Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə75/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   71   72   73   74   75   76   77   78   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

243


təlim  keçəcək  qədər  yüksək  səviyyəyə  çatmağa  cəhd  göstər-

məlidirlər.  

Mühakimə  qabiliyyəti  və  ictimai  fəallığı  yüksək  olmuş  bəzi  

qadınlar  haqqında  danışmaq  istəyirik.  Onlar  ictimai  həyatda  

iştirak  edib,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  möh-


tərəm  səhabələrlə  sıx  təmas  qurduqları  üçün  bütün  bunlara  

yiyələnmişdilər.  



1. Ümmi-Süleym

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

ona  tez-tez  baş  

çəkirmiş.  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Ümmi-Süleymin  

evinin  yaxınlığından  keçəndə  ona  baş  çəkib  salam  verirdi”

1

.  



Ümmi-Süleym  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

hədiyyələr  göndərmişdir.  Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

evlənmiş,  ailəsi-

nin  yanına  getmişdi.  Anam  Ümmi-Süleym  (bu  münasibətlə)  

xurma  qarışdırması  hazırlayaraq  bir  qaba  qoydu  və  (mənə:)  

“Ənəs,  bunu  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

aparıb  


de:  “Bunu  anam  mənimlə  sənə  göndərdi.  Sənə  salam  söyləyib  

deyir:  “Bu,  bizdən  sənə  kiçik  hədiyyədir,  ey  Allahın  rəsulu!”

2

Ümmi-Süleym  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

və  

səhabələrinə  yemək  vermişdir.  Ənəs  ibn  Malik  

(Allah  ondan  razı  

qalsın!)

  demişdir:

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

244


“(Bir  dəfə)  Əbu  Təlhə  Ümmi-Süleymə  dedi:  “Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səsi  zəif  çıxır.  Bilirəm  ki,  ac-

dır.  (Yeməyə)  nəyinsə  varmı?”  Ümmi-Süleym:  “Bəli!”  –  deyib,  

arpa  kökələri  və  örtüyünü  çıxardı.  (Ənəs  deyir:)  “Kökələri  

örtüyündən  bir  parça  ilə  sarıyıb  mənə  verdi  və  qalan  parça  

ilə  əlimə  bənd  etdi.  Sonra  məni  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  göndərdi.  Çörəkləri  Peyğəmbərə  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

apardım.  Peyğəmbəri  məsciddə  tap-

dım,  yanında  adamlar  vardı.  Yaxınlaşdığımda  soruşdu:  “Səni  

Əbu  Təlhəmi  göndərib?”  “Bəli!”  –  dedim.  (Təkrar)  soruşdu:  

“Yeməkləmi  göndərib?”  Dedim:  “Bəli!”  Peyğəmbər  

(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

yanındakılara  dedi:  “Durun!”  Yola  düş-

dü,  mən  də  onların  qabağında  gedirdim.  Əbu  Təlhəgilə  çatıb  

(Peyğəmbərin  gəldiyini)  ona  xəbər  verdim.  Əbu  Təlhə  (xa-

nımına)  dedi:  “Ey  Ümmi-Süleym!  Peyğəmbər  insanlarla  bizə  

gəlib,  bizim  isə  onları  yedirəcək  heç  nəyimiz  yoxdur.”  Ümmi-

Süleym  dedi:  “Allah  və  rəsulu  daha  yaxşı  bilir!”  Əbu  Təlhə  

evdən  çıxdı  və  Peyğəmbərlə  rastlaşdı.  Sonra  Peyğəmbər  və  

Əbu  Təlhə  gəldilır.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Ey  Ümmi-Süleym,  nəyin  varsa  gətir!”  Ümmi-Süleym  

çörəkləri  gətirdi.  Peyğəmbər  əmr  etdi  ki,  çörəkləri  doğrasınlar.  

Ümmi-Süleym  isə  doğranmış  çörəkləri  yağ  saxladığı  qaba  tö-

küb  qarışdırdı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Bunun  ki  içində,  maşallah,  az  yemək  yoxdur!”  Sonra  buyurdu:  

“On  nəfər  gəlsin!”  On  nəfər  gəlib  (qabdan)  yedilər  və  doyaraq  

çıxdılar.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  də  bu-

yurdu:  “On  nəfər  gəlsin!”  On  nəfər  gəlib  (qabdan)  yedilər  və  

doyaraq  çıxdılar.  Yenə  dedi:  “On  nəfər  də  gəlsin!”  On  nəfər  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

245


gəlib  (qabdan)  yedilər  və  doyaraq  çıxdılar.  Bir  daha  dedi:  “On  

nəfər  də  gəlsin!”  On  nəfər  gəldi.  Beləliklə  oradakıların  hamısı  

yeyib  doydular.  (Ənəs  deyir:)  “Onlar  yetmiş,  ya  da  səksən  

nəfər  olardılar”

1

.  


Ümmi-Süleym  rəfiqələri  ilə  Allah  yolunda  cihada  çıxmışdır.  

Rəvayət  olunur  ki,  Malik  ibn  Ənəs  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yürüşə  çıxır,  Üm-

mi-Süleymi  və  digər  ənsar  qadınlarını  özü  ilə  aparırdı.  Onlar  

da  su  daşıyır,  yaralıları  müalicə  edirdilər”

2

.

2) Əsma bint Ümeys



Kişilərlə  Həbəşistana  və  Mədinəyə  hicrət  etmişdir.  Rəvayət  

olunur  ki,  Əbu  Musa  əl-Əş`əri  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“O  (Əsma  bint  Ümeys),  hicrət  edənlərlə  birlikdə  Nəcaşinin  

yanına  getmişdi...”

3

;

  “...Bizimlə  (Mədinəyə)  gəlmiş  Əsma  bint  Ümeys  Peyğəmbə-



rin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcəsi  Həfsəyə  baş  çəkdi.  O,  

Nəcaşinin  yanına  hicrət  edənlərdən  idi...”

4

.



Mədinəyə  gəldikdən  sonra  Peyğəmbər  və  səhabələrilə  görüş-

müşdür.  Əbu  Bürdə  rəvayət  edir  ki,  Əbu  Musa  

(Allah  ondan  razı  

qalsın!)  

demişdir:

  “...Bizimlə  (Mədinəyə)  gəlmiş  Əsma  bint  Ümeys  Peyğəmbə-

rin  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcəsi  Həfsəyə  baş  çəkdi.  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə