Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə79/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   75   76   77   78   79   80   81   82   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

255


(xanımının)  bunu  etdiyini  görmüşəm.”  İbn  Məsud  dedi:  “Get  

və  bax.”  Qadın  gedib  baxsa  da,  heç  nə  görmədi.  (Qayıdıb  bunu  

xəbər  verdikdə)  İbn  Məsud  dedi:  “Əgər  o,  bunu  etsəydi,  onun-

la  cinsi  əlaqədə  olmazdım”

1

.  


Kişilər Möminlərin analarından 

Sünnəni öyrənmişlər

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“(Bir  dəfə)  üç  dəstə  adam  Peyğəmbər  xanımlarının  evlərinə  

gələrək  onlardan  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ibadəti  haqda  soruşdular...”

2

.

Rəvayət  olunur  ki,  Sümamə  (İbn  Həzən  əl-Qüşeyri)  deyib:



“(Bir  dəfə)  Aişə  ilə  görüşüb  ondan  “nəbiz”  haqqında  so-

ruşdum.  Aişə  həbəşi  bir  cariyəni  çağırıb  dedi:  “Bundan  so-

ruş.  O,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

üçün  “nəbiz”  

hazırlayardı...”

3

.



Abdullah  ibn  Səfvan  demişdir:

“Həfsə  mənə  bildirdi  ki,  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

belə  dediyini  eşidib:  “Bir  ordu  işğal  etmək  üçün  bu  

Evə  (Kə`bəyə)  hücum  edəcəkdir.  Amma  bir  çölə  (düzənliyə)  

çatdıqda  orduda  olanlar  yerin  dibinə  gömüləcəklər...”

4

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

256


Kişilər mübahisəli məsələlərdə qadınları 

özlərinə hakim seçmişlər

Rəvayət  olunur  ki,  Tavus  demişdir:

“İbn  Abbasın  yanında  idim.  Zeyd  ibn  Sabit  ona  dedi:  “Fitva  

verirsənmi  ki,  aybaşı  qadın  biz  Evlə  (Kə`bə)  ilə  vidalaşmadan  

(evinə)  qayıda  bilər?

1

”  İbn  Abbas  dedi:  “Nə  üçün  də  olma-



sın?!  (İnanmırsansa,)  ənsardan  olan  filan  qadından  soruş  görək  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  bunu  əmr  edib  

ya  yox?”  (Zeyd  məsələni  öyrəndikdən  sonra)  geri  qayıdıb  İbn  

Abbasa  dedi:  “Sən  düz  deyirsən”

2

.

Rəvayət  olunur  ki,  Əbu  Sələmə  demişdir:



“Bir  şəxs  İbn  Abbasın  yanına  gəlmişdi.  Bu  vaxt  Əbu  Hüreyrə  

İbn  Abbasın  yanında  idi.  Həmin  şəxs  İbn  Abbasa  dedi:  “Ərin-

dən  ayrıldıqdan  qırx  gecə  sonra  uşaq  dünyaya  gətirən  qadın  

haqda  mənə  fitva  ver.”  İbn  Abbas  dedi:  “İki  “iddət”in  başa  

çatmasını  gözləməlidir.”  (Əbu  Sələmə  sözünə  davam  edir:)  

“Dedim:  “Hamilə  qadınların  gözləmə  müddəti  isə  onlar  bari-

həmlini  yerə  qoyduqda  başa  çatır.”

3

  Əbu  Hüreyrə  dedi:  “Mən  



də  qardaşımın  oğlunun  (Əbu  Sələmənin)  dediyi  ilə  razıyam.”  

Belə  olduqda  İbn  Abbas  qulamı  Küreybi  bu  məsələni  soru-

şub  öyrənsin  deyə  Ümmi-Sələmənin  yanına  göndərdi.  Ümmi-

Sələmə  dedi:  “Sübey`ə  əl-Əsləmiyyə  hamilə  ikən  əri  döyüşdə  

1

 Yəni,  həcc  (və  ya  ümrə)  zamanı  aybaşı  olan  qadın  Vida  təvafını  etmədən  



həccini  tamamlayıb  evinə  qayıda  bilərmi?  –  tərcüməçinin  qeydi.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 “Talaq”  surəsi,  4-cü  ayə.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

257


ölmüşdü.  Ərinin  ölümündən  qırx  gecə  sonra  uşaq  dünyaya  

gətirdi.  Bundan  sonra  nişanlandı.  Nikahını  Peyğəmbər  



(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

kəsdi.  Əbu  əs-Sənabil  də  ona  nişan  

düşənlərdən  biri  idi”

1

.



Xeyir işlər görmək

Aşağıdakı  faktlar  göstərir  ki,  kişilərlə  ünsiyyət  qadınlara  yaxşı  

işlər  görmək  imkanı  vermişdir.  

Peyğəmbər ona ehtiyacı olan 

qadınlarla yol getmişdir

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Mədinəli  cariyələrdən  biri  istəsəydi,  Peyğəmbərin  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

əlindən  tutar,  onu  istədiyi  yerə

2

  aparardı”



3

.

Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Bir  dəfə  bir  qadın  fikirli-fikirli  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

dedi:  “Ey  Allahın  rəsulu,  sənə  işim  düşüb  (eh-

tiyacım  var,  kömək  et).  Peyğəmbər:  “Ey  filankəsin  anası,  (evinə  

aparan)  hansı  yolla  istəsən  gedək,  sənə  kömək  edim”,  –  deyib  

onunla  bir  neçə  küçə  getdi...”

4

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

2

 Yəni,  çətinliyə  düşmüş,  problemi  çıxmış  bu  cariyənin  harada  yaşamağından  



asılı  olmayaraq,  Peyğəmbər  kömək  etmək  üçün  onun  evinə  gedərdi  –  

tərcüməçinin  qeydi.  

3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



4

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə