Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə84/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   80   81   82   83   84   85   86   87   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

272


Mühüm  olaraq  qeyd  edək  ki,  peşə  fəaliyyətinin  məqsədi  nə  

olursa-olsun,  ərin  və  uşaqların  hüquqları  tapdanmamalıdır.  Çün-

ki  evin  (ailənin)  qayğısına  qalmaq  qadının  başlıca  vəzifəsidir.  

İndi  isə  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dövründə  

qadınların  evdənkənar  peşə  fəaliyyəti  ilə  bağlı  bəzi  faktlara  

nəzər  salaq.  



Qadınlar əkin-biçinlə məşğul olmuşlar

Rəvayət  olunur  ki,  Cabir  ibn  Abdullah  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:  



“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-


Mübəşşir  əl-Ənsariyyənin  xurmalığına  gələrək  ondan  soruş-

du:  “Bu  xurma  ağaclarını  kim  əkib:  müsəlmanmı,  kafirmi?”  

“Müsəlman”,  –  deyə  Ümmi-Mübəşşir  cavab  verdi.  Peyğəmbər  

dedi:  “Ağac  əkib,  bitki  becərən  elə  müsəlman  yoxdur  ki,  əkib-

becərdiyindən  quş  və  ya  insan,  ya  da  hər  hansı  bir  heyvan  

yediyində  –  bu,  ona  sədəqə  yazılmasın”

1

.

Qadınlar çobanlıq etmişlər



Sə`d  ibn  Muaz  demişdir:

“Kə`b  ibn  Malikin  cariyəsi  qoyunları  Səldə

2

  otarırdı.  (Bir  



dəfə)  qoyunlardan  biri  yaralanmışdı.  Cariyə  özünü  yetirib  onu 

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 Mədinədə  dağ  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

273


daşla  kəsmişdi.  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  


haqda  soruşanda  demişdi:  “Ətini  yeyə  bilərsiniz”

1

.  



Qadınlar təsərrüfat işləri 

ilə məşğul olmuşlar

Rəvayət  olunur  ki,  Sə`d  ibn  Səhl  demişdir:

“(Bir  dəfə)  bir  qadın  əba  gətirmişdi.  (Peyğəmbər  yanında-

kılardan)  soruşdu:  “Bilirsinizmi  əba  nə  olan  şeydir?”  Dedilər:  

“Bəli.  Əba  –  ətrafl arı  toxunmuş  örtükdür.”  Qadın  dedi:  “Ey  

Allahın  rəsulu,  mən  bunu  öz  əllərimlə  toxumuşam  və  sənə  

geydirəcəyəm.”  (Sonralar  yanındakılar  demişdilər:)  “Peyğəmbər  

ehtiyacı  olduğundan  əbanı  qadından  aldı.  Hər  dəfə  yanımıza  

gələndə  əynində  olardı”

2

.  



Qadınlar xəstələrə baxırdılar

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Xəndək  günü  Sə`d  yaralanmışdı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

məscidə  çadır  qurdu  ki,  ona  yaxınlıqdan  baş  

çəkə  bilsin...”

3

.



Hafiz  ibn  Həcər  deyib:  

“İbn  İshaqa  görə,  bu  çadır  Rüfeydə  əl-Ənsariyyənin  idi...  O,  

xəstələri  müalicə  edən  qadın  idi.  (Həmin  vaxt)  Peyğəmbər  

(Ona  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

274


Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdi:  “Onu  (Sə`di)  onun  (qadı-

nın)  çadırına  yerləşdirin  ki,  yaxınlıqdan  ona  baş  çəkə  bilim”

1

.



Siyasi fəaliyyət

Ailə  və  hakimiyyətin  etirazına  baxmayaraq,  islamı  qəbul  et-

mək,  islamın  qayğısını  çəkmək,  din  yolunda  işgəncələrə  məruz  

qalıb,  vətəndən  ayrı  düşmək  –  bütün  bunlar,  müasir  ifadə  ilə  

desək,  siyasi  fəaliyyətdir.  Qadınlardakı  möhkəm  əqidə  imkan  

vermişdi  ki,  siyasi  fəaliyyətlə  məşğul  olsunlar.  

Bəzi  faktlara  nəzər  salaq.

Qadınlar kişilərlə birlikdə 

Həbəşistana hicrət etmişlər

  Rəvayət  olunur  ki,  Əbu  Musa  əl-Əş`əri  



(Allah  ondan  razı  qalsın!)

  

deyib:



“O  (Əsma  bint  Ümeys)  hicrət  edənlərlə  birlikdə  Nəcaşinin  

yanına  getmişdi...”

2

.

Qadınlar kişilərlə birlikdə 



Mədinəyə hicrət etmişlər

Rəvayət  olunur  ki,  Mərvan  və  Misvər  ibn  Məxrəmə  demişlər:

“...Mömin  qadınlar  hicrət  edərək  gəldilər.  İbn  əbu  Müeytin  

qızı  Ümmi-Gülsüm  də  həmin  gün  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-

1

 İbn  Həcər.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  419.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

275


duası  və  salamı  olsun!)  

yanına  gələnlər  arasında  idi.  Ümmi-Gülsüm  

evlənmə  yaşına  çatmışdı.  Ailəsi  gələrək  Peyğəmbərdən  

(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

onu  tələb  etdi.  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)

  vermədi...”

1

.  


Qadınlar Peyğəmbərə bey`ət etmişlər

Allah  Təala  buyurur:

“Ya  Peyğəmbər!  Mömin  qadınlar  Allaha  heç  bir  şərik  qoş-

mayacaqları,  oğurluq  və  zina  etməyəcəkləri,  övladlarını  öldür-

məyəcəkləri  (qız  uşaqlarını  diri-diri  torpağa  gömməyəcəklərini),  

özgə  kişilərdən  olan  uşaqlarını  yalandan  ərlərinə  isnad  etməyə-

cəkləri  və  heç  bir  yaxşı  (bəyənilən)  işdə  sənin  əleyhinə  çıx-

mayacaqları  barədə  sənə  beyət  etmək  üçün  yanına  gəldikləri  

zaman  onların  beyətini  qəbul  et  və  Allahdan  onların  bağışlan-

masını  dilə.  Həqiqətən,  Allah  bağışlayandır,  rəhm  edəndir!”  

(əl-Mumtəhinə,  12).

Qadınlar dövlətin gələcəyi ilə 

maraqlanmışlar

Rəvayət  olunur  ki,  Qeys  ibn  əbu  Hazim  demişdir:

“(Bir  dəfə)  Əbubəkr  Əhməs  qəbiləsindən  Zeynəb  bint  əl-

Mühacir  adlı  qadının  yanına  gəldi.  ...Qadın  soruşdu:  “Cahiliy-

yətdən  sonra  Allahın  göndərdiyi  yolda  necə  qala  bilərik?”  

Əbubəkr  dedi:  “İmamlarınız  doğru  yolda  olsa,  siz  də  olarsınız.”  

Qadın  soruşdu:  “Hansı  imamlar?”  Əbubəkr  dedi:  “Qəbiləndə  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə