Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
437
“Ərəfə günü idi. Yanımdakı insanlar Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
oruc tutub-tutmadığı haqda tərəddüdə
düşmüşdülər. Bəziləri deyirdi ki, Peyğəmbər oruc tutub, bə-
ziləri isə: “Tutmayıb!” – deyə əksini iddia edirdi. (Mən də mü-
bahisələrə son qoymaq üçün) ona bir qabda süd göndərdim.
Dəvəsinin yanında dayanmışdı. (Südü gördüyündə alıb) içdi”
1
.
Hafiz ibn Həcər demişdir:
“Hədisdə faydalı məqamlar vardır... (Bunlardan biri də) qa-
dınlarla kişilərin elm barədə müzakirə aparmalarıdır. Buradan
Ümmi-Fəzlin zəkası və bacarığı məlum olur. Çünki o, vəziyyətə
uyğun incə üslubla dini hökmü ortaya çıxarmışdı. Bu hadisə
isti bir gündə günortadan sonra baş vermişdi”
2
.
Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Üm-
mi-Şərik Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə de-
diyini eşidib:
“İnsanlar Dəccalın əlindən dağlara qaçacaqlar. (Ümmi-Şərik
soruşur:) “Ey Allahın rəsulu, həmin gün ərəblər harada olacaq-
lar?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyir: “Onlar
(həmin gün) az olacaqlar”
3
.
Rəvayət olunur ki, Abdullah ibn Məsudun
(Allah ondan razı qal-
sın!)
zövcəsi Zeynəb demişdir:
“(Bir dəfə) məsciddə idim. Gördüm ki, Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
qadınlara səsləndi: “Ey qadınlar,
bəzək əşyalarınızdan da olsa sədəqə verin!” Mən Abdullaha və
hücrəmdəki yetimlərə xərcləyirdim. Abdullah ibn Məsudun ya-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, V cild, səh. 142.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
438
nına gedib dedim: “Sən kasıb adamsan. Peyğəmbər bizə sədəqə
verməyi əmr edib. Onun yanına gedib soruş ki, sədəqəni sənə
versəm savablıdır, yoxsa onu başqalarına verim?” Abdullah
dedi: “Sənin getməyin məsləhətdir.” (Zeynəb sözünə davam
edir:) “Evdən çıxdım. Yolda mədinəli bir qadınla rastlaşdım. O
da eyni məsələ üçün yola çıxmışdı. (Evinə çatdıq). Qabağımıza
Bilal çıxdı. Ona dedim: “Peyğəmbərin yanına get və de ki, qa-
pının ağzında iki qadın soruşur: “Ərlərimizə və himayəmizdəki
yetimlərə sədəqə vermək bizə savab gətirərmi?” Ancaq kim
olduğumuzu söyləmə.”
Bilal Peyğəmbərin yanına girib deyilənləri ona çatdırdı. Pey-
ğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdu: “Onlar kimdir?”
Bilal dedi: “Mədinəli bir qadınla Zeynəbdir.” Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
təkrar sual etdi: “Hansı Zeynəb?” Bi-
lal dedi: “Abdullah ibn Məsudun zövcəsi Zeynəb.” Peyğəmbər
buyurdu: “Onlara həm qohumluq savabı, həm də sədəqə sava-
bı vardır”
1
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, qula-
mı Salim Əbu Hüzeyfənin evində qalırdı. Səhlə bint Süheyl
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına gəlib dedi:
“Salim artıq böyüyüb və ağlı bir çox şeyi kəsir. Özü də yanımı-
za girib çıxır. Elə bilirəm ki, buna görə Əbu Hüzeyfə narahat
olur (ürəyində nə isə saxlayır).” Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
ona dedi: “Onu (Salimi) əmizdir və ona məhrəm
ol! Bundan sonra Əbu Hüzeyfənin narahatlığı gedər.”
Hədisin başqa versiyasında deyilir:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
439
“(Bunu eşidən Səhlə dedi:) “O ki yekə kişidir, onu necə
əmizdirim?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gü-
lümsədi: “Mən də bilirəm ki, o yekə kişidir.”
Səhlə evinə qayıtdı. Sonralar demişdi: “Mən onu əmizdirdim
və Əbu Hüzeyfənin narahatlığı getdi”
1
.
Rəvayət olunur ki, Həzrəti Əsma
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“(Bir dəfə) Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
so-
ruşdum: “Ey Allahın rəsulu, Zübeyrin mənə verdiyindən başqa
heç nəyim yoxdur. (Amma sədəqə çıxmaq istəyirəm.) Sədəqə
verə bilərəmmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Ver və əsla xəsislik etmə, yoxsa sənə də xəsislik olunar!”
2
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Hind bint
Ütbə (bir dəfə) Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşur: “Ey Allahın rəsulu, Əbu Süfyan xəsis kimsədir: mənə
və övladıma yetəcək qədər (xərclik) vermir. Mən də ondan
(gizlicə) götürürəm. (Bu olarmı?)” Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
dedi: “Özün və övladın üçün gözəl şəkildə
götürə bilərsən”
3
.
Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) anam bizə gəlmişdi. Peyğəmbərin
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
sağlığında ikən müşrik idi. (Gedib) Pey-
ğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
soruşdum: “Anam
bizə gəlib. İstəyir ki, ona yaxşılıq edim, köməklik göstərim.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yəni, simic olma,
yoxsa Allah da səndən lütfünü əsirgəyər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |