Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə90/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   86   87   88   89   90   91   92   93   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

291


ərləri  ilə  “aşağı”  ensinlər,  xüsusi  istirahət  məkanlara  üz  tutsun-

lar.  


7.  Əvvəllər  makro-ailə  ənənəsi  (oğulların  evləndikdən  sonra  

valideynləri  ilə  yaşadıqları  ailələr)  vardı.  Bu  üzdən  qohumlar  

uzaqda  yaşamırdılar.  Odur  ki  ziyarət  üçün  uzağa  getməyə  ehti-

yac  qalmırdı.  İndi  isə  vəziyyət  dəyişib:  həmin  ənənə  yox  olub,  

mikro-ailələr  yaranıb,  şəhərlər  böyüyüb,  məhəllələr  çoxalaraq  

bir-birindən  uzaqlaşıb.  Bütün  bunlar  qohumlara  baş  çəkmək  

üçün  evdən  çıxmağı,  ümumi  nəqliyyatdan  istifadə  etməyi  zəruri  

edib.  


8.  Cəmiyyətin  böyüyüb  mürəkkəb  struktur  halına  gəlməsi,  

böyük  binalarda  balaca  mənzillərin  layihələndirilməsi,  nəqliyyat  

çətinliyi  –  bütün  bunlar  aşağıdakılara  səbəb  olub:

a)  ailələr  kiçilib;

b)  qonşular  yadlaşıb;

c)  qohum-əqrəba  bir-birindən  uzaqlaşıb;

ç)  ailələrarası  dostluq  ənənəsi  getdikcə  yox  olur;

d)  çoxillik  ayrılıqlar  baş  verir,  qohumlar,  dostlar  arasında  

əlaqə  kəsilir;

e)  Ziyalılıq  artır,  cəmiyyətin  kişili-qadınlı  bütün  fərdləri  ara-

sında  fərqli  siyasi,  fikri  görüşlər  meydana  çıxır.  

Bütün  bu  hallar  ənənəvi  evliliyi  məhdudlaşdırır.  Məsələn,  

ənənəvi  elçilik  qohumlar,  qonşular  və  dostların  iştirakı  ilə  baş  

tuturdusa,  indi  isə  elçilik  və  nikaha  zəmin  hazırlayan  tanışlıq  

üçün  digər  vasitələrin  seçilməsi  zəruri  hala  çevrilib.  Keçmişdə  

tanışlıq  ailələrin  tanışlığı  əsasında  baş  verirdi.  Seçimdə  də  

ailələrin  (valideynlərin)  bir-biri  ilə  qohum  olmaq  istəyi  başlıca  



İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

292


rol  oynayırdı.  Namizədlik  qız  və  ya  oğlan  üçün  əsas  “göstərici”  

–  onların  bu  və  ya  digər  ailəyə  mənsubluğu  idi.  

Bugün  isə  vəziyyət  təbii  olaraq  dəyişib:  münasib  adaxlı  tap-

mada  oğlanın  ailəsinin  işini  asanlaşdıran  ailə  əlaqələri  zəifl ə-

yib;  odur  ki  ənənəyə  əsaslanan  və  oğlana  həyat  yoldaşını  özü  

seçməyə  kömək  edən  yeni  vasitələrin  mövcudluğu  təbii  qəbul  

edilməlidir.  

Tanışlıq  imkanlarının  artması  baxımından  təhsil,  iş,  sosial-

siyasi  fəaliyyət  sahələri  qadınlarla  kişilərin  ciddi  ünsiyyətinə  

şərait  yaradır.  Biz  burada  öz-özünə  baş  verən  tanışlığı  nəzərdə  

tuturuq  ki,  buna  da  eyni  məkanda  mütəmadi  mövcud  olmaq  

rəvac  verir.  Bu  da  öz  növbəsində  təşviq  edir  ki,  oğlan  rəfiqələri,  

yaxınları  vasitəsilə  qız  barədə  məlumat  toplasın,  ona  elçi  düş-

sün.  



İkinci fəsil

MÜSƏLMAN QADININ SOSİAL 

HƏYATDA İŞTİRAKI VƏ KİŞİLƏRLƏ 

ÜNSİYYƏT ƏDƏB-ƏRKANI      

Giriş

Qadınların  sosial  həyatda  iştirakı  və  bunun  zəruri  etdiyi  qa-

dın-kişi  ünsiyyəti  üçün  Allahın  müəyyənləşdirdiyi  ədəb-ərkan  

son  dərəcə  bitkindir.  Bu  ədəb-ərkan  əxlaq  və  iff əti  mühafizə  

edir,  faydalı,  ciddi  həyat  tərzinə  xələl  gətirmir,  xeyirxahlıq  və  

yaxşılıq  dairəsini  genişləndirir,  pis  işlərdən  uzaqlaşdırır,  şərin  

tovlamalarından  qoruyur,  həm  qadınlara,  həm  də  kişilərə  mənəvi  

sağlamlıq  bəxş  edir.  Belə  ədəb-ərkanın  gözlənildiyi  mühitlərdə,  

bir  tərəfdən,  şitlik,  abırsızlıq,  cinsi  qıcıqlanma  olmur,  digər  

tərəfdən  isə  yersiz  utanma,  ifrat  həssaslıq  özünü  göstərmir.  

Doğrudan  da,  bu  nəzakət  qaydaları  kamil  qaydalardır.  Düz-

dür,  bu  ədəb-ərkan  çərçivəsində  qadınlara  geyimdə,  danışıqda,  

rəft arda  kişilərlə  müqayisədə  daha  çox  məhdudiyyət  qoyulub,  

amma  qadın  kişilərlə  ünsiyyəti  zəruri  edən  həyati  maraqları  

və  qanuni  ehtiyaclarını  təmin  etmədə  onlara  dözməlidir.  Qeyd  

edək  ki,  bu  maraqlar  və  ehtiyaclar  artdıqca  ünsiyyət  ehtimalı  

da  artır  və  əksinə.  

Allah  Təalanın  müəyyən  etdiyi  bu  ədəb-ərkan  haqda  danış-

madan  əvvəl  ona  zəmin  yaradan  bəzi  başlıca  amillərə  toxun-

maq  istərdik.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

294


Müsəlman qadının sosial həyatda iştirakı 

və kişilərlə ünsiyyət ədəb-ərkanına zəmin 

yaradan başlıca amillər

Birinci amil. Təlim-tərbiyəyə maraq  

Təlim-tərbiyəyə  maraq  əqidəni  möhkəmləndirməklə,  ibadəti  

yaxşılaşdırmaq  və  əxlaqı  gözəlləşdirməklə  oyanır.  Əgər  bu  ma-

raq  olarsa,  bir  tərəfdən,  iff ətli  və  namuslu,  digər  tərəfdən  isə  

fərdi  həyatda  məsuliyyətli  gənc  nəsil  (qızlı-oğlanlı)  yetişir.  

Allah  Təala  buyurur:

“(Ya  rəsulum!)  Kitabda  (Quranda)  İsmayılı  də  yada  sal!  O  öz  

vədinə  sadiq  və  (Bizim  tərəfimizdən  öz  ümmətinə  göndərilmiş)  

bir  elçi,  bir  peyğəmbər  idi.

O  öz  ümmətinə  namaz  qılmağı,  zəkat  verməyi  əmr  edir-

di.  O,  Rəbbinin  rizasını  qazanmışdı.  (İsmayılın  əməli  Allah  

dərgahında  bəyənilmişdi)”  (Məryəm,  54-55);

“Ey  iman  gətirənlər!  Özünüzü  və  əhli-əyalınızı  elə  bir  oddan  

qoruyun  ki,  onun  yanacağı  insanlar  və  daşlar  (daşdan  düzəlmiş  

bütlər),  xidmətçiləri  isə  Allahın  onlara  verdiyi  əmrlərə  asi  olma-

yan,  buyurduqlarını  yerinə  yetirən  daş  qəlbli  (heç  kəsə  zərrəcə  

rəhm  etməyən)  və  çox  sərt  təbiətli  mələklərdir  (zəbanilərdir)”  

(ət-Təhrim,  6);

“Ey  iman  gətirənlər!  Sahib  olduqlarınız  (kölə  və  kənizlər),  

həddi-buluğa  çatmayanlar  (yanınıza  daxil  olmaq  istədikdə)  bu  

üç  vaxtda  sizdən  icazə  alsınlar:  sübh  namazından  əvvəl,  günor-

ta  (yatıb  dincəlmək,  istirahət  etmək  üçün)  paltarınızı  çıxart-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə