Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə85/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   81   82   83   84   85   86   87   88   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

276


buyruq  verən,  itaət  göstərilən  başbilən  və  əsilzadələr  yoxdur-

mu?”  Qadın  dedi:  “Bəli,  var.”  Əbubəkr  dedi:  “Məhz  onlar  in-

sanlar  rəhbərlik  edənlərdir  (imamlardır)”

1

.



Qadınlar azğın valilərə etiraz etmişlər

Əbu  Nofəl  demişdir:

“Abdullah  ibn  Zübeyri  şəhərin  girişində  çarmıxa  çəkilmiş  

gördüm.  Qüreyş  və  xalq  onun  yanından  keçib  gedirdi.  (Bir  

dəfə)  Abdullah  ibn  Ömər  onun  yanında  keçərkən  dedi:  “Sa-

lam,  ey  Əbu  Xübeyb!  Salam,  ey  Əbu  Xübeyb!  Salam,  ey  

Əbu  Xübeyb!  Axı  mən  səni  bu  işdən  çəkindirmişdim

2

.  Axı  



mən  səni  bu  işdən  çəkindirmişdim.  Axı  mən  səni  bu  işdən  

çəkindirmişdim.  Vallah,  bildiyimə  görə,  sən,  doğrudan  da,  çox  

oruc  tutan,  çox  namaz  qılan,  qohum-əqrəbaya  çox  kömək  edən  

birisi  idin!  Allaha  and  olsun  ki,  ən  yamanı  sənin  kimi  birisi  

olan  ümmət  ən  yaxşı  ümmətdir!”  Sonra  Abdullah  oradan  uzaq-

laşdı.  Abdullahın  orada  dayanmağı  və  dedikləri  Həccaca  çatan-

da  adam  göndərib  İbn  Zübeyri  çarmıxa  çəkildiyi  xurma  ağa-

cından  aşağı  endirtdi  və  yəhudilərin  məzarlığına  atdırtdı.  Sonra  

Əsma  bint  Əbubəkrin  yanına  adam  göndərdi.  Əsma  onun  ya-

nına  getməyi  rədd  etdi.  Həccac  onun  yanına  yenidən  başqasını  

göndərdi:  “Ya  gələcəksən,  ya  da  mən  səni  saçından  sürüyərək  

gətirəcək  adam  göndərəcəyəm!”  Əsma  rədd  edib  dedi:  “Saçım-

dan  sürüyəcək  birini  göndərsən  də,  Allaha  and  olsun,  sənin  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Yəni,  səni  Həccac  kimi  zalıma  baş  qoşmamaq  barədə  xəbərdar  etmişdim  

–  tərcüməçinin  qeydi.



Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

277


yanına  gəlməyəcəyəm!”  (Bunu  eşidən)  Həccac  (xidmətçilərinə)  

dedi:  “Ayaqqabılarmı  gətirin!”  Ayaqqabılarını  geyindi,  tələm-

tələsik  Əsmanın  yanına  getdi.  (Evinə  çatıb)  içəriyə  daxil  oldu  

və  dedi:  “Allahın  düşməninə  (Əsmanın  oğlu  Abdullah  ibn  Zü-

beyri  nəzərdə  tuturdu  –  mütərcim)  nə  etdiyimi  gördünmü?”  

Əsma  dedi:  “Gördüm  ki,  sən  onun  dünyasını  bərbad  etdin,  o  

da  sənin  axirətini  zay  etdi.  Eşitmişəm  ki,  ona:  “Ey  iki  qurşağı  

olanın  oğlu!”  –  demisən.  Mən,  Allaha  and  olsun  ki,  iki  qur-

şağı  olanam!  Bir  qurşaqla  dəvələrin  belindən  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  Əbubəkrin  yeməyini  götürürdüm.  

Digəri  isə  qadına  lazım  olan  qurşaqdır.  Bir  də  onu  bil  ki,  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bizə  demişdi:  “Səqif ”  

(qəbiləsində)  bir  yalançı  və  bir  qantökən  (və  ya:  çox  canalan)  

vardır.  Yalançının

1

  kim  olduğunu  gördük.  Qantökənə  gəlincə,  



onun  ancaq  sən  olduğunu  güman  edirəm.”  Bunu  eşidən  Həccac  

ondan  ayrıldı  və  bir  daha  onun  yanına  getmədi”

2

.

Ailə qurmaq  



Kişilərlə  ünsiyyət  ailə  qurmaq  imkanlarını  artırır.  Bəzi  mi-

sallara  baxaq:

1

 Söhbət  Muxtar  ibn  əbu  Übeydullah  əs-Səqəfi dən  gedir.  Son  dərəcə  



yalançı  imiş.  Hətt a  Cəbrayılla  görüşdüyünü  iddia  edirmiş.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

278


Musa peyğəmbər iki qızla qarşılaşmış, 

Allah da ona onlardan biri ilə evlənməyi 

müyəssər qılmışdır

Quranda  deyilir:

“(Musa)  Mədyən  kənarındakı  bir  quyuya  çatanda  onun  ba-

şında  (heyvanlarını  sulayan)  bir  dəstə  adam  və  onlardan  başqa  

(qoyunlarını  özgə  heyvanlara  qarışmasın  deyə)  geri  çəkən  iki  

qadın  (qız)  görüb  dedi:  “Sizə  nə  olub  (dərdiniz  nədir)?”  Onlar:  

“Çobanlar  (heyvanlarını)  sulayıb  getməmiş  biz  (qoyunlarımıza)  

su  vermirik.  Atamız  da  ixtiyar  bir  qocadır  (buna  görə  qoyunla-

rı  sulamağa  biz  gətiririk)”,  -  deyə  cavab  verdilər.  (Musa)  onlar  

üçün  (yaxınlıqdakı  başqa  bir  quyudan  su  çəkib  qoyunlarını)  

suladı,  sonra  da  kölgəyə  çəkilib  dedi:  “Ey  Rəbbim!  Mən  Sənin  

mənə  nazil  edəcəyin  xeyirə  möhtacam!”  (Musa  yeddi  gün  idi  

ki,  çöldəki  otlardan  başqa  yeməyə  bir  şey  tapmırdı.  Buna  görə  

də  Allahdan  yemək  üçün  bir  ruzi  dilədi).  Sonra  (o  iki  qadın-

dan,  qızdan)  biri  utana-utana  (Musanın)  yanına  gəlib  dedi:  

“Atam  qoyunlarımızı  sulamağının  haqqını  verməkdən  ötrü  səni  

çağırır!”  (Musa  gördüyü  işin  müqabilində  heç  bir  muzd,  müka-

fat  almamaq  üçün  ürəyində  and  içdi).  (Musa  qocanın)  yanına  

gəldikdə  başına  gələnləri  (Fironla  olan  əhvalatı)  ona  söylədi.  O  

kişi  (Şüeyb  peyğəmbər)  dedi:  “Qorxma,  artıq  zalım  tayfanın  

əlindən  qurtarmısan!”  (O  iki  qızın)  biri  dedi:  “Atacan!  Onu  

muzdla  (çoban)  tut,  çünki  bu  güclü,  etibarlı  adam  (indiyə  

qədər)  muzdla  tutduqlarının  ən  yaxşısıdır!”  (Şüeyb)  dedi:  

“Səkkiz  il  mənə  xidmət  etmək  (qoyunlarımı  otarmaq)  şərti  ilə  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə