Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə89/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   85   86   87   88   89   90   91   92   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

288


–  sayı  təxminən  300-dür)  “mütəvatirlik”

1

  ifadə  edir.  Bu  hədislər  



istinad  baxımından  səhihdir,  əksəriyyətinin  məzmunu  konkret-

dir.  


Xülasə,  Allah  Təala  bizdən  düzgün  yaşamağı  istəyir.  Əgər  

müştərək  fəaliyyət  qaydalarına  riayət  olunarsa,  həyat  şərəfl i  kişi  

və  qadınların  olacaqdır.  Bu  müştərək  fəaliyyətin  səmərəsini  

görməyə  can  atsaq,  xeyirxahlığa  xidmət  edəcəyik.  Allahın  

şəriəti  şərəf  və  əxlaqı  təmin  etməyi  məqsəd  güdür.  Allah  Təala  

bizdən  şərəfimizi  qoruyub,  ciddiyyət  göstərmək  şərti  ilə  həyat  

tərzimizi  asanlaşdırmağı  istəyir.  

Yeni sosial təzahürlər və qadının 

ictimai fəaliyyətinə təsiri

Qadının  sosial  həyatda  iştirakının  təbii  hal  olmağından  danış-

dıq.  İndi  isə  dövrümüzdəki  yeni  sosial  vəziyyət  və  təzahürlərdən  

söz  açaq.  Onu  da  deyək  ki,  bu  yeni  vəziyyət  mömin  kişi  və  

qadınların  qeyri-ənənəvi  maraqlarını  təmin  etməkdən  daha  

çox  qadın-kişi  müştərəkliyini  tələb  edir.  Çünki  Uca  Allah  real  

vəziyyətə  tətbiq  edib  bu  reallığı  tənzimləsinlər  deyə  insanlara  

peyğəmbərlər  və  kitablar  göndərmişdir.  Amma  Allahın  əmrinə  

uyğun  hərəkət  etmək  üçün,  bir  tərəfdən,  göndərilən  təlimləri  

doğru-düzgün  başa  düşmək,  digər  tərəfdən  isə  real  vəziyyəti  

düzgün  qiymətləndirmək  lazımdır.  Bəlkə  də,  barəsində  danışdı-

ğımız  hədislər  ilahi  təlimləri  düzgün  başa  düşməyimizə  kömək  

1

 Mütəvatir:  yalan  və  saxtakarlıqda  ortaqlıq  etməkləri  mümkün  olmayan  



bir  qrup  insanın  eyni  xarakterli  digər  insanlardan  nəql  etdikləri  hədis  

növü  –  tərcüməçinin  qeydi.




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

289


olacaqdır.  Qalır  reallığı  düzgün  təsvir  etmək!  Bunun  üçün  mo-

nitorinq  araşdırmalarına,  statistik  məlumatlara  əsaslanmaq  la-

zımdır,  şəxsi  təsəvvür  və  illüziyalara  deyil!  

Sonradan  alimlər  qadın  məsələlərində  Peyğəmbər  təcrübəsinə  

əks  getsələr  də,  öz  dövrlərinin  ictimai  vəziyyətini  qiymətlən-

dirmədə  bizdən  dərrakəli  hərəkət  etmişlər.  Onlar  hökm  verərkən  

şəhər  qadınlarını  kənd  qadınlarından  fərqləndirmişdilər.  Məsə-

lən,  onlar  şəhər  qadınlarının  üzlərini  örtmələrini,  evlərində  

oturmalarını  zəruri  hesab  edirdilər.  Çünki  evdən  çölə  çıxmağa  

o  qədər  ehtiyac  yox  idi;  cariyə  və  kölələr  onların  bir  çox  işlərini  

yerinə  yetirirdilər.  Kənd  qadınlarına  gəlincə,  həmin  alimlər  on-

ların  üzlərini  örtüb  evdə  oturmaqlarını  vacib  saymamışdılar.  

Kəndli  qadın  hər  gün  sahəyə  gedir,  ərinə  kömək  edir,  hey-

vanları  otarır,  ev  işlərini  görmək,  bazara  getmək  üçün  evindən  

çıxırdı.  Bu  minvalla  kişilərlə  ünsiyyətdə  olurdu.  Bir  sözlə,  kənd  

mühiti  həyat  tərzinin  asanlaşdırılmasını  zəruri  etmişdi.  

İndiki  dövrdə  şəhər  qadınlarının  vəziyyətini  hərtərəfl i  başa  

düşməliyik.  Onu  da  nəzərə  almalıyıq  ki,  bugünün  şəhəri  ilə  

dünənin  kəndi  arasında,  ələlxüsus  zəhmətkeş  qadınlar,  işləyən  

və  yorğun  düşən  ərin  əvəzinə  işlərinin  çoxunu  evdən  kənarda  

görən  evdar  xanımlar  baxımından  oxşarlıq  artmışdır.  Deməli,  

real  vəziyyət  ciddi  və  elmi  surətdə  öyrənilməlidir.  

İndi  isə  bir  sıra  yeni  ictimai  təzahürlərə  toxunaq.  Qeyd  edək  

ki,  bu  təzahürlərin  cəmiyyətə  təsiri  böyükdür.  

1.  İndiki  dövrdə  cəmiyyətin,  eləcə  də  qadınların  tələbləri  

sövq  etmişdir  ki,  onlar  müştərək  peşə  fəaliyyəti  ilə  məşğul  ol-

sunlar.  Bu  da  öz  növbəsində  qadınların  evdən  çölə  çıxmağına,  



İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

290


kişilərlə  ünsiyyət  qurmağına  səbəb  olmuşdur  (Bax:  “Qadınların  

peşə  fəaliyyəti  ilə  əlaqəli  yeni  sosial  təzahürlər”).  

2.  Müasir  dövrdə  qadınların  sosial-siyasi  fəaliyyəti  və  buna  

olan  tələbat  onların  kişilərlə  ünsiyyətini  zəruri  etmişdir  (Bax:  

“Qadınların  sosial-siyasi  fəaliyyətdə  iştirakı  ilə  əlaqəli  yeni  so-

sial  təzahürlər”).  

3.  Cəmiyyətin  mürəkkəbləşməsi  və  müəssisələrin  çoxalma-

sı.  Buraya  təlim,  təhsil,  səhiyyə,  inzibati-idarə  qurumları,  o  

cümlədən  kişili-qadınlı  hər  kəslə  birbaşa  ünsiyyət  qurumları  

(Mülki  reyestr  idarəsi,  şəxsiyyət  vəsiqələri  və  pasportlar  idarəsi,  

təqaüd  idarələri,  daşınmaz  əmlak  idarəsi,  Polis  və  nəqliyyat  

(yol)  idarələri)  daxildir.  Həm  qurumların  çoxluğu,  həm  də  

insanların  bu  qurumlara  olan  tələbatı  zəruri  edir  ki,  qadınlar  

cəmiyyətə  inteqrasiya  edib  kişilərlə  ünsiyyət  yaratsınlar.  Qeyd  

edək  ki,  əvvəlki  əsrlərdə  bu  cür  qurumlar  yox  idi.  

4.  Son  dövrlərdə  xidmətçi  saxlamaq  ənənəsinin  zəifl əməsi  

evdən  kənarda  qadınların  məsuliyyətini  artırıb.  Bu  vəziyyət  ev  

daxilində  də  qadınlara  əlavə  məsuliyyət  yükləyib  (qonaqlara  

xidmət  göstərmək,  dərman  gətirən,  təmirə  gələn  kişiləri  qarşı-

lamaq  və  s.).  

5.  Cəmiyyətin  mürəkkəbləşməsi,  şəhər  məhəllələri  arasında  

məsafənin  artması  kişilərin  işini  çətinləşdirib.  Bu  üzdən  onlar  

qohumlarının  qayğısına  qalmaq,  evə  lazım  olanı  etmək,  uşaqla-

rı  məktəbə,  həkimə  aparıb-gətirmək,  bazarlıq  etmək  üçün  lazı-

mınca  vaxt  tapa  bilmirlər.  Elə  isə  xanımların  yükü  artır;  onlar  

evdən  çıxmağa,  kişilərlə  ünsiyyət  qurmağa  məcbur  olurlar.  

6.  Şəhərlərdə  yeni  tipli  binaların  artması,  hava  və  işığın  

mənzillərə  lazımınca  daxil  olmamağı  məcbur  edir  ki,  qadınlar  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə