Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə71/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   67   68   69   70   71   72   73   74   ...   158

Beşinci fəsil. 

Qadınlardan bəhs edən bəzi səhih hədislərin... 

229


bu  cür  izah  qadınları  təhqirdir,  bir  çox  dini  mətnə  ziddir.  O  

dini  mətnlərə  ki,  səhabə  qadınların  belə  mənfi  xarakterdən  

uzaq  olduqlarını  göstərmişdir.  Həmçinin  bu  izah  analarımızın,  

bacı  və  zövcələrimizin  real  vəziyyəti  ilə  ziddiyyət  əmələ  gətirir.  

Əgər  belədirsə,  onda  nə  üçün  biz  “əyri”  kimsələrə  uşaqlarımızın  

tərbiyəsini  həvalə  edirik?!  

3)  Hədisdə  işarə  olunub  ki,  kişilər  həmin  əyriliyin  qadın-

larda  yaratdığı  müəyyən  davranışlara  səbir  göstərməlidirlər.  “...

düzəltməyə  cəhd  göstərsən,  qırarsan”  sözü  buna  dəlalət  edir.  

Kişilər  başa  düşməlidirlər  ki,  qadınlar  onları  hövsələdən  çı-

xarmaq  üçün  bu  davranışları  qəsdən  nümayiş  etdirmirlər.  Qa-

dınlar  bu  cürdür,  tez  və  bərk  təsirlənmə  onların  təbiətində  

vardır.  Odur  ki  kişilər  səbir  göstərib  təmkinli  olmalı,  təqsirdən  

keçməyi  və  dözüm  nümayiş  etdirməyi  bacarmalıdırlar.  Kişilər  

bilməlidirlər  ki,  qadınlardakı  bu  xasiyyət  (tez  təsirlənmə)  

əsas  vəzifələrini  (hamiləlik,  südvermə,  uşaqlarabaxma)  yerinə  

yetirmələrinə  müsbət  təsir  göstərə  bilər.  Çünki  bu  zaman  həs-

sas  emosionallığa  ehtiyac  vardır.  Kişilər  onu  da  bilməlidirlər  

ki,  qadınların  tez  təsirlənmədən  irəli  gələn  bütün  səhvlərini  

onları  danlayaraq  düzəltməyə  çalışsalar,  istənilən  nəticə  hasil  

olmayacaqdır:  ər  və  arvad  arasında  uçurum  dərinləşəcək,  ni-

faq  böyüyəcək,  axırda  iş  boşanma  ilə  bitəcəkdir.  Kişilər  bir  

şeyi  də  nəzərdən  qaçırmamalıdırlar  ki,  qadınlar  onlardakı  bu  

eybi  ört-basdır  edəcək  üstün  keyfiyyət  və  müsbət  məziyyətlərə  

də  sahibdirlər.  Bir  qadın  xoşagəlməz  hərəkət  etdiyində  bunun  

“əlac”ını  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

aşağıdakı  

müdrik  kəlamında  tapırıq:



Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

230


“Mömin  kişi  mömin  qadına  nifrət  etməz  (xor  baxmaz).  Əgər  

onun  bir  xasiyyətindən  xoşu  gəlmirsə,  başqa  xasiyyətindən  xoş-

lansın!”

1

  



4)  Qadınlarla  mehriban  rəft ar  etmək  lazımdır.  Hədisdə  de-

yilənlər  bunu  təsdiqləyir:  “Elə  isə  qadınlarla  yaxşı  keçinməyi  

tövsiyə  edin!”  

Təyyibi  demişdir:

“Onun  (Peyğəmbərin  –  mütərcim)  “istəvsu”  sözündəki  “sin”  

tələb  bildirir  və  “Özünüzdən  ya  da  başqalarından  onlarla  (yaxşı  

keçinməyi)  tövsiyə  kimi  tələb  edin!”  deməkdir”.

Bu  sözün  mənasını  “Onlarla  bağlı  vəsiyyətimi  yaxşı  dinləyin,  

onlarla  mehriban  keçinin,  onların  yaxınlarına  yaxşılıq  edin!”  

–  deyə  izah  edənlər  də  vardır.  

Hafiz  ibn  Həcər  demişdir:

“Bu,  (sonuncu  izah)  mənə  görə,  daha  əsaslıdır,  Təyyibinin  

dediklərinə  zidd  deyildir”

2

.



“Dini  və  ağlında  çatışmazlıq  olanlar”  hədisi  barədə  danışarkən  

qeyd  etmişdik  ki,  bu  çatışmazlığın  nədə  və  hansı  dərəcədə  ol-

duğunu  müəyyənləşdirmək  üçün  monitorinq  tipli  elmi  araşdır-

malar  aparmaq  lazımdır.  Həmçinin  belə  araşdırmalar  qadındakı  

“əyriliy”in  nədə  və  hansı  səviyyədə  olduğunu  müəyyən  etmək  

üçün  aparılmalıdır.  

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



2

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VII  cild,  səh.  177.





Birinci fəsil

PEYĞƏMBƏRİN ZAMANINDA 

MÜSƏLMAN QADINLARIN SOSİAL 

FƏALİYYƏT SƏBƏBLƏRİ      

Qeyd  edək  ki,  Peyğəmbər  dövründə  müsəlman  qadınların  

sosial  həyatda  nə  üçün  fəal  olduqlarına  dair  məlumatlara  hədis  

və  ayələrdə  rast  gəlmirik.  Lakin  müxtəlif  sahələrdə  qadınların  

iştirakı  və  fəallığı  (qaynayıb-qarışma)  faktlarından  bəhs  edən  

ayə  və  hədislərdə  bu  haqda  dolayı  məlumat  vardır.  Biz  dini  

mətnlərə  əsasən  aşağıda  ən  mühüm  səbəbləri  göstərmişik:

Yaşayışı  asanlaşdırma

Davamlı  aktiv  və  doğru  həyat  tərzini  qoruyub  saxlamaq  üçün  

asanlaşdırmaya  ehtiyac  vardır.  Belə  olan  halda  həyat  mürəkkəb  

və  çətin  məzmundan  sıyrılır,  möminlər  üçün  rahat  hala  gəlir.  

Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

iki  şeyi  seçmək  

qarşısında  qalsaydı,  ən  asanını  seçərdi.  Təbii  ki,  həmin  şey  

günah  əməl  deyildisə.  Yox,  əgər  günah  əməl  olsaydı,  dərhal  

ondan  kənar  durardı”

1

.



Qadınlar  sual  yarandıqda  və  ya  bir  şeyə  ehtiyac  hiss  etdiklə-

rində Peyğəmbərə 



(Ona Allahın  xeyir-duası  və  salamı  olsun!)  

müraciət  edir-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

233


dilər.  Onlar  ərlərini  və  ya  başqa  məhrəm  şəxsləri  vasitəçi  seç-

mirdilər.  Çünki  elə  suallar  yaranırdı  ki,  kişilər  ya  cavab  verə  bil-

mir,  ya  gec  cavab  verir,  ya  da  cavab  verməkdən  imtina  edirdilər.  

Elə  də  olurdu  ki,  kişilər  sualı  düzgün  başa  düşmədiklərindən  

Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səhv  çatdırır,  cavab  

da  fərqli  olurdu.  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

cavabını  olduğu  kimi  çatdırmayanlar  da  tapılırdı.  Bu  səbəbdən  

qadınlar  suallarını  Peyğəmbərə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

birbaşa  verməyi  üstün  tuturdular.  Sual  sahibinin  sualına  doğru  

cavab  tapmaq  üçün  aidiyyəti  şəxslə  birbaşa  ünsiyyətdə  olmağı  

ən  asan  və  ən  düz  üsuldur.  Bəzi  misallar  gətirək:

Rəvayət  olunur  ki,  Büreydə  deyib:

“Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanında  idim.  

Bu  ərəfədə  bir  qadın  gələrək  dedi:  “(Ey  Allahın  rəsulu!)  anama  

bir  cariyə  sədəqə  vermişdim.  Amma  anam  vəfat  etdi.  (İndi  nə  

edim?)”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurdu:  

“Buna  görə  sənə  savab  yazılıb.  Vərəsəlik  isə  onu  (cariyəni  –  

mütərcim)  sənə  qaytarıb...”

1

.  



İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“(Bir  dəfə)  cüheynəli  bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

yanına  gələrək  dedi:  “Anam  həcc  etməyi  

əhd  demişdi.  Amma  həcc  etmədən  vəfat  etdi.  Onun  yerinə  

həcc  edə  bilərəmmi?”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Bəli,  onun  yerinə  həcc  edə  bilərsən”

2

.

Rəvayət  olunur  ki,  Übeydullah  ibn  Ütbə  deyib:



1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə