Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə135/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   131   132   133   134   135   136   137   138   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

434


dır,  rəhm  edəndir!”

1

  Ayəni  oxuyub  qurtardıqdan  sonra  soruş-



du:  “Siz  də  (bu  bey`ət)  üzrəsinizmi?”  Aralarından  bir  qadın:  

“Bəli!”  –  deyə  cavab  verdi”

2

.

Ətaya  istinadən  İbn  Cüreyc  rəvayət  edir  ki,  Cabir  ibn  Ab-



dullah  

(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Ramazan  bayramı  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

bayram  namazı  qıldı.  Sonra  dua  edib,  xütbə  söylədi.  Sö-

zünü  bitirib  minbərdən  endi  və  qadınların  yanına  getdi.  Bilala  

söykənərək  onlara  öyüd-nəsihət  verdi.  Bilal  paltarını  yerə  sərdi  

ki,  qadınlar  sədəqələrini  onun  üzərinə  yığsınlar  (Hədisin  İbn  

Abbas  versiyasında  deyilir:  “Peyğəmbər  elə  güman  etdi  ki,  

qadınlar  xütbəni  eşidə  bilməyiblər.  Odur  ki  (yanlarına  gedib)  

onlara  öyüd-nəsihət  verdi,  sədəqə  çıxarmalarını  əmr  etdi)”.  

İbn  Cüreyc  Ətadan  soruşdu:  “Səncə,  qadınlara  öyüd-nəsihət  

vermək  imamların  haqqıdırmı?”  Əta  dedi:  “Bu,  onların  borcu-

dur.  Amma  onlara  nə  olub  ki,  bunu  etmirlər?!”

3

  



  İmam  Buxari  bu  hədisi  “Came  əs-səhih”  kitabında  “İmamın  

bayram  günü  qadınlara  öyüd-nəsihət  verməsi”  başlığı  altında  

rəvayət  etmişdir.  

Hafiz  ibn  Həcər  demişdir:  

“Buxari  fəslin  adını  bu  cür  qoymaqla  ...ailədaxili  təhsilin  

təkcə  ailə  rəhbəri  ilə  məhdudlaşmadığını,  həm  də  bunun  dövlət  

başçısı  və  ya  onu  əvəzləyən  üçün  məndub  olduğunu  diqqətə  

çatdırmışdır”

4

.

1



 “əl-Mumtəhinə”  surəsi,  12-ci  ayə.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlərlər.  

4

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  III  cild,  səh.  119-120.




Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...

435


Qazi  İyaz  isə  iddia  etmişdir  ki,  qadınlara  öyüd-nəsihət  xütbə  

zamanı  edilmiş,  özü  də  bu,  islamın  ilk  dövründə  baş  vermiş  

və  yalnız  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

xas  iş  ol-

muşdur.  İmam  Nəvəvi  isə  öyüd-nəsihətin  xütbədən  sonra  edil-

diyini  bildirmiş,  aşağıdakı  hədisi  dəlil  göstərmişdir:  “Xütbəni  

bitirdikdən  sonra  minbərdən  enib  qadınların  yanına  getdi...”.  

Bu  cür  xüsusi  məsələlər  ehtimalla  isbatlanmaz...  “Bu,  onların  

borcudur”  sözünə  gəlincə,  zahirən  onu  göstərir  ki,  Əta  bu-

nun  vacib  olduğunu  düşünmüşdür.  Bu  səbəbdən  Qazi  İyaz  

demişdir:  “Bunu  ondan  (Ətadan)  başqası  deməyib”.  Nəvəvi  isə  

bunu  “istishab”

1

  yolu  ilə  qəbul  edib  demişdir:  “Nəticəsi  ziyanlı  



deyilsə,  bunu  qəbul  etməkdə  qəbahət  yoxdur”

2

.



Qazi  İyazın  “Bu,  islamın  ilk  dövrünə  aid  idi”  iddiasına  

cavabən  deyirik:  “Məkkənin  fəthindən  sonra  hicrət  etmiş  İbn  

Abbas  həmin  bayram  namazında  iştirak  etmişdir”.

Rəvayət  olunur  ki,  Əbu  Səid  əl-Xudri  



(Allah  ondan  razı  qalsın!)  

deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Qurban,  yaxud  Ra-

mazan  bayramında  (insanlara  namaz  qıldırmaq  üçün)  məscidə  

yollandı.  Yolda  qadınların  yanından  keçərkən  onlara  dedi:  “Ey  

qadınlar,  ...dərrakəli  kişilərin  ağlını  (başından)  çıxarsanız  da,  

ağılda  və  dində  sizdən  daha  qüsurlusunu  görməmişəm.”  Qa-

dınlar  soruşdular:  “Ey  Allahın  rəsulu,  ağıl  və  dinimizin  qü-

suru  nədədir  ki?”  Buyurdu:  “Məgər  qadının  şahidliyi  kişinin  

şahidliyinin  yarısı  qədər  deyil?!”  Qadınlar:  “Bəli!”  –  dedilər.  

1

 Bir  məsələnin  indiki  şəriət  hökmünü  həmin  məsələnin  keçmişdəki  şəriət  



hökmü  əsasında  müəyyən  etmək  –  tərcüməçinin  qeydi.  

2

 Yenə  orada,  I  cild,  səh.  202-203.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

436


Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bu,  qadının  

ağlındakı  qüsura  görədir.”  Sonra  əlavə  etdi:  “Məgər  qadın  heyz  

olarkən  oruc  tutub,  namaz  qılır?!”  Qadınlar  dedilər:  “Yox,  bun-

ları  etmir.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bu  

da  qadının  dinindəki  qüsurdur”

1

.



Rəvayət  olunur  ki,  Əbu  Səid  əl-Xudri  

(Allah  ondan  razı  qalsın!)  

deyib:


“(Bir  dəfə)  bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanına  gəlib  dedi:  “Kişilər  sənin  söhbətlərinə  hey  qu-

laq  asırlar  (başqa  bir  rəvayətdə:  kişilər  bizi  (bilik  öyrənmədə)  

üstələdilər).  Elə  isə  bizə  qadınlara  da  ayrıca  bir  gün  ayır  

ki,  həmin  gün  gələk,  sən  də  bizə  Allahın  sənə  öyrətdiyini  

öyrədəsən.”  Peyğəmbər  dedi:  “Filan  gün  filan  yerdə  toplanın.”  

Onlar  da  toplandılar.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gəlib  onlara  Allahın  ona  öyrətdiyindən  öyrətdi.  Sonra  dedi:  

“Sizdən  elə  birisi  yoxdur  ki,  övladlarından  üçünü  tərbiyə  edib  

onlara  savad  versin,  bu  da  onu  cəhənnəmdən  qorumasın.”  Bir  

qadın  soruşdu:  “Ey  Allahın  rəsulu,  iki  uşaq  da  olsamı?”  (və  

dediyini  iki  dəfə  təkrarladı).  Peyğəmbər  də  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)

:  “İkisi  də,  ikisi  də,  ikisi  də”,  –  dedi”

2

.  


Qeyd  edək  ki,  qadınlara  ayrılmış  həmin  gün  onların  məs-

ciddə  kişilərlə  birlikdə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

xütbələrini  dinlədikləri  günlərdən  ayrı  idi.  

Rəvayət  olunur  ki,  Ümmi-Fəzl  bint  əl-Haris  

(Allah  ondan  razı  

qalsın!)

  deyib:


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə