Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
461
gördük. Qantökənə gəlincə, onun ancaq sən olduğunu güman
edirəm.” Bunu eşidən Həccac ondan ayrıldı, bir daha onun
yanına getmədi”
1
.
QADINLAR VƏ KİŞİLƏR BİRLİKDƏ
YAXŞILIQ ETMİŞ, XEYİR ƏMƏLLƏRİN
GÖRÜLMƏSİNİ İSTƏMİŞLƏR
Rəvayət olunur ki, Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
deyib:
“(Bir dəfə) ənsardan bir qadın Peyğəmbərə
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
dedi: “Ey Allahın rəsulu, istəyirsənsə, sənə üstündə
əyləşəcəyin bir şey düzəltdirim. Oğlum dülgərdir.” Peyğəmbər
buyurdu: “İstəyirsən, düzəltdir.” Qadın Peyğəmbər üçün bir
minbər düzəltdirdi. Cümə günü gəldiyində Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
həmin minbərdə əyləşdi”
2
.
Abdullah ibn əbu Övfaya istinadən İmam Nəsai aşağıdakı
hədisi rəvayət etmişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dul qadın və yox-
sullarla yanaşı getməkdən çəkinməzdi. Onlarla gedər, müşkül-
lərini həll edərdi”
3
.
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
de-
mişdir:
lançı imiş. Hətt a Cəbrayılla görüşdüyünü iddia edirmiş.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Hədisi Nəsai rəvayət etmişdir. Bax: hədis № 1341.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
462
“Bir dəfə qayğılı görünən bir qadın Peyğəmbərə
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
dedi: “Ey Allahın rəsulu, sənə işim düşüb
(ehtiyacım var, kömək et). Peyğəmbər: “Ey filankəsin anası,
(evinə aparan) hansı yolla istəsən gedək, sənə kömək edim”, –
deyib onunla bir neçə küçə getdi, müşkülünü həll etdi”
1
.
Rəvayət olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
deyib:
“Zübeyrin fərsəxin
2
üçdə biri qədər uzaqlıqdakı tarlasına (tar-
lanı ona Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vermişdi)
başımda toxum daşıyırdım... Bir gün başımda toxum daşıyarkən
Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
rastlaşdım. Yanında
ənsardan bəzi şəxslər var idi. Məni çağırdı, (dəvəsini saxla-
maq üçün) dedi: “İx! İx!” Məni dəvəsinin arxasına mindirmək
istəyirdi. Kişilərlə getməkdən utandım və Zübeyri, qısqanclığını
yadıma saldım. Zübeyr çox qısqanc birisi idi. Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
biləndə ki, utanıram, keçib getdi...”
3
.
“Fəth əl-Bari” kitabında yazılıb:
“Mühəlləb demişdir: “Hədisdən məlum olur ki, bir qadı-
nın kişilərdən ibarət karvanda bir kişinin arxasında miniyə
minməyi caizdir
4
”
5
.
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Bir fərsəx təxminən üç milə bərabərdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Əgər zərurət varsa, qadın müəyyən ədəb-ərkana riayət etmək şərti ilə,
xüsusən də birbaşa fi ziki təmasdan çəkinməklə bir kişinin miniyinə arxa-
dan əyləşə bilər. Biz bu ədəb-ərkan haqda ikinci fəsildə söz açmışıq.
5
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, XI cild, səh. 237.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
463
“Əsləm qəbiləsindən bir gənc Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
yanına gəlib dedi: “Mən döyüşə getmək istəyirəm,
amma yaraq-əsləhəm yoxdur.” Peyğəmbər dedi: “Filankəsin ya-
nına get, o, bütün yaraq-əsləhələri hazırladığından xəstələnib.”
Gənc onun yanına gedib dedi: “Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
sənə salamı var. Deyir ki, hazırladığından mənə
verəsən.” Kişi (zövcəsinə) səsləndi: “Ay filankəs, hazırladığım-
dan bu gəncə də ver, ondan heç nəyi əsirgəmə, Allaha and
olsun ki, ondan heç nəyi əsirgəmə! Bunu etsən, Allah buna
görə səni mübarək qılar!”
1
Rəvayət olunur ki, Əbu Hüreyrə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“Məscidi süpürüb təmizləyən bir zənci kişi, ya da qadın
vardı (Buxarinin versiyasında: “O, qadın idi”). (Bir gün) vəfat
etdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu xəbər aldı-
ğında (səhabələri): “O öldü”, – deyə cavab verdilər. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Nə üçün bunu mənə xəbər
verməmişsiniz? Mənə qəbrini göstərin!” Sonra onun qəbrinin
yanına getdi və cənazə namazını qıldı”
2
.
Hafiz ibn Həcər demişdir:
“...hədisdə adı çəkilmiş qadın Peyğəmbərin
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
razılığından sonra özünü məscidə xidmətə həsr
etmişdi”
3
.
Büreydə rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
deyib:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, II cild, səh. 100.