Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
455
Allah Təala qadınlara cihadı vacib qılmayıb. Çünki cihadda
məşəqqət vardır. Cihada çıxanlar fiziki cəhətdən hazırlıqlı ol-
malıdırlar. Qadınlar fiziki və psixoloji cəhətdən incə və zərif
olduqlarından bu çətin iş onlar üçün münasib deyildir. Lakin
Allah bu işdə qadınlara sərbəstlik verib. Özündə güc hiss edən,
bacaracağına əmin olan qadınlar könüllü surətdə cihadda işti-
rak edə bilərlər. Bu o halda mümkündür ki, cihad fərzi-kifayə
olsun! Cihadın fərzi-eyn olduğu vəziyyətlərdə isə – kişilər ehti-
yacı tam ödəmədikdə – imkanı yetən qadınlara cihada çıxmaq
vacibdir.
Göründüyü kimi, şəriət qadınlara fəzilətli məqamlara yüksəl-
mədə məhdudiyyət qoymamış, onlara imkan yaratmışdır. İbn
Həcər rəvayət edir ki, İbn Bətt al deyib: “Cihad qadınlara vacib
buyurulmayıb. Amma Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
“Sizin cihadınız həcdir” kəlamı o demək deyildir ki, qadın-
lar könüllü şəkildə cihada çıxa bilməzlər. Sadəcə olaraq, cihad
qadınlara vacib deyil”
1
.
Qadın və kişilər birlikdə yaxşılığa
çağırıb pis işlərdən çəkindirmişlər
Allah Təala buyurur:
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (ha-
yandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis
işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəm-
bərinə itaət edərlər. Allah, əlbətt ə ki, onlara rəhm edəcəkdir.
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, VI cild, səh. 416.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
456
Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”
(ət-Tövbə, 71).
Rəvayət olunur ki, Abdullah ibn Abbas
(Allah ondan razı qalsın!)
deyib:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
həcdən qayıt-
dıqdan sonra Ümmi-Sinan əl-Ənsariyyədən soruşdu: “Həccə
getməyinə nə mane oldu?” Dedi: “Filankəsin atası (ərini nəzər-
də tuturdu). Su daşıyan iki dəvəsi var. Birində özü həccə get-
mişdi. İkincisi isə torpağımızı sulayır.” Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
dedi: “Ramazan ayında ümrəyə getmək savab
baxımından həccə və ya mənimlə həccə getməyə bərabərdir”
1
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Zübaə bint Zü-
beyrin (Miqdad ibn əl-Əsvədin zövcəsi idi) yanına gedib dedi:
“Deyəsən, həccə getmək istəmişdin?” Qadın dedi: “(Bəli, belə
idi), amma, and olsun ki, canım ağrıyır.” Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
buyurdu: “Həccə get və belə şərt qoy:
“(Ey Allah!) Ehramdan çıxacağım yer məni həcc etməkdən
məhrum buraxacağın yer olsun!
2
”
3
Übeyd ibn Ümeyr rəvayət edir ki, Ümmi-Sələmə
(Allah ondan
razı qalsın!)
deyib:
“Əbu Sələmə vəfat etdiyində dedim: “Qərib idi, qəriblikdə
də (vəfat etdi)
4
. Ona elə ağlayacağam ki, (hər kəs) bu haq-
da danışsın. Ağlamağa hazırlaşırdım ki, Mədinənin yuxarı mə-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Yəni, ey rəbbim, ehramlı ikən canım ağrımasın, həccimi başa vura bilim!
– tərcüməçinin qeydi.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
4
Əbu Sələmə Məkkəli idi və Mədinədə vəfat etmişdi.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
457
həlləsindən bir qadın gəldi. Mənə qoşulub ağlamaq istəyirdi.
Bu əsnada Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu görüb
dedi: “Sən şeytanı Allahın iki dəfə çıxardığı evə soxmaqmı
istəyirsən?” (Bunu eşitdiyimdə) ağlamaqdan əl çəkdim”
1
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“İbn Harisənin, Cəfər və İbn Rəvahənin şəhid olma xəbəri
Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
çatdıqda yerə otur-
du, qəm-qüssəsi üzündən hiss olunurdu. Mən qapının ara-
sından ona baxırdım. (Bu vaxt) bir nəfər onun yanına gəlib:
“Cəfərin zövcələri...” – deyərək onların (fəryad qoparıb) ağ-
ladıqlarını bildirdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona əmr etdi ki, (Bu cür ağlamağı) onlara qadağan etsin. Şəxs
getdi və ikinci dəfə (Peyğəmbərin yanına) gəlib onların itaət
etmədiklərini bildirdi. Peyğəmbər: “Onlara qadağan et!” – deyə
buyurdu. Həmin şəxs üçüncü dəfə Peyğəmbərin
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
yanına gəlib dedi: “Allaha and olsun ki, onlar
bizi yendilər, ey Allahın rəsulu!” (Həzrəti Aişə deyir:) “Bu za-
man Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə dediyini
eşitdim: “Get onların ağzını torpaqla bağla!” Bu üzdən həmin
şəxsə dedim: “Allah sənin köpünü alsın! And olsun ki, nə
Peyğəmbərin dediklərini yerinə yetirdin, nə də onu kədəri ilə
baş-başa buraxdın!”
2
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xanımları (su
başına çıxmaq istədiklərində) gecələri Mənase adlanan əraziyə
gedərdilər. Həmin yer geniş çöllük idi. Ömər hər dəfəsində
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |