Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə82/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   78   79   80   81   82   83   84   85   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

266


bunları  etdi.  Allaha  and  olsun  ki,  o,  ya  çox  sehrbaz  kimsədir,  

ya  da  həqiqətən,  Allahın  elçisidir!”  Qadın  bunu  deyərkən  orta  

və  şəhadət  barmaqları  ilə  səmaya  və  torpağa  işarə  etdi.

  Bundan  sonra  müsəlmanlar  onun  (həmin  qadının  –  mü-



tərcim)  ətrafındakı  müşrikləri  müsəlmanlaşdırmağa  başladılar.  

Amma  qadının  qövmünə  (qəbiləsinə)  toxunmurdular.  Bir  gün  

qadın  qəbiləsinə  dedi:  “Görürəm  ki,  onlar  (müsəlmanlar)  sizi  

islama  qəsdən  (mənə  görə)  çağırmırlar.  Müsəlman  olmayacaqsı-

nızmı?”  Qəbiləsi  də  onun  sözünə  qulaq  asıb  müsəlman  oldu”

1

.



Hədisin  başqa  versiyasında  deyilir:  

“Qadın  dedi:  “Ən  sehrbaz  insanı  (başqa  bir  rəvayətdə:  in-

sanların:  “Peyğəmbərdir”,  –  dedikləri  şəxsi)  gördüm.”  Beləliklə,  

Allah  bu  qadın  vasitəsilə  həmin  qəbiləni  doğru  yola  yönəltdi:  

qəbilə  və  qadın  müsəlman  oldu”.

Göründüyü  kimi,  müsəlmanlara  rast  gəlmək  qadının  isla-

mı  qəbul  etməsinə  səbəb  olmuşdu.  Peyğəmbər  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

ona  islamdan  heç  nə  danışmamışdı;  ona  

müsəlmanlarda  gördüyü  əxlaq  (onların  yanına  zorla  aparılma-

ması,  müsəlmanların  arasındakı  qardaşlıq  və  həmrəylik,  şirindilli  

olmaqları,  Peyğəmbərə  itaət  göstərmələri,  ona  yeyəcək  toplayıb  

vermələri)  təsir  etmişdi.  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

aşkar  möcüzəsi  də  onu  bərk  mütəəssir  etmişdi.  Qadın  

qəbiləsinin  yanına  qayıdıb,  gördüklərini  onlara  danışmışdı.  Bu-

nunla  da,  Allah  Təala  həmin  qadına  həmqəbilələrini  islama  

gördükləri  sabiilərə  oxşatdıqlarından  onları  bu  adla  çağırırdılar.  Həmin  

vaxtlar  Suriya  sabiiləri  monoteist  idilər  və  özlərini  Yəhya  peyğəmbərin  

davamçıları  hesab  edirdilər  –  tərcüməçinin  qeydi.

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

267


çağıran  yaxşı  dəvətçi  olmaq  şərəfi  vermişdi.  Hədisin  ravisi  də  

bunu  təsdiqləmişdir:  “Beləliklə,  Allah  bu  qadın  vasitəsilə  həmin  

qəbiləni  doğru  yola  yönəltdi”.

Rəvayət  olunur  ki,  Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  demiş-


dir:

“(Əsir  düşdükdən  sonra)  Xübeyb  onların  (qüreyşlilərin  –  



mütərcim)  yanında  qaldı.  Ölümünə  fərman  verdikləri  gün  

(Xübeyb)  Harisin  qızlarının  birindən  təmizlənmək  üçün  ülgüc  

istədi.  Qız  ona  ülgüc  verdi.  (İndi  isə  bundan  sonra  baş  verənləri  

qızın  öz  dilindən  eşidək:)  “Balaca  oğlum  diqqətimdən  yayınıb  

iməkləyə-iməkləyə  onun  (Xübeybin)  yanına  getmişdi.  O  da  

onu  götürüb  dizinin  üstünə  qoymuşdu.  Bunu  gördüyümdə  elə  

qorxdum  ki,  o  da  bunu  hiss  etdi.  Dedi:  “Qorxursan  ki,  onu  

öldürərəm,  eləmi?  Bunu,  inşallah  ki,  etmərəm!”  (Sonralar  həmin  

qadın)  deyirdi:  “Xübeybdən  daha  yaxşı  əsir  görməmişəm.  (Bir  

dəfə)  onu,  qandallara  vurulsa  da,  təzə  üzüm  yeyən  görmüş-

düm.  Həmin  vaxt  Məkkədə  heç  xurma  yox  idi.  Bu,  Allahın  ona  

verdiyi  ruzi  idi”

1

.

Göründüyü  kimi,  qız  Xübeyblə  ünsiyyət  qurduqdan  sonra  



onun  əxlaqından,  gözəl  rəft arından  təsirlənmişdi.  Halbuki  o,  

Xübeybi  əsir  tutan  və  öldürmək  istəyən  qəbilənin  başçılarından  

birinin  qızı  idi.  Həm  gözəl  əxlaq,  həm  də  Allahın  kəraməti  

(Xübeybin  üzüm  yeməsi)  qadına  təsir  göstərmiş,  o  da  bunu  

insanlara  danışmışdı.  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

268


Allah yolunda cihad

Mömin  qadınlar  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  ol-

sun!)  

dəfələrlə  cihada  çıxmış,  hətt a  onun  son  yürüşündə  iştirak  

etmişdilər.  Sizcə,  onlar  bu  yürüşlərdə  mücahid  ərlərlə  təmasda  

deyildilərmi,  onlara  kömək  etmirdilərmi?!  Aşağıdakı  misallar  

bizə  çox  şey  deyir:

a)  Tuluq  yamama.  Rəvayət  olunur  ki,  Ömər  ibn  əl-Xətt ab  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“...Ümmi-Səlit  yaxşı  bir  əbaya  (libasa,  geyimə)  layiqdir.  Çün-

ki  Uhud  günü  bizim  üçün  tuluqları  yamayırdı...”

1

.

b)  Susayanlara  su  vermə.  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qal-

sın!)

  demişdir:

“Uhud  günü  insanlar  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanından  dağılışmışdılar.  Gördüm  ki,  Əbubəkrin  qızı  Aişə  

və  Ümmi-Süleym  səylə  işləyirlər.  Paltarlarını  topuqlarınadək  

çırmalamışdılar,  bellərində  su  tuluğu  daşıyır,  yaralılara  su  verir,  

su  qurtardıqda  yenidən  qayıdıb  (tuluqlara)  su  doldurur,  yaralı-

ların  ağzına  tökürdülər”

2

.

c)  Yemək  hazırlama.  Ümmi-Ətiyyə  



(Allah  ondan  razı  qalsın!)

  de-


mişdir:

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə