Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə140/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   136   137   138   139   140   141   142   143   ...   158

Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

449


(Əta  deyir:)  “Qadınlar  gecələr  hicabla  çıxır,  kişilərlə  birlikdə  

təvaf  edirdilər.  Amma  onlar  Kə`bəyə  daxil  olduqlarında  kişilər  

çıxar,  onlar  orada  (ibadət  üçün)  qalardılar.  Mən  və  Übeyd  ibn  

Ümeyr  Səbir  dağında  Aişənin  yanında  olardıq.”  (Cüreyc  de-

yir:)  “Onun  hicabı  necə  idi?”  (Əta)  dedi:  “O,  kiçik  çadır  idi.  

Girişində  pərdə  vardı.  Bizimlə  onu  (Aişəni)  bu  örtük  ayırırdı.  

Mən  onun  əynində  qızılgül  rəngində  paltar  görmüşdüm”

1

.



QADIN VƏ KİŞİLƏR BİRLİKDƏ 

CİHADA ÇIXMIŞLAR

Buxarinin “Came əs-səhih” kitabının 

“Cihad” fəslindən

1.  Qadın  və  kişilərin  cihad  və  şəhidlik  üçün  dua  etmələri  



babı

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Quba  torpaq-

larına  gedərkən  Ümmi-Həram  bint  Məlhanın  qonağı  olurdu.  

Ümmi-Həram  ona  yemək  verirdi.  (Həmin  vaxtlar)  Ümmi-Hə-

ram  Übadə  ibn  əs-Samitin  zövcəsi  idi.  Bir  dəfə  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  yanına  getdi,  o  da  Peyğəmbərə  

(adəti  üzrə)  yemək  verdi.  Peyğəmbər  (yeməyi  yedikdən  sonra)  

lah vallahu Əkbər” deyərək onu salamlamaq, əl sürtüb öpmək. Qələbəlik 

olarsa,  uzaqdan  əl  qaldırmaq.  İstilam  gətirmək  həccin  sünnə  ayinlərin-                                                

dəndir – tərcüməçinin qeydi. 

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

450


yatdı.  Ayıldıqda  gülürdü.  (Ümmi-Həram  deyir:)  “Soruşdum:  

“Ey  Allahın  rəsulu,  nə  üçün  gülürsən?”  Dedi:  “Gördüm  ki,  

ümmətimdən  bir  dəstə  insan  bu  dənizin  üstü  ilə  hökmdarlar  

taxta  oturubmuş  kimi  yürüşə  çıxıblar.”  Bu  zaman  Ümmi-Həram  

dedi:  “Allaha  dua  et  ki,  məni  də  onlardan  etsin!”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dua  etdikdən  sonra  yatdı.  Ayıl-

dıqda  gülürdü.  (Ümmi-Həram  deyir:)  “Dedim:  “Ey  Allahın  

rəsulu,  nə  üçün  gülürsən?”  Dedi:  “Gördüm  ki,  ümmətimdən  

bir  dəstə  insan  bu  dənizin  üstü  ilə  hökmdarlar  taxta  otu-

rubmuş  kimi  yürüşə  çıxıblar.”  (Başqa  bir  rəvayətdə  deyilir:  

“Ümmətimdən  Qeysərin  şəhərinə  yürüş  edən  ilk  ordunun  gü-

nahları  bağışlanıb”)  Dedim:  “Allaha  dua  et  ki,  məni  də  onlar-

dan  etsin!”  Peyğəmbər  dedi:  “Sən  birincilərdənsən”.  

Ümmi-Həram  (sonralar)  Müaviyənin  dövründə  (gəmilərə)  

minmiş,  dənizdən  çıxdığı  vaxt  atından  yıxılaraq  həlak  olmuşdu”

1

.  



2.  Qadının  dəniz  döyüşünə  çıxmağı  babı

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Bint  Məlhana  baş  

çəkdi.  Evində  dirsəklənib  oturmuşdu.  Sonra  güldü...”

2

.



3.  Qadınların  kişilərlə  birlikdə  döyüşə  çıxmağı  və  vuruş-

mağı  babı  

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Uhud  günü  insanlar  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  sala-

mı  olsun!)  

yanından  dağılışmışdılar.  Gördüm  ki,  Əbubəkrin  qızı  

Aişə  və  Ümmi-Süleym  səylə  işləyirlər.  Paltarlarını  topuğa  qədər  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Buxari  bu  məqamda  Ümmi-Həram  əhvalatı  ilə  əlaqəli  başqa  rəvayəti  

nəql  edir.  



Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

451


çırmayaraq  bellərinə  su  tuluğu  yükləyib  daşıyır,  yaralılara  su  

verir,  su  qurtardıqda  yenidən  qayıdıb  (tuluqlara)  su  doldurur,  

yaralıların  ağzına  tökürdülər”

1

.



Hafiz  ibn  Həcər  demişdir:

“...  Mən  bunda  (qadınların  döyüşdə  iştirak  etmələri  haqda  

hədislərdə)  onların  savaşmalarına  dair  açıq  məlumata  rast  gəl-

mədim.  Bu  səbəbdən  İbn  əl-Münir  deyib:  “(Buxari)  hədisdə  

məlumat  olmamağına  baxmayaraq,  babı  “Qadınların  kişilərlə  

birlikdə  döyüşə  çıxmağı  və  vuruşmağı”  adlandırıb. (Buxari)  ya  

bununla  bildirmək  istəyib  ki,  qadınların  savaşanlara  kömək  

etməyi  özü  bir  savaşdır,  ya  da  onu  nəzərdə  tutub  ki,  qadınlar  

yaralılara  su  daşımışlar  və  s.  Burada  onun  nəzərdə  tutduğu  şey  

qadınların  özlərini  müdafiə  etmələri  də  ola  bilər  ki,  bunun  

ehtimalı  daha  çoxdur.”  

Digər  tərəfdən,  Ənəsə  istinadən  Müslim  rəvayət  edir  ki,  

Hüneyn  günü  Ümmi-Süleym  əlində  xəncər  tutub  deyirmiş:  

“Xəncəri  götürmüşəm  ki,  müşriklərdən  kimsə  mənə  yaxınlaşsa,  

qarnını  deşim”

2

.  



4.  Döyüşlərdə  qadınların  su  tuluqlarını  daşımaları  babı

Sə`ləbə  ibn  Malik  rəvayət  edir  ki,  (bir  dəfə)  Ömər  ibn  

əl-Xətt ab  

(Allah  ondan  razı  qalsın!)

  Mədinəli  qadınlara  belə  sarınan  

qumaş  paltar  paylayırdı.  Yerdə  yaxşı  bir  paltar  qalmışdı.  Yanın-

dakı  bəzi  şəxslər  ona  dedilər:  “Ey  Möminlərin  əmiri,  bunu  da  

Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sənin  yanında  qalan  

qızına

3

  ver.”  Ömər  dedi:  “Ümmi-Səlit  (buna)  daha  layiqdir.  O,  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VI  cild,  səh.  419.  



3

 Həzrəti  Ömərin  zövcəsi  Ümmi-Gülsüm  bint  Əlini  nəzərdə  tuturdular.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə