allaha sığınır”
2
.
Rəvayət olunur ki, Ümmi-Fəzl
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
evimdə ikən bir
bədəvi gəlib soruşdu: “Ey Allahın rəsulu, bir arvadım vardı,
sonra başqası ilə evləndim. Birinci arvadım iddia etdi ki, uşağı
bir və ya iki dəfə əmizdirib.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
dedi: “Bir və iki əmizdirmə haram deyil”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yuxarıdakı mətn
Müslimindir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
485
Rəvayət olunur ki, Əbu Musa əl-Əş`əri
(Allah ondan razı qalsın!)
deyib:
“...Əsma bint Ümeys Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
zövcəsi Həfsəyə baş çəkdi. O, Nəcaşinin yanına hicrət
edənlərdən idi. Əsma Həfsənin yanında olarkən Ömər içəri
daxil oldu. Əsmanı görüb soruşdu: “Bu kimdir?” Həfsə dedi:
“Əsma bint Ümeysdir.” Ömər təkrar soruşdu: “Həbəşdirmi?
Dənizlə gələn qadındırmı?” Əsma dedi: “Bəli!”...”
1
.
Rəvayət olunur ki, Abdullah ibn Əmr ibn As
(Allah ondan razı
qalsın!)
deyib:
“(Bir dəfə) Haşimoğullarından bir neçə şəxs Əsma bint
Ümeysin yanına gəlmişdilər. Bu əsnada Əbubəkr əs-Siddiq də
(Əsmanın yanına) gəldi. Həmin günlər Əsma Əbubəkrlə nişanlı
idi. Əbubəkr bundan (onların oraya gəlmələrindən – mütərcim)
xoşlanmadı. (Gedib) bunu Peyğəmbərə
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
danışıb dedi: “Amma mən (orada) xeyirdən başqa
heç nə görmədim.” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Şübhə yox ki, Allah onu (Əsmanı) belə işlərdən
uzaq tutmuşdur.” Daha sonra Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
minbərə qalxaraq dedi: “Bu günümdən sonra kimsə
yanında bir-iki nəfər olmadan əri evdə olmayan qadının yanına
getməsin!”
2
Ümeyr ibn əl-Əsvəd əl-Ənsi deyib:
“Übadə ibn Samitə Homs sahilində olarkən baş çəkdim.
Evində idi, yanında Ümmi-Haram vardı. Ümmi-Haram bizə
danışdı ki, Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.