İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
458
Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyirdi: “Xanımları-
na örtünməyi əmr et.” Peyğəmbər isə
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
etmirdi. Bir gecə yatsı vaxtında Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
xanımı Sevda bint Zəm`ə bayıra çıxmışdı.
Uzun boylu qadın olduğundan Ömər hicab əmrinin nazil ol-
mağını bərk arzulayaraq ona səsləndi: “Ey Sevda, səni tanıdıq!”
Bundan sonra Allah hicab əmrini göndərdi”
1
.
Rəvayət olunur ki, Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
deyib:
“Xalam boşanmışdı. (İddət vaxtı) xurma ağacından bar
toplamaq istədi. Amma bir şəxs onu çölə çıxmağa qoymadı.
Xalam da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına
gedib (bunu ona danışdı). Peyğəmbər
(Ona Allahın xeyir-duası və sa-
lamı olsun!)
ona dedi: “Əlbətt ə. Xurma ağacının barını topla. Ola
bilsin ki, (bu bardan) sədəqə çıxar, ya da (onunla) bir yaxşılıq
edərsən”
2
.
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
birlikdə Rama-
zan bayramı namazını qıldım... Sonra Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
cərgələri yara-yara gedib qadınların cərgəsinə
çatdı. Yanında Bilal vardı... Bilal dedi: “Atam-anam sənə qurban
olsun, (ey Allahın rəsulu!) Gəlin ey qadınlar!”
3
Əmr ibn Sələmə rəvayət edir ki, atası demişdir:
“Allaha and olsun ki, yanınıza Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yanından gəlmişəm. O deyib: “Filan namazı
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
459
filan vaxtda, filanını da filan vaxtda qılın. Namaz vaxtı gəldikdə
biriniz azan versin, namazı da sizə aranızda Quranı ən yaxşı
bilən qıldırsın.” Adamlar (bir-birinə) baxdılar. (Əmrin atası
deyir:) “Aralarında Quranı məndən yaxşı bilən yox idi. Quranı
gəlib-gedənlərdən öyrənmişdim. Məni qabağa keçirdilər. Həmin
vaxt altı-yeddi yaşım olardı. Əynimdəki paltar (əba) səcdəyə
getdiyimdə dartılır, (aşağılarım görünürdü). Həmin məhəllədən
bir qadın (camaata) dedi: “Quran oxuyanınızın arxasını bizdən
gizlətməyəcəksinizmi?!”
1
(Əmrin atası deyir:) “(Adamlar par-
ça) alıb (ondan) mənə uzun köynək biçdilər. Həmin köynəyə
sevindiyim qədər heç nəyə sevinməmişdim”
2
.
Rəvayət olunur ki, Qeys ibn əbu Hazim deyib:
“(Bir dəfə) Əbubəkr Əhməs qəbiləsindən Zeynəb bint əl-
Mühacir adlı qadının yanına gəldi. Gördü ki, dinib-danışmır.
“Ona nə olub, nə üçün danışmır?” – deyə sual etdi. (Oradakı-
lar) dedilər: “Susmaqla həcc edir.” Əbubəkr ona dedi: “Danış.
Bu, halal (hərəkət) olmayıb, Cahiliyyət əməllərindəndir.” Qadın
danışmağa başlayıb dedi: “Sən kimsən?” Dedi: “Mühacirlərdən
birisiyəm.” Soruşdu: “Hansı mühacirlərdən?” Dedi: “Qüreyşdən.”
Soruşdu: “Hansı Qüreyşdən?” Əbubəkr dedi: “Sən nə çox sual
verirsən. Mən Əbubəkrəm.” Qadın soruşdu: “Cahiliyyətdən son-
ra Allahın göndərdiyi bu düzgün yolda necə qala bilərik?” Əbu-
bəkr dedi: “İmamlarınız doğru yolda olarsa, siz də olarsınız.”
Qadın soruşdu: “Hansı imamlar?” Əbubəkr dedi: “Qəbiləndə
1
Yəni, paltarı qısa olduğundan səcdədə onun ayıb yerləri arxadan görünür,
uzun paltar alın ki, biz onun ayıb yerlərini görməyək – tərcüməçinin
qeydi.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
460
insanlara əmr edən, insanların da itaət göstərdiyi başbilən və
əmirlər yoxdurmu?” Qadın dedi: “Bəli, var.” Əbubəkr dedi:
“İmamlar onlardır”
1
.
Zeyd ibn Əsləm rəvayət edir ki, Əbdülməlik ibn Mərvan
Ümmi-Dərdaya bəzi ev əşyaları göndəribmiş. Bir gecə Əbdül-
məlik yuxudan ayılıb, xidmətçisini çağırır. Xidmətçi bir az gec
gəldiyindən Əbdülməlik ona lənət yağdırır. Səhəri günü Ümmi-
Dərda (gələrək) ona deyir: “Eşitmişəm ki, dünən xidmətçinə
lənət oxumuşsan. Hələ də yadımdadır, Əbu Dərda mənə de-
mişdi ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurub:
“Lənətbazlara qiyamət günü heç kəs şahidlik və havadarlıq
etməyəcəkdir...”
2
.
Rəvayət olunur ki, Əbu Nofəl deyib:
“(Bunu eşidən) Həccac... ayaqqabılarını geyindi, tələm-tələsik
Əsmanın yanına getdi. (Evinə çatıb) içəriyə daxil oldu və dedi:
“Allahın düşməninə (oğlu Abdullah ibn Zübeyri nəzərdə tutur-
du – mütərcim) nə etdiyimi gördünmü?” Əsma dedi: “Gördüm
ki, onun dünyasını bərbad etdin, o da sənin axirətini zay etdi.
Eşitmişəm ki, ona: “Ey iki qurşağı olanın oğlu!” – demisən.
Mən, Allaha and olsun ki, iki qurşağı olanam! Bir qurşaqla
dəvələrin belindən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və
Əbubəkrin yeməyini götürürdüm. Digəri isə qadına lazım olan
qurşaqdır. Bir də onu bil ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
bizə demişdi: “Səqif ” (qəbiləsində) bir yalançı və bir
qantökən (və ya: çox canalan) vardır. Yalançının
3
kim olduğunu
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Söhbət Muxtar ibn əbu Übeydullah əs-Səqəfi dən gedir. Son dərəcə ya-
Dostları ilə paylaş: |